Akademiyada yeni kadr təyinatları

17:42 / 01.11.2017

Noyabrın 1-də AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. 

İlk olaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadə Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və epiqrafika elmi-fond şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Əli Rəcəbliyə 90 illik yubileyi münasibətilə AMEA-nın Fəxri fərmanını təqdim edib.

İclasda 1-2 mart 2018-ci il tarixlərində AMEA, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) tərəfdaşlığı ilə "Elmin kommersiyalaşdırılması və bilik əsaslı iqtisadiyyatın inkişafında özəl sektorun rolu" adlı biznes forumun keçirilməsi ilə bağlı məsələ müzakirə olunub. AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev bildirib ki, forum elmi-tədqiqat müəssisələrində biznes fəaliyyətinin genişləndirilməsi, intellektual kapitalın və innovasiya sahibkarlığının inkişafı, elmi-tədqiqat işlərinin sənaye, biznes, eləcə də aqrar sektorun tələblərinə uyğunlaşdırılması üçün işgüzar mühitin yaradılması məqsədi daşıyır. Bundan əlavə, iri, orta və kiçik sahibkarlığa innovativ yanaşmalarla dəstək olmaq, innovasiya iqtisadiyyatına elmi töhfələr vermək, innovativ iqtisadi ekosistemi, intellektual potensialı, bilik əsaslı iqtisadiyyatı inkişaf etdirmək forumun hədəflərindəndir. Müzakirələrin sonunda forumun təşkil edilməsi, bununla bağlı AMEA-da Təşkilat Komitəsi, "YT Park"da isə işçi qrupunun yaradılması qərara alınıb.

Tədbirdə Azərbaycan dilinin orfoqrafiya lüğətinin yeni nəşrinin hazırlanması barədə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edib. Prezident İlham Əliyevin AMEA-nın 70 illik yubiley tədbirində dilimizin lüğət tərkibinin imkanları və ana dilimizin saflığının qorunması haqqında irəli sürdüyü fikirlərin dilçilik elminin qarşısında mühüm vəzifələr qoyduğunu deyən akademik İsa Həbibbəyli müstəqillik dövrünün yeni orfoqrafiya lüğətinin hazırlanmasının bu baxımdan mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

İclasda Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinin prinsiplərinin hazırlanması, mövzu ətrafında müzakirənin təşkili, lüğətin nəşri məqsədilə AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə Respublika Komissiyasının yaradılması təklif edilib. AMEA Nəsimi adına Dilçilik İnstitutuna bir ay müddətində aidiyyatı elmi qurumlarla birlikdə orfoqrafiya lüğətinin qayda və prinsiplərini hazırlayıb müzakirəyə təqdim etmək, eləcə də 2018-ci ilin may ayınadək yeni lüğətin hazırlanmasını təmin etmək tapşırılıb.

Gündəlikdə yer alan növbəti məsələ AMEA-nın www.elm.gov.az portalı və Elm TV İnternet-televiziyasının (www.elmtv.az) fəaliyyətinin təkmilləşdirilməsi haqqında olub. Mövzu ilə əlaqədar çıxış edən AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəisi Zülfüqar Fərzəliyev çağdaş dövrdə hər bir qurumun informasiya siyasətinin təmin olunmasında ənənəvi KİV ilə yanaşı, veb-sayt və portallar, İnternet TV-lərin də böyük rol oynadığını qeyd edərək idarənin Elektron informasiya (www.elm.gov.az) və ElmTV İnternet-televiziyası (www.elmtv.az) şöbələrinin fəaliyyətinin yüksək səviyyədə təşkili üçün mövcud problemlərdən danışıb.

AMEA Rəyasət Heyəti tərəfindən Akademiyanın www.elm.gov.az portalı və www.elmtv.az saytının texnoloji modernləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi və s. istiqamətdə müvafiq tədbirlərin görülməsi qərara alınıb.

İclasda Prezident İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı"nın AMEA-da icrası ilə bağlı məsələyə də toxunulub. Çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə respublikada davamlı olaraq həyata keçirilən gənclər siyasətinin əsas məqsədinin cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq olduğunu deyib. AMEA rəhbəri Sərəncamda Akademiyanın da qarşısında mühüm vəzifələr qoyulduğunu, bu məqsədlə Tədbirlər Planının hazırlandığını bildirib.

Məsələ müzakirə edildikdən sonra Rəyasət Heyətinin qərarı ilə "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramının AMEA üzrə icrası ilə bağlı Tədbirlər Planı" təsdiq edilib.

Rəyasət Heyətinin iclasında bir sıra struktur məsələlərinə də baxılıb. Belə ki, Zoologiya İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi, AMEA-nın İctimai Elmlər Bölməsinin Bürosunun və Qafqazşünaslıq İnstitutunun yeni Elmi şurasının tərkibinin təsdiq olunması barədə qərarlar qəbul edilib. AMEA Qafqazşünaslıq İnstitutunun "Qaf­qaz­şünaslıq" elmi-nəzəri jurnalının Azərbaycan, rus və ingilis dillərində təsis edilməsi və redaksiya heyəti tər­kibi təsdiq olunub.

Tədbirin gündəliyində kadr məsələləri də yer alıb. Rəyasət Heyətinin qərarı ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalov AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun, filologiya üzrə elmlər doktoru Lalə Əhmədova AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun, tarix üzrə fəlsəfə doktoru Ziyad Əmrahov isə Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifələrinə təyin ediliblər. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Kərimlinin AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun, hüquq üzrə fəlsəfə doktoru Samirə Qaramollayevanın Hüquq və İnsan Haqları İnstitutunun, fəlsəfə üzrə fəlsəfə doktoru Sevinc Həsənovanın isə AMEA-nın Fəlsəfə İnstitutunun elmi katibi vəzifələrinə təsdiq edilməsi haqqında qərarlar qəbul olunub.

İclasda, həmçinin məşhur heykəltəraş, Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov mədəniyyət və incəsənət sahəsinin inkişafındakı əvəzsiz xidmətlərinə görə və anadan olmasının 90 illik yubileyi münasibətilə AMEA-nın Fəxri fərmanı ilə təltif edilib. Tədbirdə akademik Cəmil Quliyevin Azərbaycan tarix el­minin inkişafındakı xid­mət­lə­ri nəzərə alınaraq və anadan olmasının 90, AMEA-nın müxbir üzvü Arif Abbasovun isə Azərbaycan arxeolo­giya el­minin inkişa­fın­dakı xid­mət­lə­ri nəzərə alınaraq və anadan olmasının 80 illik yubileyləri münasibətilə AMEA-nın A.A.Bakı­xanov adına Tarix və Arxeologiya və Etnoqrafiya institutlarında elmi sessiyaların keçirilməsi barədə qərarlar qəbul edilib, alimlərin həyat və yaradıcılığına həsr edil­­miş materialların kütləvi infor­ma­siya vasitələrində dərc olunması qərara alınıb.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM