Bakı-Tbilisi-Qars: İqtisadi, siyasi və geostrateji əhəmiyyətli - “Dəmir İpək yolu”

22:27 / 01.11.2017

 

 

Hazırda regionun ən böyük və mühüm layihələri hesab edilən hər üç layihənin Bakıdan başlanması təkcə Azərbaycanın neft və qaz ehtiyatlarına malik olması deyil, eləcə də ölkəmizin regionda ən böyük iqtisadi potensiala, gücə və  həmin layihələrin reallaşmasını diktə etmək imkanına sahib olması deməkdir. Eyni zamanda, dövlət başçısı Azərbaycanın Tarixi İpək Yolunun bərpasına töhfə verdiyini qeyd edərək, hazırda ölkəmizin iştirakı ilə həyata keçirilən və Asiya ilə Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin regionda yaşayan xalqlara rifah gətirəcəyini diqqətə çatdırdı.

 Bakı-Tbilisi-Qars  layihəsi 2007-ci il fevralın 7-də Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri tərəfindən imzalanmışdır.

Bakı-Tiflis-Qars dəmir yolu layihəsi Qarsla Axalkalaki arasında dəmiryolu xəttinin inşası yolu ilə Bakının Tbilisi üzərindən dəmiryolu vasitəsilə Qarsla, başqa sözlə Azərbaycanın Türkiyə ilə birləşdirilməsini nəzərdə tutan layihədir. Azərbaycanın geostrateji mövqeyi bizə Avropanı Asiya ilə birləşdirən körpü olmağa nadir imkan yaradır.  Layihənin tamamlanması ilə artıq Avropa, Anadolu və Cənubi Qafqaz vasitəsilə Mərkəzi Asiya, Uzaq Şərq və Cənubi Asiya ilə birləşir və “Dəmir İpək yolu” adlanan fasiləsiz dəmiryolu şəbəkəsi ortaya çıxır.

Bu layihə, Trans-Avropa və Trans-Asiya dəmiryolu şəbəkələrinin birləşdirilməsini, Xəzər Dənizindən keçən dəmiryolu-bərə xətləri vasitəsilə Qazaxıstan və Türkmənistana bağlanması yolu ilə Avropa və Türkiyənin Mərkəzi Asiya, Uzaq Şərq və Cənubi Asiya ilə fasiləsiz dəmiryolu əlaqəsini təmin edir. Bu isə Asiya və Avropa arasında yük və sərnişin daşınmasının mühüm bir hissəsinin dəmiryolu nəqliyyatına keçməsini təmin etməklə nəqliyyat xərclərini aşağı salacaq və nəticədə İpək yolu üzərində yerləşən iqtisadiyyatların inkişafına mühüm töhfə verəcəkdir.

Bakı-Tbilisi-Qars Azərbaycan, Gürcüstan və Türkiyənin iqtisadi inteqrasiyasını daha da dərinləşdirəcək və onlara mühüm iqtisadi və strateji üstünlüklər qazandıracaqdır. Bu günə kimi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru xətləri ilə bir-birinə bağlanan bu iqtisadi əlaqələr, bundan sonra dəmiryolu şəbəkələrini də inteqrasiya edərək regional iqtisadi inteqrasiya istiqamətində ciddi addım atmış olacaqdır. Bununla yanaşı, bu layihə Mərkəzi Asiyanın Türkiyə vasitəsilə Avropa ilə birləşdirilməsinə şərait yaradacaq. Siyasi və geostrateji   əhəmiyyətindən başqa, ölkəmizin dövlət gəlirlərinin artırılması baxımından mühüm əhəmiyyəti vardır. Həmçinin,  hər üç  ölkənin iqtisadi inteqrasiyasına xidmət etməklə yanaşı, eyni zamanda da ayrı-ayrılıqda hər bir ölkəyə müəyyən iqtisadi mənfəət təmin edəcəkdir.

Bu baxımdan, Bakı-Tbilisi-Qars Azərbaycan üçün yükdaşımalardan əldə edilən gəlirin artması baxımından çox zəruridir. Yəni Azərbaycan beynəlxalq yükdaşımalardan daha çox gəlir əldə edəcək. Bu baxımdan, Bakı-Tbilisi-Qars ölkəmiz üçün iqtisadi baxımdan da vacib bir layihədir. Eyni zamanda, bu layihə Azərbaycanın qeyri-neft məhsullarını xaricə ixrac etmək baxımından da əhəmiyyətlidir və  burada yalnız tranzit ölkə olaraq iştirak etməyəcək, bu dəmir yolundan istifadə edərək öz məhsullarını xarici ölkələrə çıxaracaq. Bu mənada,  Bakı-Tbilisi-Qars həm də  ölkəmizin qeyri-neft sektorunun inkişafına zəmin yaradacaq.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baхımdan böyük əhəmiyyət  daşıyır. Bu dəmir yolu vasitəsilə Azərbaycan beynəlхalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək. Bakı-Tbilisi-Qars dəmir yolu Şərqdən Qərbə yük və sərnişin daşımaları imkanlarını daha da artıracaq, bu daşımalara sərf olunan vaxtı və maliyyə sərfiyyatını xeyli azaldacaqdır. Bakıdan Türkiyənin Qars şəhərinə aparan yol oradan Ankara və İstanbula qədər uzanacaq, Avropa üzərindən La-Manş və Londona keçəcək.

Eləcə də, Bakı-Tbilisi-Qars dəmir yolu, Ermənistanın təcridini dərinləşdirməklə yanaşı, eyni zamanda, bu təcavüzkar dövlətin işğalçılıq siyasəti ilə təcrid edilməyə çalışılan Naxçıvanın daha etibarlı dəmiryolu şəbəkəsi vasitəsilə Bakı ilə birləşməsi üçün də mühüm imkan yaradır. Belə ki, artıq gələcəkdə Qars-İqdır-Naxçıvan dəmiryolu xəttinin də çəkilməsi ilə Ermənistanın təcrid etməyə çalışdığı Naxçıvan, Qars vasitəsilə Azərbaycanın digər əraziləri və Avropa ilə fasiləsiz dəmiryolu əlaqəsi qura biləcəkdir.

Bundan əlavə, Bakı-Tbilisi-Qars dəmiryolu nəqliyyatında yalnız, Azərbaycan, Gürcüstan və Türkiyənin deyil, eyni zamanda Mərkəzi Asiya ölkələrinin də İran və Rusiyadan asılılığını azaldır. Layihə, Rusiya və İranın dəmiryolu şəbəkələrinə alternativ olmaqla yanaşı, eyni zamanda da hər iki ölkə üçün yeni imkanlar açır. Belə ki, Azərbaycan üzərindən keçən Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə bir-birinə bağlanacaq Rusiya-İran dəmiryolu şəbəkələrinin gələcəkdə Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm elementi olan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinə inteqrasiyasının da perspektivi böyükdür.

2017-ci il oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilmişdir. Açılış mərasimində Azərbaycan Prezidenti Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini bir daha diqqətə çatdıraraq demişdir:  “Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir, strateji əhəmiyyətli layihədir. Bu yolun uzunluğu təxminən 850 kilometrdir, onun da 504 kilometri Azərbaycan ərazisindən keçir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bir sözlə, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək. Bu yolun istifadəsi zamanı əminəm ki, turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq və bizim üçün əlavə imkanlar yaradacaq”. Bakı-Tbilisi-Qars dəmiryolunun açılışı da Azərbaycanın beynəlxalq tranzit və logistika mərkəzinə çevrildiyini sübut etdi. Bu strateji layihə Azərbaycan iqtisadiyyatının inkişafında da əhəmiyyətli rol oynayacaq. Azərbaycanın ilk illərdə tranzitdən minimal gəliri 50 milyon dollar təşkil edəcək. Digər tərəfdən, Azərbaycanın beynəlxalq siyasətin subyekti kimi nüfuzu daha da artacaq və çox əhəmiyyətli tərəfdaşlar qazanacaq.

2017-ci il oktyabrın 31-də isə Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı toplantısı keçirildi. Toplantıda iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunmuş və iki ölkə arasında 6 mühüm sənəd imzalanmışdır. İqtisadi sahədə imzalanmış sənədlərin böyük əhəmiyyət kəsb ediyini bildirən Azərbaycan Prezidenti preferensial, yəni imtiyazlı ticarət sazişinin böyük məna daşıdığını və bu sazişin qüvvəyə minməsi nəticəsində dövlətlərimiz arasında olan ticarət dövriyyəsinin də xeyli dərəcədə artacağını diqqətə çatdıraraq demişdir: “...Bu günə qədər Azərbaycandan Türkiyəyə 10 milyard, Türkiyədən Azərbaycana isə 11 milyard dollar sərmayə qoyulubdur. Bu sərmayələrin həcmi artacaq və Azərbaycandan Türkiyəyə yatırılacaq sərmayə 20 milyard dollara çatmalıdır”. Dövlət başçısı, eyni zamanda diqqətə çatdırmışdır ki, bu gün Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi bölgə üçün önəmli amildir, regionda sabitləşdirici rol oynayır.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından eləcə də, geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir. Bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırmışdır. Bu layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verir. Eyni zamanda, iki dövlət arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin göstəricisinə çevrilmişdir. Hazırda ikitərəfli əlaqələrin yüksək səviyyəyə qalxması ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunda  Türkiyə ilə əlaqələrin inkişafına yönəlmiş ardıcıl və məqsədyönlü xətt dövlət başçısı İlham Əliyev tərəfindən inkişaf etdirilərək strateji tərəfdaşlığın dərinləşməsinə nail olunmuşdur.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM