2017-ci il 2 oktyabr tarixi ABŞ üçün faciəli bir gün oldu. Las-Veqas şəhərində 64 yaşlı Stiven Paddok qaldığı otelin pəncərəsindən Mandalay Bay kazinosunun yaxınlığında keçirilən kantri festivalında iştirak edən 20 min nəfərə avtomatik silahdan atəş açaraq azı 58 nəfərin ölümünə, 527 nəfərin müxtəlif dərəcədə yaralanmasına səbəb olmuşdur. Bu, ABŞ tarixində bir nəfərin həyata keçirdiyi terror nəticəsində ən çox itki verilən hadisədir. Polis əməliyyat keçirmədən əvvəl Paddok qaldığı otel nömrəsində intihar edib.
Qeyd edək ki, 2016-cı ilin iyun ayında Florida ştatının Orlando şəhərində Pluse gey klubuna törədilən terror aktında 49 nəfər öldürülmüş, 53 nəfər yaralanmışdı.
Bölgə Şerifi Josef Lombardonun dediyinə görə Paddokun evində aparılan axtarış zamanı 18 ədəd odlu silah, partlayıcı və bir neçə min mərmi, hələlik təyinatı məlum olmayan elektron cihazlar tapılıb və götürülüb. [i]
Las-Veqasın 64 yaşlı sakini bu günə qədər polis və təhlükəsizlik xidmətinin diqqətini çəkməyib, sıravi vətəndaş kimi yaşayıb.
Paddok Las-Veqas kimi şəhərdə yaşayıb, maddi problemləri olmayıb, hələlik bilinən heç bir terror təşkilatı ilə əlaqəsi olmayıb, dini sekta və cərəyanlara üzv olması da təsdiqlənməyib. Əlbəttə bu hal olduqca narahatedicidir və mülki vətəndaşların hər hansı bir səbəblə də olsa öldürülməsi qəbuledilməzdir.
Bu faciəvi hadisə niyə baş verdi?
Praktikada dövlətlər bir nəfərin həyata keçirdiyi bu cür qırğınları terrorizm kimi təsnif etməkdən çəkinir. Hər vəchlə bunu fərdin törətdiyi qırğın kimi qələmə verir. Əlbəttə fərdlərin tək başına belə terror aktını planlaması zamanı heç kimsəylə ortaq hərəkət etməməsi, təmasda olmaması səbəbi ilə təhlükəsizlik xidmətlərinin diqqətindən yayına bilər. Amma Paddokun 18 ədəd odlu silah, partlayıcı və bir neçə min mərmi, elektron cihazlar tədarük etməsi bütün hallarda ABŞ təhlükəsizlik xidmətinin diqqətini cəlb etməliydi. Belə ki, Paddok qaldığı otelə belə 10 ədəd "Vintovka” odlu silahı rahatlıqla gətirib.
ABŞ-ın bəzi əyalətlərində sadəcə yivsiz ov silahları deyil, yivli döyüş silahlarının satışına icazə verilir. Yəni pulu olan hər kəs rahat bir şəkildə silah satılan mağazaya gedib istədiyi silahı ala bilər. ABŞ-da silah satışı zamanı tələb edilən sənədlər (sadəcə ruhi dispanserdən sağlamlıq haqqında sənəd) avtomobil satışı zamanı tələb edilən sənədlərdən azdır. Silah satışına ən ciddi nəzarət edən Kaliforniya əyalətidir, amma digər əyalətlərdə qanunlar daha elastikdir və yetərincə nəzarət yoxdur. [ii]
ABŞ Konstitusiyasının 2-ci maddəsinin 2-ci bəndi silah ticarətinə icazə verir. 2-ci bənddə belə deyilir: "Müstəqil bir milis gücü, azad bir əyalətin təhlükəsizliyi üçün məcburi olduğundan, xalqın silah əldə etmə və gəzdirmə haqqı pozulmayacaqdır.'' [iii]
Hər dəfə bu cür faciələr baş verdikdən sonra ABŞ-da silah satışının məhdudlaşdırılması məsələsi geniş müzakirə edilsə də, hələlik ciddi bir dəyişiklik yoxdur. Əlbəttə bu zaman silah sənayesinin Konqressdə lobbiçilik fəaliyyətini də unutmaq olmaz.
2012-ci ilin dekabr ayında Konnektikut əyalətində orta məktəbə girən terrorist 20 azyaşlı şagirdi və altı məktəb əməkdaşını öldürdükdən sonra Prezident Barak Obama yivli silahların satışına məhdudiyyət qoyulması üçün görülən işləri sürətləndirmək istəsə də nəticəsi olmamışdır.
300 milyon əhalisi olan ABŞ-da fərdi silahların sayı 270 milyondan çoxdur. Fərdlərin silahlanması siyahısında ABŞ birinci yerdədir, hər 100 nəfərə 88 silah düşür. Dünya əhalisinin sadəcə 5 faizini təşkil etsə də, dünyada mülki şəxslərin sahib olduğu silahların 35 faizi amerikalıların əlindədir. ABŞ rəsmilərinin verdiyi məlumata görə hər gün 19 uşaq odlu silahdan açılan atəş nəticəsində ölür və yaxud yaralanır. Hər il təxminən 10 min nəfər odlu silahla öldürülür. [iv]
Urban İnstitutunun 2010-cu il hesablamalarına görə silahlı insidentlərinin ABŞ-a vurduğu maddi zərər 500 milyon dollardır.
Silah ticarətinə məhdudiyyət gətirilməsinə qarşı çıxan əsasən Milli Tüfəng Birliyidir (MTB). 2014-cü ildə ABŞ-da keçirilən bütün növ seçkilərdə MTB 974.152 dollar ianə toplamış, bunun 809.462 dolları seçkilərdəki namizədlərə, 141.790 dollar isə partiyalara verilmişdir. Həmin il MTB ABŞ-da lobbi fəaliyyətinə 3 milyon 630 min dollar, xaricdə lobbi fəaliyyətinə isə 27 milyon 24 min 618 dollar xərcləmişdir.
Müqayisə üçün qeyd edək ki, ABŞ-da 10.843 Starbucks, 14.350 McDonald's, 38.15 ticarət mərkəzinə qarşılıq rəsmi icazə ilə silah satan mağazaların sayı yüxarıda qeyd edilənlərin cəmindən çoxdur – 64.747.
Ümumi mənzərə bu ikən, ABŞ-da silah ticarətinin məhdudlaşdırılması hələlik mümkün görünmür. Buna qarşı ciddi tədbirlər alınmazsa ABŞ-da fərdlərin təkbaşına böyük şəhərlərdə qırğınlar törətmə ehtimalı hər zaman vardır. Maraqlısı odur ki, belə qırğınların statistikasına diqqət yetirdikdə, ən son törədilən qırğında ölü və yaralı sayı əvvəlki qırğınlardan daha çox olur.
Hatəm Cabbarlı,
siyasi elmlər doktoru
Strategiya.az
Bakıda yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – VİDEO
TƏHLÜKƏ: Şagirdlər qapısı açıq avtobusdan sallanaraq gedir - VİDEO
Cahangir Hacıyevin arvadınadan 21 milyon dollarlıq xəbər - VİDEO
Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM