“Narkomaniya gələcəksiz həyat” mövzusunda tədbir keçirilib - Fotolar

13:18 / 02.11.2017

Nərimanov rayonunda Narkomaniyaya qarşı maarifləndirmə tədbirləri çərçivəsində Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) "Narkomaniya gələcəksiz həyat” mövzusunda tədbir keçirilib. Əvvəlcə narkomaniya və onun törətdiyi fəsadlarla bağlı qısametrajlı film nümayiş olunub. Filmdə narkomaniyanın qurbanına çevrilmiş insanların həyat tərzi, onların üzləşdiyi çətinliklər, səhhətlərində yaranan problemlər bilavasitə onların öz dilindən səsləndirilib. Filmin qəhrəmanları insanları "ağ ölüm”dən uzaq durmağa, sağlam həyat tərzi yaşamağa səsləyiblər.
 
 
 
Sonra tədbiri giriş sözü ilə kollecin tərbiyə işləri üzrə direktor müavini Xalid Məcidov açaraq, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində narkomaniyanın, narkobiznesin ön sıralarda dayandığını bildirib. Qeyd edib ki, narkomaniya və narkobiznes cəmiyyətdə çox faciəvi nəticələrə gətirib çıxaran bir bəladır. Onun sözlərinə görə, narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur. Mütəxəssislərin hesablamalarına istinad edən direktor müavini deyib ki, narkotiklərin qanunsuz dövriyyəsindən hər il yüz milyardlarla dollar gəlir əldə edilir. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin hesablamalarına əsasən dünyada narkotiklərin ticarəti, neft və silah alverindən sonra üçüncü ən çox gəlir gətirən sahə hesab olunur. Dünyada milyonlarla minlərlə insan bu bəladan əziyyət çəkir. X.Məcidov təəssüflə vurğulayıb ki, Azərbaycanda da minlərlə insan narkotiklərə aludə olaraq narkomaniyanın qurbanına çevrilib.
 
 
 
Kollecin hərbi rəhbəri Qəzənfər Vəliyev narkomaniya və onun cəmiyyətə, insanlığa vurduğu zərər barədə məruzə edib. Bildirib ki, insanları sağalmaz xəstəliklər məngənəsində boğan "ağ ölüm” - narkomaniya yunan sözüdür. "Narko” donub qalmaq, "maniya” psixi pozğunluq deməkdir. Hərbi rəhbər deyib ki, bəşəriyyət uzun illərdir narkomaniyanın törətdiyi dəhşətli fəsadlarla üz-üzə qalıb. Onun sözlərinə görə, narkotika insanlarda mərkəzi sinir sisteminin təsir gücünü artıran bir dərmandır. Onu qəbul edənlər ən çoxu bir saat, yaxud saat yarım özlərini normal insan kimi hiss edə bilirlər. Çox keçmir ki, öləziyən bədənin çəkisi sanki get-gedə "azalır”, fiziki qüvvə tükənir, ayaqlar hərəkət gücünü itirir, huş qeybə çəkilir, beyin öz fəaliyyəti ilə vidalaşır və həmin şəxs normal insan düşüncəsindən məhrum olur. Narkotik maddə qəbul edən insanlar özləri də bilmədən öz immunitet sistemini iflasa uğradır, yoluxucu xəstəliklərə yoluxurlar. Narkotik maddələrin çoxu qana şprislə ötürüldüyündən və narkoman qrupları daxilində eyni iynədən istifadə edildiyindən onların müxtəlif xəstəliklərə yoluxma halları daha asanlıqla baş verir. Narkotikanın ən çox yayılmış növləri xaş-xaş, kokain, nəşə, metazon, tiryək, marixuana və heroindir. Ən geci saat yarımdan sonra tədricən öz təsirini göstərməyə başlayan bu narkotik maddələri bir-iki dəfə qəbul etdikdən sonra insan onlara öyrəşir, asılılıq yaranır, vaxtı çatanda qəbul etmədikdə bədəndə dəhşətli ağrılar başlayır. Hətta bəziləri narkotik maddə tapa bilmədiklərindən, ağrılara dözməyib özlərinə qəsd etmək məcburiyyətində də qalırlar. Nəşə psixi xəstəliklər yaratdığından və narkomanlarda qorxu sindromu çox olduğundan onlar daim qaçıb insanlardan uzaqlaşmağa çalışırlar. Kollecin hərbi rəhbəri deyib ki, narkotik maddə təkcə onu qəbul edən adamı məhv etmir, onun ailə üzvlərinin də sağlamlığına mənfi təsir göstərir. Onların uşaqları fiziki və psixi çatışmazlıqlarla dünyaya gəlirlər. Q.Vəliyevin sözlərinə görə, son illər kimyəvi laboratoriyalarda hazırlanan yeni sintetik narkotik maddələr meydana çıxıb ki, bu da xüsusilə təhlükəlidir. Çünki, bu növ yeni narkotik maddələr insanı asanlıqla özünə alışdırır, tezliklə arıqladır və tədricən ölüm yatağına doğru sürükləyir. Kollecin hərbi rəhbəri çıxışının sonunda tələbələri narkomaniyadan – "ağ ölüm”dən, ümumiyyətlə pis vərdişlərdən uzaq durmağa, ailələrinə, Vətəninə, xalqına layiqli övlad kimi böyüməyə, təmsil olunduğu cəmiyyətə, bütövlükdə bəşəriyyətə öz əməlləri ilə töhfə vermək amalı ilə yaşamağa səsləyib. 
 
 
 
Bakı Şəhər Baş Səhiyyə İdarəsi Şəhər Narkoloji Dispanserinin həkimi Pərvanə Məmmədova narkomaniyanın fəsadları, narkotik aludəçilərinin müalicə proseduru, onların yenidən cəmiyyətə inteqrasiyası, normal həyat tərzinə qayıtması üçün görüləsi vacib olan işlərdən söhbət açıb.
 
 
 
Nərimanov Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanların işi üzrə bölmənin rəisi, polis mayoru Rüstəm Rüstəmov ölkə qanunvericiliyindən  sitatlar gətirməklə, narkotik maddələrin alqı-satqısına, yaymağa görə nəzərdə tutulan cinayət məsuliyyətdən, narkomaniya və narkobizneslə mübarizə tədbirlərindən danışıb. O, narkotik asılılığı olan insanların cinayət törətməyə meyilli olmalarını, narkotik maddəni əldə etmək üçün müxtəlif yollara əl atdıqlarını diqqətə çatdırıb.
 
 
 
Nərimanov Rayon İcra Hakimiyyətinin Baş məsləhətçisi Kənan Babayevyeniyetmələrin hansı səbəblərdən narkotik vasitələrin istifadəçisi olmalarından danışıb. Qeyd edib ki, hər bir valideyn övladını narkotik vasitələrdən, "ağ ölüm”dən uzaq tutmaq üçün öz sevgi və diqqətini ondan əsirgəməməli, övladının ən yaxın dostuna, sirdaşına çevrilməlidir.
 
 
 
Tədbirdə tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb. Bununla yanaşı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hazırladığı "Sağlam ailə naminə narkotiklərə yox deyək!!!” adlı bukletlər tələbələrə paylanıb.  
 
Rufik İSMAYILOV
 






Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM