Cenevrə görüşü: Ermənistanın dilemması və ikiüzlülüyü

18:47 / 02.11.2017

1988-ci ildə başlayan Dağlıq Qarabağ problemi 1991-ci ilin sonları – 1992-ci ilin əvvəllərində hərbi əməliyyatlar müstəvisinə keçdi və 1994-cü ilə qədər Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etdi; nəticədə bir milyona yaxın azərbaycanlı yaşadıqları torpaqlardan didərgin düşdü. Ermənistan rəhbərliyi və erməni xalqı Dağlıq Qarabağ müharibəsində əldə etdikləri müvəqqəti üstünlüyün eyforiyasına qapılaraq müharibədə qalib gəldiklərini zənn edirlər. Lakin müharibə qurtarmayıb sadəcə döyüşlər dayanıb, olduqca kövrək olan və konkret tarixi olmayan atəşkəs müqaviləsi çərçivəsində Azərbaycan atəşkəs rejimini qoruyub saxlamağa çalışır. 

Əlbəttə müharibə bitməyib, Azərbaycan Respublikasının Ali Baş Komandanı Prezident İlham Əliyev Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsinin vacibliyini ən yüksək beynəlxalq tribunalardan dilə gətirsə də, Ermənistanın danışıqlar prosesindən uzaqlaşacağı, Dağlıq Qarabağda təxribatları davam etdirəcəyi təqdirdə layiqli cavab veriləcəyini və hərbi əməliyyatlara başlanılacağını heç bir zaman istisna etməyib. Belə ki, 2016-cı ilin aprel ayında Ermənistan Dağlıq Qarabağda atəşkəs rejimini pozaraq hərbi əməliyyatlara başladığı zaman Azərbaycan ordusu bu hücumların qarşısını almış, Ermənistan ordusuna ciddi zərbə vuraraq, bir neçə strateji yüksəkliyi ələ keçirmişdi. Aprel ayınıda baş verən hadisələrin nəticələri barədə erməni xalqı hər şeyi bilməsə də, Serj Sərkisyan nəticələrin necə olduğunu çox gözəl bilir. 

Uzun müddətdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sərkisyan Minsk qrupunun vasitəçiliyi ilə 16 oktyabr tarixində Cenevrədə bir araya gələrək Dağlıq Qarabağ probleminin həll yollarını müzakirə etdilər. 

Cenevrə görüşünün baş tutmasının əsl səbəblərindən biri Ermənistanın bu görüşdə müəyyən irəliləyiş əldə etmək arzusu yox, beynəlxalq aləmdə müzkirədən yayınan tərəf olmaq imicinin yaxşılaşdırılması olmuşdur. Adətən tərəflər yüksək səviyyədə görüşmədən əvvəl hər iki ölkənin XİN rəhbərləri və Minsk qrupu görüşə zəmin hazırlayır. Bu prosesdə XİN rəhbərlərinin və Minsk qrupunun prezidentlərin hansı məsələlər ətrafında müzakirələr aparacağı haqqında ölkə və region KİV-də heç bir məlumat verilməmişdi. 

Qeyd edək ki, 2016-ci il aprel hadisələrindən sonra Cenevrə görüşü prezidentlərin üçüncü görüşü olsa da (Vyana-may 2016, Sankt-Peterburq-iyun 2016) əvvəlki iki görüşdə də Ermənistanın uzlaşmaz mövqeyinə görə hər hansı bir razılaşma əldə edilməmişdi.    

Prezidentlərin görüşundən əvvəl Ermənistan parlamentinin sabiq üzvü Tevan Poqosyan "əgər kimsə Cenevrədə prezidentlərin Dağlıq Qarabağ problemini müzakirə edəcəyini düşünürsə, mənim heç bir gözləntim yoxdur. Bu görüş Minsk qrupu həmsədrlərinin görüşmək xahişinə bir jestdir və ən yaxşı halda prezidentlər Vyana və Sankt-Peterburq görüşündə əldə edilən məsələlər ətrafında müzakirə apara bilər''  [i] demişdir. 

Cenevrə görüşündən sonra hər iki ölkənin XİN rəhbərləri və həmsədr ölkələrin nümayəndələri prezidentlərin görüşünün nəticələri barədə belə məlumat vermişdir: 

– görüş konstruktiv atmosferdə keçmişdir; 

– prezidentlər danışıqlar prosesinin aktiv olması barədə həmfikirdirlər; 

 cəbhə xəttində gərginliyin azaldılması üçün əlavə addımlar atmaq haqqında razılığa gəliblər.[ii] 

Bu bəyanatdan belə görünür ki, Vyana və Sankt-Peterburq görüşlərində əldə edilən razılaşmalarda heç bir irəliləmə yoxdur. Çünki Ermənistan problemin həll edilməsində maraqlı deyil. Maraqlı deyil ona görə ki, birincisi, Serj Sərkisyan hakimiyyətinin qorunmasında və saxlanılmasında əsas amil Dağlıq Qarabağ problemidir, ikincisi həmsədr dövlətlər işğalçı olmasına baxmayaraq Ermənistana təzyiq etmir. 

Nə Minsk qrupu həmsədr dövlətlərdən, nə də beynəlxalq aləmdən heç bir təzyiq görməyən Ermənistan görüş zamanı cəbhə xəttində gərginliyin azaldılması üçün əlavə addımlar atmaq haqqında razılığa baxmayaraq, bir gün sonra cəbhənin qərb istiqamətində atəşkəsi pozaraq təxribat törətmək istərkən bir əsgərini itirib. 

Maraqlıdır ki, görüşdən bir gün sonra Prezident Serj Sərkisyan Cenevrədəki erməni disporunun nümayəndələri ilə görüşərkən belə deyib: "Bizim üçün yeganə həll Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmamasıdır.''  [iii] 

Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov məsələyə münasibət bildirərək belə deyib: "Qərara alınmışdı ki, razılaşdırılmış məqamlardan əlavə hələlik heç bir bəyanat verilməsin. Amma o, bunu etdi. Söz versə də, yenə də sözünün üstündə durmadı. Heç olmasa həmsədrlərdən və ATƏT-in nümayəndəsindən utanaydı. Görünür, danışıqları pozmaq niyyətindən əl çəkmək istəmir.''  [iv] 

Minsk qrupu həmsədrləri problemin həll edilməsi üçün hansı prinsiplər üzərində müzakirələr aparıldığını deməmələrinə baxmayaraq, Serj Sərkisyanın belə bir ifadə işlətməsinə heç bir reaksiya verməmişdir. Bu isə həsədrlərin passivliyinə və Ermənistan rəhbərliyinin Minsk qrupunun vasitəçilik təşəbbüslərini ciddiyə almadığına dəlalət edir. 

Hatəm Cabbarlı, 

siyasi elmlər doktoru


[i] Встреча Саргсян-Алиев всего лишь жест сопредседателям МГ ОБСЕ: Теван Погосян http://ru.1in.am/1202253.html, 2017-10-15. 

[ii] Стало известно о готовности Саргсяна и Алиева активизировать переговорыhttps://regnum.ru/news/polit/2334740.html, 16 октября 2017. 

[iii] Саргсян после встречи с Алиевым: Единственное решение – это Карабах вне Азербайджанаhttp://www.panarmenian.net/rus/news/247691/, 16 октября 2017. 

[iv] Novruz Məmmədov: Ermənistan razılığı pozub, https://www.amerikaninsesi.org/a/cenevre-danisiqlari/­4073810.html, Oktyabr 17, 2017. 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM