Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən “Məlumat mübadiləsi saatı”nın növbəti iclası pensiya təminatı və dövlət məşğulluq xidmətləri sahələrində ayrı-ayrı ölkələrlə təcrübə mübadilələrinin aparılması sahəsində görülən işlərə, nazirliyin nümayəndələrinin “Qlobal reallıq şəraitində pensiya təminatı sisteminin maliyyə sabitliyi” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak etmək üçün Qazaxıstana, müvafiq tvinninq layihələri çərçivəsində Fransa və Litvaya səfərlərinin yekunlarına həsr olunub.
İclası giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin əmək və sosial müdafiə sisteminin qabaqcıl dünya təcrübəsinə uyğun təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına əsasən son illərdə mühüm islahatların həyata keçirildiyini vurğulayıb: “İslahatların bir istiqaməti kimi, hələ 2006-cı ildən sosial sığorta, fərdi uçot və pensiya təminatı üzrə funksiyaların vahid mexanizm əsasında bir-birini tamamladığı müasir sığorta-pensiya sistemi qurulub. Dövlət başçısının müvafiq sərəncamları ilə bərabər bu sistemin yaratdığı imkanların nəticəsi olaraq, ötən dövrdə pensiyaların mütəmadi artımı müşahidə olunub. Hazırda ölkə əhalisinin 13,5%-i (1 milyon 330 min nəfər) əmək pensiyası alır və pensiyaların orta aylıq məbləği cari ilin əvvəlinə nisbətən 5,2 faiz artaraq 203,2 manata, o cümlədən yaşa görə pensiyanın orta aylıq məbləği 226 manata çatıb. Cari ildə növbəti islahat olaraq pensiya qanunvericiliyində edilmiş son dəyişikliklərlə tam sığorta əsaslı pensiya təminatı sisteminə keçilməsi işləyən əhalinin gələcək layiqli pensiya təminatı hüquqlarının formalaşmasında iştirakının aktivləşməsinə, bununla da etibarlı maliyyə dayaqları üzərində bu sistemin uzunmüddətli inkişafına yönələn uğulu addım olub. Bu sahədə bizim islahatlarımız, eləcə də pensiya təminatına əsas verən sığorta kapitalının toplanmasında vətəndaşlara öz fərdi hesablarına əlavə vəsait daxil edə bilmək imkanının yaradılması və s. beynəlxalq qurumlar tərəfindən də müsbət təcrübə kimi yüksək dəyərləndirilir. Cari ilin sentyabr ayında Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası tərəfindən Qazaxıstan Respublikasında təşkil olunmuş beynəlxalq konfransda da ölkəmizdə müvafiq sahədə aparılan islahatlar barədə məlumatlar böyük maraq doğurub”.
Nazir bildirib ki, Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti çərçivəsində “Azərbaycanda pensiya sistemi islahatının həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” adlı yeni tvinninq layihəsi icra olunur: “Bu layihə də bizə ölkəmizdə pensiya və sosial müdafiə sistemində elektron audit sisteminin yaradılmasında, büdcə tərtibatı prosesinin institutsional və texniki aspektlərinin təkmilləşdirilməsində, məcburi və könüllü sosial sığortalanma sisteminin strateji planlaşdırma mexanizmlərinin inkişafında və s. dəstək verir. Layihə bu sahələrdə gələcək islahatlarla bağlı Avropa ölkələrinin qabaqcıl təcrübələrini öyrənməyə imkan yaradıb. Fransanın müvafiq qurumları ilə əməkdaşlıqda artıq müvafiq işlərə başlanılıb və bununla əlaqədar nazirliyin əməkdaşlarının Fransa təcrübəsinin öyrənilməsi üçün ötən ay bu ölkəyə səfəri təşkil olunub”.
S.Müslümov diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 24 iyun 2016-cı il tarixli Fərmanı ilə məşğulluq xidməti əməkdaşlarının işçilərinin say həddinin ümumilikdə 2,5 dəfə artırılması, beləliklə, ölkədə əhalinin sayına nisbətdə məşğulluq xidmətinin kadr potensialının beynəlxalq normaya uyğunlaşdırılması məşğulluq xidmətləri sisteminin inkişafına yüksək səviyyədə önəm verilməsinin növbəti təsdiqidir: “Hazırda məşğulluq orqanlarının fəaliyyətinin modernləşdirilməsi və səmərəliliyinin, əmək bazarında rolunun artırılması, institusional potensialının gücləndirilməsi, məşğulluq xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, əmək bazarının inkişafı üzrə vahid informasiya məkanının formalaşdırılması və s. qarşıda duran əsas vəzifələrdir. Eyni zamanda, əmək bazarının monitorinqi və proqnozlaşdırılması ilə bağlı təkmil sistemin, peşəyönümü sahəsində yeni xidmətlərin yaradılması, kvota sistemi ilə paralel olaraq, əmək bazarına inteqrasiyada çətinlik çəkən insanlar üçün səmərəli aktiv əmək bazarı proqramlarının hazırlanması aktual məsələlərdir. Ötən ay təqdimatı olan “Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” adlı yenitvinninq layihəsi bizə həmin sahələr üzrə qabaqcıl Avropa təcrübəsi ilə yaxından tanışlığa, bu məqsədlə Litvanın müvafiq qurumları ilə əməkdaşlığa şərait yaradıb”.
İclasda “Qlobal reallıq şəraitində pensiya təminatı sisteminin maliyyə sabitliyi” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirakla əlaqədar nazirliyin nümayəndələrinin Qazaxıstan Respublikasına səfərinin yekunu barədə təqdimat edilib. Həmçinin nazirliyin nümayəndələrinin “Azərbaycanda pensiya sistemi islahatının həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” adlı tvinninq layihəsi çərçivəsində Fransa Respublikasına və “Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” adlı tvinninq layihəsi çərçivəsində Litva Respublikasına səfərlərinin nəticələri ilə bağlı təqdimatlar olub. İclas təqdim olunan məlumatlar əsasında müzakirələrlə davam edib.
Strategiya.az
KOBİA və Qlobal Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlıq genişlənir
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM