Noyabrın 3-də Daxili İşlər Nazirliyində (DİN) geniş kollegiya iclası keçirilib.
DİN-in mətbuat xidmətindən bildiriblər ki, respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iclasda çıxış edərək ötən həftə ölkəmizin ictimai-siyasi həyatında baş verən ən önəmli, taleyüklü hadisə kimi Prezident İlham Əliyevin uzaqgörənliyinin, yüksək təşkilatçılıq və diplomatik bacarığının nəticəsi olacaq, Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismara verilməsinin respublikamıza həm iqtisadi, həm də siyasi dividendlər gətirəcəyini, onun dünyada artan nüfuzunun daha da möhkəmlənməsinə xidmət edəcəyini vurğulayıb. Bu siyasətin məntiqi davamı olaraq, dövlətimizin başçısının Tehranda Rusiya və İran prezidentləri ilə birlikdə Şimal-Cənub nəqliyyat dəhlizinin çəkilməsinə dair yeni müqaviləni imzalaması milli maraqlar nəzərə alınmaqla həyata keçirilən balanslı siyasətin növbəti uğuru kimi dəyərləndirilib.
Sonra nazir DİN kollegiyasının yeni üzvünü - Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-mayor Fazil Ələkbərovu iclas iştirakçılarına təqdim edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Daxili işlər naziri müzakirəyə çıxarılan məsələlərin aktuallığını, əməliyyat-xidməti fəaliyyətin mühüm istiqamətlərini əhatə etdiyini diqqətə çatdırıb. O, cinayətlərin törədilməsində əvvəllər məhkum olunmuş şəxslərin rolu baxımından bu kontingentin əməliyyat nəzarətində saxlanılmasının zəruriliyini xatırladıb, onların cinayətkar əməllərinin vaxtında ifşasını qarşıda duran mühüm vəzifələrdən biri kimi qiymətləndirib. Cinayətlərin qarşısının alınmasında və açılmasında polis sahə rəislərinin və inspektorlarının rolunun gücləndirilməsi də vacib məsələlərdən olmaqla bu istiqamətdə fəaliyyətin təkmilləşdirilməsi, beynəlxalq təcrübəyə uyğun qurulması üçün son on ildə davamlı iş aparıldığı, müsbət nəticələr qazanıldığı qeyd edilib.
Ölkədəki kriminogen duruma toxunan nazir daxili işlər orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və təhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən tədbirlərin bütövlükdə qənaətbəxş olduğunu, əldə edilən müsbət təmayüllərin cari ilin doqquz ayında da qorunub saxlanıldığını diqqətə çatdırıb.
Bildirilib ki, göstərilən müddətdə DİN və prokurorluq orqanları üzrə qeydə alınan cinayətlərin açılması 1,2 faiz yaxşılaşaraq 85,5 faiz təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlərin, qəsdən adam öldürmələrin, odlu silahla törədilən cinayətlərin, dələduzluqların, avtonəqliyyat vasitələrinin qaçırılmasının, hədə-qorxu ilə tələb etmələrin, quldurluqların, soyğunçuluqların, habelə xuliqanlıqların, yol-nəqliyyat hadisələrinin, qəzalarda həlak olanların və xəsarət alanların sayı azalıb. Qeyri-aşkar şəraitdə törədilən cinayətlərin, adam öldürməyə cəhdlərin, qəsdən sağlamlığa ağır zərər vurmaların, oğurluqların, soyğunçuluqların, quldurluqların, hədə-qorxu ilə tələb etmələrin, avtonəqliyyat vasitələrinin qaçırılması cinayətlərinin açılması da yaxşılaşıb.
Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Arzu Daşdəmirov və Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov gündəlikdəki məsələlərlə bağlı məruzələrində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.
Müzakirələrdə ərazi polis orqanlarının rəisləri buraxılan nöqsanlar və onların aradan qaldırılması yönündə həyata keçiriləcək tədbirlər barədə çıxış ediblər.
İclasa yekun vuran nazir, general-polkovnik Ramil Usubov cari ilin ötən dövründə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini üzrə görülən işlərin ümumən qənaətbəxş olduğunu, əksər istiqamətlər üzrə göstəricilərin bir qədər də yaxşılaşdığını, açılma faizinin yüksəldiyini, bir sıra ağır cinayətlərin azaldığını, bununla belə, ayrı-ayrı polis orqanlarında bu fəaliyyətin günün tələbləri səviyyəsində qurulmadığını, nöqsan və çatışmazlıqların aradan qaldırılmasında prinsipiallıq göstərilmədiyini qeyd edib.
İlin başa çatmasına iki aydan da az vaxt qaldığını xatırladan DİN rəhbəri qeyd olunan istiqamətlərdə səylərin daha da artırılmasının, vətəndaşların müraciətlərinə xüsusi diqqətlə, qayğı və həssaslıqla yanaşılmasının, əməkdaşların onlarla ünsiyyətdə qanunçuluğa, insan hüquq və azadlıqlarına, Etik Davranış Kodeksinin tələblərinə ciddi riayət etmələrinin zəruriliyini, ərazi polis orqanlarına gətirilən şəxslərə hər hansı formada təzyiq göstərilməsinin, kobudluq edilməsinin yolverilməz olduğunu bildirib. Nazir belə mənfi əməllərə, asayiş keşikçilərinin nüfuzuna xələl gətirən hərəkətlərə yol verənlərə qarşı ən sərt tədbirlər görüləcəyini vurğulayıb, orqan rəislərindən və digər vəzifəli şəxslərdən qəbul işinə nəzarəti gücləndirməyi, şəxsi heyətin peşəkarlığının artırılması, icra intizamının daha da yüksəldilməsi, yeni informasiya texnologiyalarının geniş şəkildə tətbiqi üçün bütün qüvvə və imkanların səfərbər olunmasını, əməliyyat işinin səmərəsinin yüksəldilməsini tələb edib, bu istiqamətdə konkret tapşırıq və tövsiyələrini verib.
General-polkovnik Ramil Usubov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin daxili işlər orqanlarının fədakar fəaliyyətini hər zaman yüksək qiymətləndirdiyini xatırladaraq, bu ali diqqət və qayğının hər bir əməkdaşın üzərinə böyük məsuliyyət qoyduğunu vurğulayıb. Əminliyini bildirib ki, şəxsi heyət cinayətkarlıqla uğurlu mübarizə və ictimai təhlükəsizliyin nümunəvi təmini işini bundan sonra da layiqincə davam etdirəcək, ölkəmizin inkişafının və qüdrətlənməsinin əsas şərtlərindən olan sabitliyin dönməzliyinin təmini, habelə dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığını əsirgəməyəcək, sona çatmaqda olan bu ili də yüksək göstəricilərlə başa vuracaq.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM