Övladınızın davranışı xoşunuza gəlmirsə, səhvi özünüzdə axtarın

10:30 / 05.11.2017

Strategiya.az lent.az-a istinadən Amerikada çalışan azərbaycanlı həkim Ülviyyə Qasımovanın "Düşünmək zamanıdır" yazısını təqdim edir.
 
- Ana, nəyə görə ağac yetişdirmək, onlara qulluq etmək mütləqdir?
 
- Çünki onlar bizim yaşamağımız üçün böyük önəm daşıyır.
 
- Necə yəni?
 
- Biz yaşamaq üçün nəfəs almalıyıq, bu zaman biz xeyirli qaz olan oksigeni uduruq, zərərli qaz olan karbonu isə nəfəslə ətraf mühitə ötürürük.
 
- Bəs bu prosesdə ağacın nə rolu var?
 
- Bizə lazım olan oksigen məhz ağacların yarpaqlarında əmələ gəlir. Bilmək istəyirsən bu proses necə adlanır?
 
- Əlbəttə
 
- Fotosintez
 
Sonra ana, ataya üz tutaraq, "Devid, bu mövzuda sənin fikrin necədir bəs?" soruşur.  Devid isə öz növbəsində Stivenin sualına belə cavab verir:
 
- Sara, mən səninlə tamamilə razıyam. Onu da əlavə edim ki, bu, həm də təbiətə gözəllik verir. Sən isə bizimlə hər həftə sonu bu ağacların olduğu parklarda piknikə getməyi çox sevirsən, düzdür?
 
Sara və Devid Stivenin sualına məhəl qoymaya da bilərdi. "Bilirsən nə var, götür bu planşeti, başını qat, məni də yorma", - deyə bilərdi. Amma onlar anlayırlar ki, bir valideyn olaraq Stiveni gələcəkdə necə şəxsiyyət kimi görmək istəyirlərsə, bu gün ona həmin şəxsiyyət kimi davranmalıdırlar. Bu gün məlumat verdikləri bu mövzu Stivenin yaddaşında bəlkə ona 5-6-cı sinifdə biologiya dərsində veriləcək informasiyadan daha yaxşı qalacaq. Stivenin 5 yaşı var, müxtəlif mövzulardan saysız-hesabsız suallar vermək, böyüklər üçün çoxdan marağını itirmiş mövzulara hədsiz maraq göstərmək normal haldır. Bundan narahat olmaq, onu susdurmağa çalışmaq, marağına su töküb yerlə bir etmək lazım deyil.
 
Və ya Sara onun sualına mühazirə şəklində cavab verə bilərdi. Amma o bunu etmədi.  Çünki o, Stivendə sual vermək, maraqlanmaq həvəsini daha da artırmaq istədi. Və ya heç atasının fikrini soruşmaya da bilərdi. Amma bunu etməklə Stivendə bir mövzu haqqında müxtəlif rəylər almaq refleksinin bünövrəsini qoymağa başladı.
 
Devid isə öz növbəsində "Məni bu boş-boş suallarla yormayın, mən sizə çörək pulu qazanıram", - deyə bilərdi. Amma nə qədər yorğun olsa da, bu suala cavab verməklə balaca Stivenin şüuraltında xanımına qoyduğu hörmətlə insansevər və ən əsası sülhsevər olmanın qığılcımını alovlandırdı.
 
Bu valideynlər başa düşürlər ki, indi onların bir-birlərinə və ya Stivenə qarşı münasibətdə atdıqları yanlış addım onun necə şəxsiyyət kimi formalaşmağında geridönülməz qüsur yarada bilər.
 
Avtobusdan enməzdən öncə üzümü onlara tutub "təşəkkür edirəm", - dedim. Onlar isə mənə maraqla baxaraq nə üçün deyə soruşdular.
 
- Cəmiyyətə belə şəxsiyyət yetişdirdiyiniz üçün...
 
Onların üzündəki o mülayim təbəssüm yəqin ki, uzun müddət yaddaşımda qalacaq.
 
Azərbaycanda olduğum müddətdə ictimai nəqliyyat vasitələrini dəfələrlə vaxtından tez tərk etmişəm, səbəbi isə valideynlərin övladlarına qarşı nümayiş etdirdikləri etinasızlıq, aqressiya olub. Ötən dəfə maraqlı bir deyim oxudum: "Əgər gül yetişmirsə, biz gülə toxunmuruq, onun olduğu mühiti dəyişməyə çalışırıq".
 
Əziz həmvətənli valideynlər, cəmiyyətimiz üçün gözəl şəxsiyyətlər yetişdirməyə calışın. Övladlarınızı əhatə edən mühit isə məhz sizsiniz. Əgər övladınızın hansısa davranışı sizə xoş gəlmirsə, özünüzdəki səhvi axtarın və onu aradan qaldırın.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM