Bakıda İstanbul Prosesində iştirak edən ölkələrin nazirlərinin konfransı keçiriləcək

12:20 / 06.11.2017

"Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində "Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransı 30 noyabr – 1 dekabr 2017-ci il tarixində Bakıda keçiriləcək.
 
XIN-in mətbuat xidmətindən verilən məlumata görə, 7-ci nazirlər konfransında "Asiyanın Qəlbi” - İstanbul Prosesində iştirak edən və bu prosesə dəstək verən ölkələr və beynəlxalq təşkilatlar iştirak edəcək.
 
Nazirlər konfransından öncə 30 noyabr tarixində yüksək səviyyəli rəsmilərin iclası keçiriləcək.
 
"Asiyanın Qəlbi” - İstanbul Prosesinin Hindistanın Amritsar şəhərində 4 dekabr 2016-cı ildə keçirilmiş nazirlər konfransının yekun Amritsar bəyanatında "Asiyanın Qəlbi” - İstanbul Prosesinin 2017-ci il üzrə Əfqanıstanla birlikdə həmsədri kimi növbəti nazirlər toplantısının ölkəmizdə keçirilməsinə dair Azərbaycanın niyyəti təqdir edilib.
 
Azərbaycanın "Asiyanın Qəlbi” - İstanbul Prosesinə həmsədrliyi dövründə İstanbul Prosesi çərçivəsində yüksək səviyyəli rəsmilərin görüşü 17 mart 2017-ci il tarixində Bakıda təşkil olunub. "Asiyanın Qəlbi” - İstanbul Prosesi "Asiyanın Qəlbi” regionda sabitlik, sülh və çiçəklənmənin təşviqi və Əfqanıstanın bütün region ilə bağlantısının genişləndirilməsi üçün siyasi dialoq və sıx regional əməkdaşlıq üçün vacib regional platformadır.
 
"Asiyanın Qəlbi” - İstanbul Prosesində iştirak edən dövlətlər və təşkilatlar sırasına Əfqanıstan İslam Respublikası, Azərbaycan Respublikası, Çin Xalq Respublikası, Hindistan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Pakistan İslam Respublikası, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı Krallığı, Tacikistan Respublikası, Türkiyə Respublikası, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Millətlər Təşkilatı daxildir. Bu proses çoxsaylı digər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. Regional sülh, sabitlik və çiçəklənməyə töhfə vermək əzminə və Əfqanıstanla ənənəvi dostluq əlaqələrinə malik olan Azərbaycan 2012-ci ildə "Asiyanın Qəlbi” - İstanbul Prosesinə qoşulub.
 
Əfqanıstanın regional iqtisadiyyata inteqrasiyası, qonşu dövlətlərlə ticarət əlaqələrinin canlandırılması və regional bağlantılarının artırılması məqsədilə Azərbaycan Əfqanıstanla fəal şəkildə əməkdaşlıq edir. İstanbul Prosesi çərçivəsində Regional infrastruktur üzrə etimad quruculuğu tədbirləri layihəsində Türkmənistanla həm-rəhbər dövlət kimi çıxış edən Azərbaycan Əfqanıstan və digər tərəfdaşlarla birlikdə bu sahədə işləri davam etdirir. Regional infrastruktur üzrə etimad quruculuğu tədbirləri layihəsinin növbəti regional texniki qrupunun iclası 27 noyabr 2017-ci il tarixində Bakıda keçiriləcək.
 
Azərbaycanın təşəbbüsü ilə həyata keçirilməkdə olan regional bağlantı layihələri, o cümlədən fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars dəmir-yol xətti, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Xəzərin sahilində logistika mərkəzi, Azərbaycan və İran İslam Respublikasının dəmir-yol şəbəkələrinin birləşdirilməsi Şərq-Qərb və Şimal-Cənub istiqamətləri üzrə multi-modal imkanlarla trans-regional infrastrukturun inkişafı baxımdan keyfiyyətcə yeni nailiyyətlərdir. Bu layihələr Əfqanıstanın dünya bazarına çıxışını asanlaşdıracaq və yüklərin daha qısa və daha az vaxt kəsimində səmərəli şərtlərlə çatdırılması üçün regionla bağlantısını təmin edəcək.
 
İstanbul Prosesi çərçivəsində Rusiya Federasiyası ilə birlikdə narkotiklərə qarşı mübarizə üzrə etimad quruculuğu tədbirləri layihəsinin həm-rəhbəri olan Azərbaycan region üçün ciddi təhdid olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı Əfqanıstan və digər tərəfdaşlarla əməkdaşlığı davam etdirir. Narkotiklərə qarşı mübarizə üzrə etimad quruculuğu tədbirləri layihəsinin regional texniki qrupunun növbəti iclası 10 noyabr 2017-ci ildə Bakıda keçiriləcək.
 
İkitərəfli əsasda Azərbaycan öz təcrübəsini Əfqanıstanla bölüşür və yaxşı idarəçilik, müdafiə, hüquq-mühafizə və minaların təmizlənməsi üzrə təlim yardımlarını təmin edir.
 
Həmçinin, Azərbaycan şəxsi heyət, multi-modal tranzit imkanları, təlim və maliyyə yardımı təmin etməklə NATO-nun Əfqanıstanda İSAF-dan sonrakı "Qətiyyətli Dəstək Missiyası”na töhfə verir. Azərbaycan Əfqanıstan Milli Ordusunun etimad fonduna töhfə verib və bu fondu dəstəkləməkdə davam edəcək.
 
"Asiyanın Qəlbi” - İstanbul Prosesinin həmsədri və 7-ci nazirlər konfransının ev sahibi kimi Azərbaycan ikitərəfli əsasda, İstanbul Prosesi çərçivəsində və eləcə də çoxtərəfli platformalarda Əfqanıstandakı sabitlik, sülh şəraitində quruculuq və inkişafı dəstəkləyəcək.

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM