Yayda bizi zəhərləyən sərinləşdirici sular - FOTO, VİDEO

09:54 / 10.06.2014

Hər il olduğu kimi bu yay da ən mühüm problemlərdən biri də paytaxt bazarlarında sərinləşdirici içkilərin satışda olmasıdır

Hər il olduğu kimi bu yay da ən mühüm problemlərdən biri paytaxt bazarlarında saxta və insan sağlamlığına ziyan ola biləcək sərinləşdirici içkilərin satışda olmasıdır. Sakinləri narahat edən bu problemlər bağlı ANS PRESS-in “qaynar xətti”nə kütləvi şəkildə şikayətlər daxil olub.


Daxil olan şikayətlərə əsasən paytaxtın bir çox ərzaq dükanlarına baş çəkdik. Etdiyimiz müşahidələrdən gördük ki, paytaxtın bəzi mağazalarında mənşəyi və mənbəyi bilinməyən sular satılır. Müxtəlif adlar altında plastik qablara doldurulan qazlı və qazsız suları alan bəzi alıcılar isə heç nəyin fərqinə varmır.

“Çalışıram ki, ucuz qiymətə satılan sulardan alım. Onsuz da hamısını birbaşa krandan doldurub satırlar. İsti havada məcbur olub alırıq. Əslində bilirəm ki, bunlar insan orqanizminə ziyandır”, - deyə Samir Aslanov adlı alıcı bildirib.

Satıcıların bir çoxu da deyilən iradlarla razıdırlar. Ərzaq dükanının satıcısı və sahibkarı Elşad Əliyev deyir ki, bəzi tanınmış şirkətlərlə yanaşı, sexlərdə istehsal olunan sərinləşdirici içkilər də gətirilir. Çünki həmin sular daha ucuzdur.

“Tanınmış markalara nisbətən bu tip sular daha çox satılır. Həm də, həmin içkiləri gətirənlər daha çox faiz verirlər. Tanınmış bir markaya məxsus içkidə 1 litr sudan 5-6 qəpik qalırsa, daha ucuz sulardan 12-20 qəpik qalır. Üstəlik bu içkilərə təlabat daha çox olur. Fəhlələr, uşaqlar daha çox soyuq, qazlı və şirin sulara üstünlük verir”, - deyə Elşad Əliyev bildirib.

Qeyd edək ki, sərinləşdirici içkilərin satışı və saxlanması zamanı da böyük problemlər müşahidə olunur. Şirkət suları mağazalara gətirir. Lakin mağazalarda həmin məhsulları vaxtında soyuculara yükləmirlər. Bu zaman isti havada, günəş şüasının altında qalan məhsulların tərkibi dəyişir. Bu zaman isə sərinləşdirici sular insan orqanizmi üçün təhlükə mənbəyinə çevrilir. Satıcıları isə görünür bu məsələ daha az maraqlandırır.

Mövcud problemin başlıca günahkarı isə dövlət qurumlarıdır. Məsələyə aydınlıq gətirərkən ekspertlər bu barədə bildirdilər. Azərbaycan Su İstehsalçıları Birliyinin (SİB) sədri Dövlət Məmmədov ANS PRESS-ə açıqlamasında bildirib ki, bu gün Azərbaycan bazarında su istehsalına nəzarət çox zəifdir.

“Bəzi yerlərdə qeydiyyatdan keçməyən su sexləri fəaliyyət göstərir. Həmin sexlərdə kranlardan, quyulardan su doldurub satırlar. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və İqtisadi İnkişaf Nazirliyi birbaşa bu məsələyə nəzarət etməlidir. Əfsuslar ki, bu problemə hamı göz yumur”, - deyə Dövlət Məmmədov bildirib.

Ekspert deyir ki, Bakı şəhərində sərinləşdirici içkilərin və suların çoxu yoxlanılmadan satılır. Bu sular insan orqanizmi üçün təhlükə mənbəyidir.

“Xüsusi filterlər vasitəsilə suyu təmizləyirlər. Bu zaman suyun tərkibindəki bir çox lazımi maddələr çıxarılır. Bir sözlə, əhaliyə “ölü su” satılır. Bir problemin səbəbi isə suyun tərkibini yoxlayarkən sistemin düzgün qurulmamasıdır. Belə ki, suyun tərkibini yerində yoxlamırlar. Bakı şəhərində satılan suların 50-60 faizi, restoranlarda verilən su və şirələrin 90 faizinin mənbəyi məlum deyil. Şadlıq evlərində stola verilən zaman, hardansa mənşəyi bilinməyən sular və şirələr peyda olur. Belə gizlin sular Abşeron rayonunda istehsal olunur”, - deyə D.Məmmədov bildirib.

Onun fikrincə sərinləşdirici içkilərin dükan və mağazalarda saxlanma şəraiti də qənaətbəxş deyil: “Bu sahədə vəziyyət olduqca bərbaddır. Mağazada işləyən insanların heç birinin ticarət sahəsində bilgisi yoxdur. Bu səbəbdən, qidaların, o cümlədən sərinləşdirici içkilərin satışı bərbad vəziyyətdədir. Bu insanların çoxu cinayət məcəlləsinə cəlb olunmalıdır”.

Ekspert problemin çıxış yolunu nəzarəti gücləndirməkdə və bu sahədəki qanunsuzluq aşkar edildikdə cərimələrin çoxaldılmasında görür: “Burada cərimələrin məbləi olduqca aşağıdır. Cərimə 300-400 manatdan 5000 minə qaldırlmalıdır. Bu zaman biz xarab olmuş ərzaq yox, normalara cavab verən ərzaq alacağıq”.

İqtisadçı, millət vəkili Əli Məsimli isə bazarda olan keyfiyyətsiz sərinləşdirici içkilərin müəyyənləşdirərək satışdan çıxarılması üçün maraqlı üsul təklif edir. Əli Məsimli bu sahədə ən yaxşı mübarizə üsullarından biri kimi ictimaiyyətin iştirakı ilə aşkarlığı təmin etməyin vacibliyini önə çəkir. Onun sözlərinə görə, necə deyərlər yoxlayanın özünü də yoxlamaq lazımdır. 

“Araşdırmaq lazımdır ki, yoxlamaları aparan şəxslər öz cibini qoruyur, yoxsa insanların sağlamlığının qayğısına qalırlar. Bu sahədə yoxlama işlərində aşkarlığı təmin etmək vacibdir. Düşünürəm ki, ən ciddi təsir göstərəcək amil KİV-lərin iştirakı ilə maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir. Müvafiq qurumlar sərinləşdirici içki, limonad istehsalı ilə məşğul olan müəssisələrdə KİV nümayəndələri və istehlakçıların hüquqlarını qoruyan təşkilatların nümayəndələri ilə birlikdə monitorinq aparmalıdırlar”, - deyə Əli Məsimli bildirib.

Millət vəkili istehsalatla yanaşı sərinləşdirici içkilərin saxlanılmasının da mühüm bir məsələ olduğunu vurğulayır. “Bəzən biz şahid oluruq ki, sərinləşdirici içkilər mağazada günün altında saxlanılır. Bu isə həmin məhsulların tərkibinin dəyişməsinə gətirib çıxarır. Bu isə sonradan zəhərlənmə və digər fəsadlara səbəb olur”, - deyə Əli Məsimli qeyd edib.

Millət vəkili bazarda satışa kiçik sexlərdə istehsal olunan keyfiyyətsiz içkilərin müfaviq qurumlar tərəfindən tam aşkarlanaraq məhv edilməsinin mümkünsüzlüyünü də bildirir. Onun sözlərinə görə, müvafiq qurumlar nə qədər nəzarətlərini artıraraq keyfiyyətsiz məhsulların aşkar edərək mağazalardan yığışdırılmasını təmin etsə də bu son nəticədə keyfiyyətsiz məhsulların cəmi 10 faizini təşkil edəcək. Yerdə qalan 90 faiz əhalini yenidən satışda qalacaq və istehlakçıları zəhərləməkdə davam edəcək. İqtisadçı bu məsələyə elmi yanaşmağın vacibliyini vurğulayır.

Dövlət qurumları isə səslənən ittihamları qəbul etmir. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev ANS PRESS-ə açıqlamasında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən daima bu problemin nəzarətdə olduğunu bildirib. Onun sözlərinə görə, sərinləşdirici içkilər satılan bazara nəzarət daha da gücləndirilib.

“Yay mövsümü başa çatana qədər bu tədbirlər davam edəcək. Mütəmadi nəzarət tədbirləri həyata keçirilir. Hələlik keçirilən monitorinqlərdə ciddi qanun pozuntularla qarşılaşmamışıq. Sərinləşdirici içkilərədn nümunələr eyni qayda ilə götürülmür. Hər bir içkinin xüsusiyyətinə görə yoxlamalar aparılır”, - deyə Abbas Əliyev vurğulayıb.

Nazirlik rəsmisi onu da əlavə edib ki, məhsulun saxlanması ticarət qaydalarına uyğun olmalıdır. Laboratoriyadan keçərən, tərkibi normal olan məhsul, sonradan saxlanma prosesi zamanı korlana bilər.

Bu problem Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən də ciddi yoxlanılır. Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının ANS PRESS-ə verdiyi məlumata görə, istehlakçıları keyfiyyətsiz, təhlükəli məhsullardan qorumaq məqsədilə müəyyən edilmiş qaydada sərinləşdirici içkilər istehsal edən təsərrüfat müəsisələrində mütəmadi olaraq dövlət nəzarəti tədbirləri həyata keçirilir.

“Yay mövsümü yeni başlanıldıqda sərinləşdirici içkilər istehsal edən müəssisələrdə nəzarət haqqında məlumatları mətbuata bildirəcəyik. Ümumilikdə respublika ərazisində təxminən 70 sərinləşdirici içki istehsal edən müəssisə fəaliyyət göstərir. Lakin bu müəssisələrin sayı mütəmadi olaraq dəyişir. Yay aylarında isə belə müəssisələrin sayı iki dəfə çoxala bilər. Hər bir sexlərdə dövlət nəzarəti aparılır”, - deyə Fazil Talıblı bildirib.

“Problem aşkarlanan müəssisələrin fəaliyyəti birmənalı olaraq dayandırılacaq. İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq qüsurlara yol verən müəssisələr barədə cərimələr tətbiq olunacaq. Hansı ki, fiziki şəxslərə 1500-2000 manat, hüquqi şəxslərə 4000-5000 manat cərimələr tətbiq olunacaq”, - deyə F.Talıblı bildirib.

Fazil Talıblı problemin həllində alıcıların da mübarizə aparmalı olduğunu bildirib. “Bir daha istehlakçılara bildirirəm ki, keyfiyyətsiz sərinləşdirici içkilər gördükdə aidiyyatlı qurumlara xəbər versinlər. Sakinlər özləri də mütləq bununla mübarizə aparmalıdır. Sərinləşdirici içkiləri günəş süaların altında saxlanılan məhsullar sonradan keyfiyyətini dəyişir. Bu zaman belə məhsulların tərkibinin dəyişdiyini müşahidə edirik. Belə məhsullar insan orqanizminə ciddi təsir göstərir”.

Sonda onu bildirək ki, müvafiq qurumlar nə qədər monitorinq keçirərək keyfiyyətsiz sərinləşdirici içkiləri bazardan çıxarılmasını təmin etsələr də bu problem köklü şəkildə həll edilməlidir. Ya bu sahəyə dövlət tərəfindən dəstək verilməli və iri ixtisaslaşmış zavodlar açılmalı, ya da keyfiyyətsiz məhsul istehsal edən sexlər o qədər böyük həcmdə cərimələnməlidir ki, bir də belə iş tutmasınlar. Axı əldən gedən insanların sağlamlığıdır...

İstehlakçılara isə məsləhətimiz budur kustar üsulla hazırlanan, üzərində tərkibi haqqında məlumatlar əksini tapmamış sərinləşdirici içkiləri almaqdan çəkinsinlər.








Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM