VALİDEYNLƏR, DİQQƏT! Uşaq yeməyi çeynəyib, uda bilmirsə...

16:30 / 08.11.2017

Strategiya.az ailem.az-a istinadən loqoped Bəsirə Pənciyevanın növbəti məqaləsini təqdim edir. 

Disfaqiya nədir?
 
Udma, çeynəmə, sorma, əmmə pozuntuları disfaqiya adlanır. Əmmə problemlərinə qidanın qəbulu, çeynənilməsi, sorulması və udulması sahəsində olan çətinlikləri daxildir. Məsələn, uşaq qidanı qəbul etməyi, yəni əgər bərk qidadırsa, onu dişləməyi və ya əzilmiş haldadırsa, onu ağzına qoymağa etiraz etməsi və ya mayedirsə udmağı bacarmamağı deməkdir. Yaxud da çağanın süd əmdiyi zaman ananın döşünü götürdükdə ağzını tam bağlaya bilməməsi, dodaqları açıq saxlaması və bununla da süd əmmədə çətinlik olması və s. Bu zaman uşaqlarda əmmə pozuntusu da ola bilər.
 
Udma prosesləri aşağıdakı mərhələləri əhatə edir;
 
Oral (ağızın içi, dodaq, dil, diş, damaq) mərhələsi; Bura sorma, çeynəmə, qidanın dil vasitəsiylə ağızda hərəkəti və diş, damağın köməyilə əzilmiş qidanın və ya mayenin boğaza ötürülməsi.
 
Pharyngeal (faringil) mərhələ; Udmağa başlamaq, qidanın hava yoluna daxil olmaması (aspirasiya) hava yolunu bağlamaq və boğazdan aşağı ötürülməsi.
 
Esophageal mərhələ; Boğazda yemək borusunun üst və alt boşluqları rahatlaması və yeməyi qida borusundan mədəyə ötürmək.
 
Uşaqlarda əmmə, udma pozuntularının əlamətləri hansılardır?
 
Uşaqlarda əmmə, udma pozuntularının geniş və müxtəlif əlamətləri var. Bütün əlamətlər hər uşaqda mövcud deyil!
Uşaqlarda, əmmə və udma problemlərinin əlamətləri aşağıdakılardır ;
 
1. Qidalanma zamanı bədəni bərkitmək
2. Qidalanma zamanı qıcıqlanma və həssaslığın olmaması
3. Qida və mayedən imtina
4. Müxtəlif yeməklərin qəbul edilməməsi (məsələn, yalnız saflaşdırılmış qidalar və ya gevrək taxıl)
5. Uzun əmmə və ya uzun yemə (30 dəqiqədən çox)
6. Çeynəmədə çətinlik
7. Döş əmmədə çətinlik
8. Yemə zamanı öskürmək və qusmaq
9. Ağızdan və ya burundan çıxan həddən artıq qida və maye
10. Yemək yemə, su içmək və nəfəs almaq aktlarında çətinlik
11. Yemək zamanı boğulmaların artması
12. Tez-tez tüpürmək, qusmaq
13. Təkrarlanan sətəlcəm (pnevmaniya) və ya hava (tənəffüs yolu ilə) ilə yoluxucu infeksiyalar
14. Normal kilo artımından az olması
 
Əmmə və udma pozuntularının səbəbləri aşağıdakılardır:
 
~ Sinir sistemi xəstəlikləri (Uşaq serebral iflici meningit ensefalopatiya),
~ Mədə-bağırsaq problemləri,
~ Problemli doğuş,
~ Yarıq dodaq və ya damaq,
~ Hava yolu ilə keçən infeksiyalar,
~ Autizm sindromu,
~ Baş, boyun anomaliyaları,
~ Üz və boyundakı əzələ zəifliyi,
~ Tənəffüs problemləri.
 
Əmmə və udma pozuntularına necə diaqnoz qoyulur?
 
Əziz valideynlər, sizin səhiyyə mütəxəssisiniz, pediatrınız uşağınızı yoxlayacaq. Müəyyən testlərlə yoxlanışdan sonra metabolik problemlərini qeyd edəcək, lazım bildiyi halda loqopedə yönləndirəcək.
 
Loqoped qiymətləndirir;
~ Uşağın anamnezini, yəni bu günə kimi uşağın bütün tibbi müayinəsi və loqopedik təlimləri ilə bağlı məlumatları soruşmalıdır;
~ Udmaya cəlb olunan əzələlərin hərəkətliliyinə, gücünə baxmalıdır;
~ Yemək yemə və su içmə zamanı əzələlərin vəziyyəti, duruşu, hərəkətini müşahidə etməlidir. Bəzən uşaq Usi (Uşaq serebral iflici) və ya Disfaqiya diaqnozu ilə gəlir. Ağızdan su axır. Anadan soruşuram. O, bildirir ki, mən çeynəmədən razıyam, yemək yeməsi yaxşıdır. Lakin təcrübəmdən deyirəm ki, valideynin sorğusu ilə yanaşı, yenə də uşaq müayinə edilməlidir. Uşağın sevdiyi yumşaq qidayla başlamaq lazımdır. Çünki çox olub ki, valideyn razılıq bildirir, lakin yoxlayanda uşağın düzgün yemədiyini, balaca qabdakı yeməyin 4/1 ni ancaq yediyini, qaşığı dodağı yumaraq ağzına almadığını müşahidə edirəm. Bəzən valideyn başa düşmür, ona normal gəlir. Amma uşaq iki yaşındadırsa və bu şəkildə yeyirsə, bu da ağız suyu ifrazına səbəb olursa, demək, problem var.
~ Müəyyən müşahidələrlə, testlərlə əmmə, yemə, udma aktları qiymətləndirmək;
 
Barium yoxlanışı - Uşaq nəsə içdikdə boğazdan mayenin qəbulu zamanı maye və ya qidanın boğazdan aşağı keçməsi səhiyyə mütəxəssisiniz tərəfindən yoxlanılır.
Endoskopik müayinə - Uşağın udma aktı izlənilir.
 
Hansı müalicə üsulları mövcuddur?
 
~ Tibbi müdaxilə (reflux üçün dərman),
~ Fərdi ehtiyacları qarşılamaq üçün yemə terapiyası aparmalıdır,
~ Həkim nəzarəti ilə qida qəbulu və qida seçimi,
~ Getdikcə qida qəbulunu artırmaq (çünki disfaqiyalı uşaqlar seçici olurlar, daha çox yumşaq maye şəklində yeməklərə üstünlük verirlər)
~ Ərzaq temperaturunu dəyişdirmək (yenə də həkim məsləhəti ilə),
~ Müxtəlif oturma vərdişləri yaratmaq (məsələn, uzanaraq əmzik şüşəsi ilə yeyirdisə, oturtmaq, qaba qoymaq, qaşıqla yeməyə cəhd etmək, ailə ilə bir stol arxasında oturması, böyüklərin yeməsini izləməsi və s.)
~ Davranış və sosial bacarıqları qazandırmaq üçün psixoloqa müraciət edin,
~ Aktivliyi artırmaq üçün fizioterapevtik məşğələlərə yazılın,
~ Həmçinin, stomatoloji müayinədən keçirməyiniz də məsləhətdir.
 
Loqopedik müdaxilə nəticəsində:
 
~ Ağız əzələlərini daha da gücləndirir,
~ Dilin hərəkətliliyi artır,
~ Çeynəmənin yaxşılaşdırılması,
~ Müxtəlif qidaların və mayelərin qəbulunun artırılması,
~ Sorma və içmə qabiliyyətini yaxşılaşdırmaq,
~ Təhlükəsiz udmanı təmin etmək üçün loqopedik məşğələlərdə udma zamanı boğulma yaratmayacaq qidalar seçmək lazımdır. Bunun üçün qida seçimi önəmlidir.
 
Loqopedik qiymətləndirmədən sonra ailə üzvləri ilə əlaqə saxlanılmalıdır. Yemə, udma problemlərini anlamaq üçün suallar verilməlidir. Müalicə planını başa düşdüklərinə əmin olmalıyıq. Çünki evdə də yemə terapiyasını yerinə yetirməlidirlər. Bu, təkcə ana ilə deyil, həmçinin, uşağın ətrafında olan hər kəs yemə ilə bağlı problem və əldə edilən irəliləyişlə bağlı məlumatlanmalıdır.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM