Heydər Əliyev Fondunun «Regional İnkişaf» İctimai Birliyinin (RİİB) nümayəndələri noyabrın 9-da Ağdam rayonunda görüşlər keçiriblər.
Fonddan verilən məlumata görə, Ağdam rayon Heydər Əliyev Mərkəzində gənclərlə keçirilən görüşdə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bir ildir fəaliyyət göstərən RİİB-in həyata keçirdiyi layihələr, görülmüş işlər barədə məlumat verib. Onun sözlərinə görə, RİİB əhali ilə daha sıx ünsiyyətin yaradılması, ictimai nəzarətin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir. RİİB-in layihələrində gənclərin fəal rol oynadığını deyən Anar Ələkbərov Ağdam rayon gənclərini də qurumun fəaliyyətində aktiv iştiraka, bölgənin inkişafı istiqamətində ideya və təkliflər irəli sürməyə çağırıb.
Bu dəfəki görüşün 9 noyabr – Dövlət Bayrağı Gününə təsadüf etdiyini deyən Anar Ələkbərov Fondun prezidenti Mehriban Əliyevanın təbrikini görüş iştirakçılarına çatdırıb. Anar Ələkbərov üçrəngli bayrağımızın Azərbaycanın bütün bölgələrində - Ermənistanın işğalı altında olan rayonlarımızda da dalğalanacağına əminliyini bildirib.
Heydər Əliyev Fondunun mədəniyyət, təhsil, səhiyyə və sosial sahələrdəki layihələri barədə məlumat verilərək bildirilib ki, RİİB-ə daxil olan ictimai xarakterli müraciətlərin hər birinə diqqətlə yanaşılır və onların həlli istiqamətində iş aparılır.
RİİB tərəfindən gənclərin bacarıq və qabiliyyətlərinin inkişafı, təhsil imkanlarının genişləndirilməsi, müxtəlif xəstəliklərdən əziyyət çəkənlərə, xüsusi qayğıya ehtiyacı olan şəxslərə dəstək göstərilməsi istiqamətində işlərin həyata keçirildiyi bildirilib.
Anar Ələkbərov RİİB-in fəaliyyəti dövründə yüksək nəticələr əldə olunduğunu və gələcəkdə bölgələrdə həyata keçirilən layihələrin genişləndirilməsinin nəzərdə tutulduğunu deyib. «Biz sizi RİİB-in fəaliyyətini yaxından izləməyə və layihələrdə daha fəal iştiraka çağırırıq. Layihələrimizi siz gənclərə arxalanaraq həyata keçiririk», - deyə Anar Ələkbərov bildirib.
O, gəncləri RİİB-in rəsmi saytı, sosial şəbəkələrdəki rəsmi səhifələri, ictimai birliyin «Qaynar xətti» vasitəsilə təklif və müraciətlərini çatdırmağa, təşkilatın elekton platformalarında fəal olmağa çağırıb.
Millət vəkili, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən layihələr, proqramlar, həmçinin dövlət proqramlarının icrası üzrə uğurlu nəticələr əldə edilib. O, bu siyasətə dəstək olaraq Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr barədə məlumat verib. Bildirib ki, Fond daim uğurlu layihələr həyata keçirir və RİİB-in də onların sırasındadır. Millər vəkili qeyd edib ki, RİİB ilk dəfə Azərbaycanın bölgələrində könüllülük hərəkatının formalaşmasına və fəal gəncləri ətrafında toplamağa nail olub. «RİİB sizinlə birgə uğur qazana bilər», - deyə Fuad Muradov bildirib.
Görüşdə Ağdam rayon gəncləri müxtəlif təklif və müraciətlərlə çıxış ediblər. Qeyd olunub ki, RİİB-in Ağdam rayonunda həyata keçirdiyi layihələrdə iştirak edən 20 nəfər işlə təmin olunub. Görüşdə, həmçinin Ağdam rayon orta ümumtəhsil məktəbləri məzunlarının yüksək nəticə əldə etdikləri, bu il 519 nəfərin ali məktəblərə qəbul olunduğu bildirilib. Həmin gənclərdən bəzilərinin ödənişli əsaslarla təhsil aldıqları qeyd edilib və onların təhsil haqqının ödənilməsinə, eləcə də müalicəyə ehtiyacı olan bəzi sakinlərə dəstək göstərilməsi təklif olunub.
Daha sonra Qarabağ müharibəsi veteranları və əlilləri ilə görüş keçirilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslərə, şəhid ailələrinə qayğının daim Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban Əliyevanın diqqət mərkəzində olduğu qeyd edilib. Anar Ələkbərov veteranların gənclərin milli, vətənpərvər ruhda yetişməsi istiqamətində layihələrə dəstək verməsinin vacib olduğunu bildirib.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli qeyd edib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunandan sonra ilk görüşü məcburi köçkünlərlə olub, onların mənzillə bağlı problemləri həllini tapıb, 2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlər Mehriban Əliyevanın təşəbbüsü ilə yüksək texnologiyalı protezlərlə təmin edilib. Emin Həsənli şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərinin bu addımları yüksək qiymətləndirdiyini qeyd edib.
Görüşdə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, Qarabağ uğrunda döyüşlərdə əlil olmuş bəzi sakinlərin əlil arabaları ilə təmin edilməsi ilə bağlı təkliflər səsləndirilib. Anar Ələkbərov qaldırılan məsələlərin araşdırılacağını və müvafiq köməklik göstəriləcəyini bildirib.
Daha sonra Ağdam Rayon Mərkəzi Xəstəxanasına bir ədəd təcili tibbi yardım maşını təqdim olunub. Qeyd edək ki, rayon ərazisində 95 min nəfərə qədər əhali yaşayır. Əhali sıxlığını və çağırışların çoxluğunu nəzərə alaraq xəstəxana üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə Səhiyyə Nazirliyi əlavə bir ədəd təcili tibbi yardım maşını ayırıb.
Heydər Əliyev Fondunun nümayəndələri, həmçinin Ağdam Muğam Mərkəzinin tikintisinin gedişi ilə tanış oublar.
Ağdam Muğam Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa olunur. Mərkəzin binasının ümumi sahəsi 1800, ümumi daxili sahəsi isə 1580 kvadratmetr olacaq. Burada 328 yerlik zal, foye, qalereya, dekorasiya, qrim, gözləmə və dərs otaqları yaradılacaq.
Mərkəz Azərbaycan xalqının zəngin milli-mənəvi sərvəti olan muğamın yaşadılması və təbliği məqsədilə inşa olunur.
Heydər Əliyev Fondunun nümayəndələri Ağdam rayonunda ictimaiyyət nümayəndələri ilə görüşlər keçirib, bu görüşlərin davamı olaraq kəndlərdə müxtəlif ailələrdə, o cümlədən şəhid ailəsində görüşdə olublar.
Görüşlərdə RİİB-in layihələrində ictimaiyyət nümayəndələrinin fəal iştirakının vacibliyi qeyd olunub. RİİB-in müxtəlif regionlarda nümayəndələrinin fəaliyyət göstərdiyi, hər bir kəsin daim təkliflərlə onlara müraciət edə biləcəkləri qeyd olunub.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM