Sonuncu Moğol imperatoru

10:42 / 10.11.2017

Sonuncu Moğol imperatoru bir əsrdən çox heç kimin yadına düşməyib. Lakin qəbrinin aşkarlanması ilə Sufi müqəddəslərindən biri və urdu dilinin ən yaxşı şairlərindən sayılan bu kişinin irsi də peyda olub.

II Bahadır Şah Zəfər 1862-ci ildə Ranqunda (indiki Yanqun) son nəfəsini verərkən yanında cəmi bir neçə qohumu olub.

Onu tutan britaniyalılar məşhur Şvedaqon Paqoda yaxınlığındakı bir ərazidə dəfn ediblərmiş. Heç qəbrin üzərində işarə də olmayıb.

Məğlub, alçaldılmış və təhqirə uğramış: müasir Hindistan, Pakistan və Əfqanıstan və Banqladeşin böyük hissələri də daxil olmaqla geniş bir ərazini 300 il idarə edən Moğolların varisi üçün biabırçı sonluq.

Hakimiyyətini əcdadları Əkbər və ya Övrəngzeb ilə müqayisə etmək mümkün olmasa da, 1857-ci ildə uğursuzluq ilə nəticələnən "Hindistan Qiyamı" onun adı ətrafında cərəyan edib. O zaman əsgərlər Şərqi Hindistan Britaniya Şirkətinə qarşı ayağa qalxmışdılar.

Məğlubiyyətdən sonra, imperator xəyanət ittihamı ilə həbs olunur və Britaniya idarəsində olan başqa bir əraziyə Burmaya (hazırda Myanma) sürgün edilir.

O, həbsdə 87 yaşında noyabrın yeddisi ölsə də, poeziyası hələ də yaşayır. Şair, qələbə mənasını verən Zəfər təxəllüsündən istifadə edib.

An illustration showing the arrest of Bahadur Shah ZafarFotonun müəllifiALAMYImage captionBahadır Şah Zəfərin həbsini təsvir edən illüstrasiya

1700-ci illərin sonuna qədər böyük Moğol imperiyası nüfuz və ərazisinin böyük hissəsini itirmişdi. 1837-ci ildə hakimiyyətə gələn Zəfər, yalnız Delhi və onun ətrafını idarə edirdi. Amma təbəələri onu hər zaman Padşah kimi anıblar.

Digər Moğol padşahları kimi onun da Monqol imperatorları Çingiz xan və Teymur nəslindən olduğu deyilirdi. Dünyanın ən böyük sülalələrindən birinin sonu onun ölümü ilə gəlib.

Britaniyalılar davamçılarını yayındırmaqdan ötrü onu gizli dəfn edirlər. Ölüm xəbəri Hindistana iki həftədən sonra çatır və demək olar ki, heç kim buna məhəl qoymur.

Və Zəfər 100 ildən artıq bir müddət ərzində yaddaşlardan silinib.

Ta ki son on illiklərdə irsinə maraq yarana qədər.

Hindistanda efirə 1980-ci illərdə gedən televiziyası seriyası yaddaşları təzələyir və Delhi və Karaçidə onun adını daşıyan küçələr peyda olur. Dakada hətta, bir parkın adı onun adına dəyişdirilib.

"Zəfər görkəmli insan olub," Sonuncu Moğol (The Last Mughal) əsərinin müəllifi tarixçi William Dalrymple BBC-yə deyib.

"Xəttat, şair, Sufi piri və hindu-müsəlman birliyini təqdir edən bir şəxs."

"Zəfər qəhrəman və ya inqilabçı lider kimi anılmasa da, xatirlərdə əcdadı imperator Əkbər kimi İslam sivilizasiyanın ən tolerant və pluralist simalarından biri olaraq qalıb," cənab Dalrymple kitabında qeyd edib.

Bəziləri deyir ki, Zəfərin dini dözümünün səbəbi qarışıq valideynlərə malik olmasından qaynaqlanıb. Atası II Əkbər Şah müsəlman və anası Lal Bhai Hindu Racput şahzadəsi olub.


1857-ci il "Qiyamı"

Heavy Day In The Batteries' on the Delhi Ridge, during the Indian Rebellion of 1857Fotonun müəllifiGETTY IMAGESImage caption1857-ci il Hindistan Qiyamı zamanı Delhidə baş verən döyüşdən bir səhnə

  • Mayın 10-da şimalda yerləşən Meerut şəhərində hindistanlı əsgərlər britaniyalı zabitlərə qarşı ayağa qalxırlar. Üsyan Delhi, Aqra, Lakhnau və Kanpur şəhərlərinə yayılır.
  • Hiddətə səbəb yeni islahatlar, qanunlar, Qərb dəyərləri və Xristianlıq ilə bağlı addımlar olub.
  • Üsyan minlərlə hindu və müsəlmanları birləşdirir və onlar dövrün Moğol imperatoru II Bahadır Şah Zəfəri başçıları seçirlər.
  • Britaniya generalları Puncab və Patnadan olan six əsgərləri sayəsində sentyabra qədər Delhini ələ keçirirlər.
  • Hər iki tərəf qəddar cinayətlərdə ittiham olunur. Üsyançılar britaniyalı qadın və uşaqları öldürürlər. Britaniyalılar isə minlərlə qiyamçı və onların tərəfdarlarının ölümündə günahkar bilinirlər.
  • Üsyan 1858-ci ilin iyulunda tamamilə yatırılır. Eyni ildə Şərqi Hindistan Şirkəti ləğv olunur və Hindistanda Britaniya hökumətinin birbaşa hakimiyyəti qurulur.

Mənbə: Britannica, BBC Tarix


Zəfərin sakit Yanqun xiyabanındakı qəbri, Hindistan tarixinin ən qarışıq dövrünün iztirablı və dinməz yadigarıdır.

The gates of the mausoleum in YangonImage captionŞəkil: Sonuncu imperatorun adını daşıyan mavzoleyin darvazaları

Yerlilər Zəfərin yerli qarnizon ərazisində basdırıldığını zənn etsələr də, məzar 1991-ci ilə qədər naməlum qalıb.

Drenaj sistemi üçü yeri qazan işçilər kərpic tikili ilə qarşılaşırlar. Bu, keçmiş padşahın qəbri imiş. Sonralar məzar ictimai ianələr sayəsindən yenidən qurulur.

The only surviving picture of Zinat Mahal, taken in captivity in Rangoon by General McMohan.

Fotonun müəllifiPİCTURE COURTESY - THE BRİTİSH LİBRARYImage captionMavzoleydə onun xanınlarından biri Zinət Mahalın da qəbri yerləşir

Əcdadlarının Hindistandakı dəbdəbəli mavzoleyləri ilə müqayisədə Zəfərin məzarı çox sadədir. Qövsvari dəmir barmaqlıqlarda onun adı və titulu qeyd olunub. Birinci mərtəbədə xanımlarından bir Zinət Mahal və nəvəsi Rövnəq Zamaninin qəbirləri yerləşir.

Zəfərin məzarı isə yeraltı otaqdadır və qızılgül ləçəkləri və başqa güllərlə örtülüb.

Yuxarıdan sallanan uzun şamdanlar onun divardakı rəsmlərini işıqlandırır. Yan binada isə məscid yerləşir.

Dərgah və ya məqbərə, Yanqunun müsəlman sakinləri üçün ziyarət yerinə çevrilib.

"Dərgaha hər tərəfdən insanlar gəlir, çünki o, Sufi müqəddəsi hesab olunur," Bahadır Şah Zəfər Mavzoleyinin idarə heyətinin xəzinədarı Əl-Hac U Aye Lvin deyir.

"Onlar, şahın məzarı yanında meditasiya və dua etməklə məşğul olurlar. Arzuları həyata keçən insanlar isə pul və başqa şeylər ianə edirlər."

Zafar's tombImage captionİnsanlar Zəfərin məzarına qızılgül ləçəkləri səpiblər

Zəfər yaddaşlarda daha çox urdu dilindəki işinə görə qalıb. Onun həyat və sevgi haqqındakı qəzəlləri çox məşhurdur və urdu poeaziyasının oxunduğu Yanqun toplantıları və ya müşairələrdə səsləndirilir.

Qələm və kağız qadağasına görə deyirlər ki, o, şeirlərini həbs olduğu hücrənin divarlarına kömürlə yazarmış. Ona həsr edilən şeirlərdən bir neçəsi movzoleyin divarlarını bəzəyir.

İmperator kimi Zəfər ordu başçısı olmasa da, müsəlman və hinduları birləşdirən üsyanın simvolik rəhbərinə çevrilib. Tarixçilər, minlərlə müsəlman və hindu əsgərlərinin britaniyalılara qarşı çıxaraq Moğol imperiyasının bərpası üçün vuruşduqlarını söyləyirlər.

Hindistan və ya dünyanın başqa heç bir yerində anılmayan bu üsyanın bu il 160-cı ildönümüdür.

Tarixçilərə görə, milliyyətçilik və fundamentalizmin artdığı bir dövrdə Zəfərin tolerantlıq nümayişi, bu gün də öz aktuallığını qoruyur.

Titul və hakimiyyətini itirsə də, o, Sufi müqəddəsi və mistik şair kimi qəlbləri fəth edə bilib.//bbc


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM