Şamaxıda biabırçılıq: "O kişiyə de ki, bir oğul birinci arvadından var, bir oğlu da bu arvaddan. Nə düşmüsən ortalığa?"

15:08 / 10.06.2014

Şamaxıda doğuş zamanı baş vermiş uşaq ölümünün təfərrüatları bəlli olub. Şamaxı Mərkəzi Xəstəxanasında uşaq dünyaya gətirən Ziyafət Həsənovanın bacısı oğluAzNews.az-a bildirib ki, xalası iyunun 8-də Şamaxı rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə üsulu ilə oğlan usağı dünyaya gətirib. Uşağa beyində birinci dərəcəli qansızma diaqnozu qoyulub. Bundan sonra xəstəxananın şöbə müdiri Nəzakət Abdulrazaqovanın göndərişiylə uşaq Bakıya Elmi Tədqiqat Pediatriya İnstitutuna göndərilıb: “Uşağı atası Afiyəddin Həsənova veriblər ki, aparın Bakıya. Ana isə vəziyyəti ağır olduğundan Şamaxıda saxlanılıb. Hazırda uşağın anası çox pis vəziyyətdədir. Bakıda isə bildiriblər ki, uşaqda üçüncü dərəcəli qansızmadır. Uşağın çəkisini də Şamaxıda səhv çəkiblər. Bakıda deyirlər ki, uşağın çəkisi 2 kiloqram 700 qramdır. Şamaxıda isə demişdilər ki, uşaq 2 kiloqram doğulub” 

C.Zəliyev bildirib ki, Ziyafət Həsənovanın hələ də uşağının ölməyindən xəbəri yoxdur: “Elmi Tədqiqat Pediatriya İnstitutunda bildiriblər ki, uşağın ölmə səbəbi vaxtından əvvəl doğuşdur. Bizdən qeysəriyyə əməliyyatına görə 500 manat pul almışdılar. Uşaq öləndən sonra pullarını geri qaytardılar ki, səsinizi çıxarmayın. Bütün bunların başında isə Tamara Qədirova və Nəzakət Abdulrazaqova durur”. 

AzNews.az saytı sözügedən məsələylə bağlı həm Həkim Tamara Qədirovanın, həm də doğum şöbəsinin müdiri Nəzakət Abdulrazaqovanın fikirlərini öyrənib. 

T.Qədirova bildirib ki, uşaq doğularkən heç bir reaksiyası olmayıb və yalnız oksigen aparatına qoşulduqdan sonra vəziyyəti nisbətən normallaşıb: “Uşaq doğuldu, ağlamadı. Oksigen verdik bir az rəngi dəyişdi. Nə lazımdırsa elədik. Əməliyyat edən həkim Nəzakət Abdulrazaqovanı çağırdım ki, doktor, uşağın vəziyyəti yaxşı deyil, sonra məni təqsirkar görəcəklər ki, nə əcəb Bakıya göndərməmisiniz. Burda aparat yoxdur ki, uşağın orqanlarını yoxlayaq. Uşağın qeysəriyyə ilə doğulması məsləhətini Nəzakət xanım vermişdi. Bəli, uşaq yarımçıq doğulmuşdu. Hardasa bir ay tez əməliyyat edilmişdi. Uşağı Bakıya göndərməyimizin səbəbinə gəlincə, bizdə avadanlıqlar çatışmadığına görə, belə etdik”. 

“Bəs uşağın çəkisini niyə düzgün təyin edə bilməmisiniz” sualına Qədirovanın verdiyi cavabı olduğu kimi təqdim edirik: “Gəlin, xalat geyin, keçin içəri tərəziyə baxın. Bizim tərəzi düz çəkir. Allah səni saxlasın. Mən pis bir iş görməmişəm ki. Əgər pis iş görmüşəmsə, gəlib lap üzr də istəyərəm”. 

Ziyafət Həsənovaya qeysəriyyə əməliyyatını təyin edən şöbə müdiri Nəzakət Abdulrazaqova isə özünü təqsirkar saymır: “O qadın 5 aylığında gəlib bizim məsləhətxanaya. Hər şey qaydasındaydı. Bunun doğuşu düşürdü iyun ayının 16-na. Biz də uşağı 10 gün tez götürdük. Yəni buna icazə var. Amma bunun uşağının çəkisi az idi. Uşağın ölçülərinə görə 34 həftəlikdir. Amma fakt uşaq 38-39 həftəlik idi". 

- Uşağın çəkisi Bakıda 2.7 kiloqram gəlib. Amma siz 2 kilo demisiniz... 
- Bizim həkim 2.6 kiloqram yazıb, Bakıda 2.7 kiloqram yazılıb. 

- 1500 qram doğulan uşaqlar var ki, sağ qalırlar. Elmi Tədqiqat Pediatriya İnstitutundan bildiriblər ki, ölümün səbəbi vaxtından əvvəl doğuşdur. 
- O uşağın anadangəlmə fiziki inkişafında çatışmazlıq olub. Onun yoldaşı çox narazılıq edir. Uşağı ağlaya-ağlaya tutub vermişəm uşaq həkiminə. Sonra uşağın rəngi ağardı, vəziyyəti dəyişdi. 

-Amma Tamara doktor deyir ki, uşaq ağlamırdı doğulanda. 
-Yox, ağlayırdı. 

- Axı bu təbii doğuş deyil ki, sancı tutsun. Siz konkret vaxt təyin etmisiniz. Amma qeyseriyyə 1 ay əvvəl təyin olunub . Niyə bir ay əvvələ təyin etmisiniz? 
-Bunun birinci usağı da qeysəriyyə əməliyyatı ilə doğulub. 38-39 həftəlik hamiləlikə doğuşa qəbul edilib. İlk dəfə gəlişləriylə də uyğun gəlir. Mən uşağın çəkisini 2 kilo bilirdim. Amma burdakı həkim 2.6, Bakıdakı 2.7 kiloqram yazıb. 2700 qramlıq uşaq yetişmiş uşaqdır. 2500 qramdan 1 qram artıqdırsa, uşaq yarımçıq uşaq hesab edilmir. 

-Uşağın atası bildirir ki, sizə 500 manat verib sonra uşaq öləndən sonra pulu qaytarıb özlərinə vermisiniz. 
-O kişiyə de ki, bir oğul birinci arvadından var, bir oğlu da bu arvaddan. Başına iş gəlib, nə düşümsən ortalığa? Siz bu xəbəri elan eləmək istəyirsiz? Bunu elan etməyin, o şikayət edəni bir az yatızdırın. Belə şeylər çox olur. Çalışın onları sakitləşdirin, hamımız insanıq.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM