Gənclər arasında sürətlə yayılan və dünya çapında yüzlərlə intihar hadisələri ilə əlaqələndirilən "Mavi balina” adlı oyun can almaqda daavm edir.
Oyunun yaradıcısı 3 il həbs cəzasına məhkum edilsə də, oyunun səbəb olduğu ölümlər hələ də səngimək bilmir.
Bu oyuna qatılan insanlardan əksəriyyəti şiddəti təbliğ edən 50 təlimatı yerinə yetirmələri tələb olunur. 50 gün müddətində tabe olunması lazım olan bu əmrlər arasında dərin olmamaq şərtilə qol və ayaqların kəsilməsi, müəyyən bir müddət ərzində heç kimlə görüşməmək, yüksək səslə musiqi dinləmək kimi mərhələlər yer alır.
50-ci gündə isə oyunçuya son mərhələ olan yüksəklikdən tullanaraq, yaxud özünü asaraq intihar etməsi əmri verilir.
"Mavi balina” oyununda idarəçi mövqeyində olan insanların şəxsi bilgilərini ələ keçirdikləri qurbanlarına şantaj da edildiyi bildirilib. Onlar bu yolla insanları oyunu davam etdirməyə zorlayırlar.
Oyun, əsasən, sosial şəbəkələr və mesajlaşma proqramları vasitəsilə yayılır.
Hindistanda yaşayan 22 yaşlı Aleksandr adlı bir oğlan intihar oyunundan qardaşının polisə müraciət etməsi ilə qurtulub.
"Mavi Balina” oyunu ilə "Votsap” proqramında tanış olan Aleksandr oyun haqqında bilgilərini bölüşüb:
"Mavi Balina” telefona yüklənən bir tətbiq deyil. Oyun link vasitəsilə, insanların bir idarəçi tərəfindən yönləndirilməsi ilə oynanılır. İdarəçi tərəfindən verilən vəzifələrin gecə yarısından sonra həyata keçirilməsi əmr edilir. İlk günlər şəxsi bilgilər və fotolar paylaşılır və bunlar idarəçi tərəfindən toplanır”.
Aleksandr 50 mərhələ içində ən məşhuru olan vəzifəni necə yerinə yetirdiyindən də danışıb:
"Məzarlığa gecə yarısı gedib selfi çəkdirdim və fotonu sosial mediada paylaşdım. Hər gün tək başıma qorxu filmləri izləmək məcburiyyətində idim. Bu şərtin məqsədi qurbanları qorxuya alışdıraraq yaşamağa öyrətmək idi. Bu tam anlamı ilə bir ölüm tələsidir... Çox ağrı verən bir təcrübə idi. Oyuna qatıldıqdan sonra insanlarla danışmağı tərgitdim və otağıma qapandım. Oyundan çıxmaq istəsəm də, bacara bilmədim”.
Aleksandrın yaşadığı evə polis gələn zaman o, bıçaqla qoluna balıq cizgisi çəkirmiş.
Ölüm hadisələrinin son aylarda şiddətlə artdığı Hindistanda 17 yaşlı bir qız intiharın bir addımlığından geri qaytarılıb. Oyuna telefon vasitəsilə qoşulan qız polisə vəzifəni yerinə yeritmədiyi təqdirdə anasının öləcəyini bildirib.
2015-ci ildə Rusiyada başlayan bu cərəyanın qurbanlarının əksəriyyəti 18 yaşdan aşağı uşaqlar olur. Çünki onları idarə etmək daha asandır.
Lakin illər keçdikcə bu yaş aralığı da artmağa başlayıb. Argentinada özünü su tankından ataraq intihar etmək istəyən 22 yaşlı bir qızın istəyi polis müdaxiləsindən sonra baş tutmayıb.
Mütəxəssislər və psixoloqlar bu növ oyunların virtual aləmdə sürətlə yayıldığını və azyaşlılara ciddi təsir göstərdiyini bildirib. Onlar bu cür ciddi halların qarşısını almaq üçün xüsusilə azyaşlıların intenetdən istifadəsinə nəzarət etmək və real həyata bağlı şəkildə tərbiyə etmək lazım olduğunu tövsiyə ediblər./publika.az
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM