Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 15 noyabr 2017-ci il tarixində uçot dərəcəsinin və faiz dəhlizinin digər parametrlərinin dəyişməz saxlanılması (uçot dərəcəsi 15%, dəhlizin aşağı həddi 10%, yuxarı həddi 18%) barədə qərar qəbul edib.
Mərkəzi Bankdan verilən məlumata görə, qeyri-neft iqtisadiyyatının artımında pozitiv dinamika müşahidə edilir və bu dinamikanın formalaşmasında makroiqtisadi stabilləşmə xüsusi rol oynayır. Xarici balansın tarazlaşması valyuta bazarında stabilliyin davamlı xarakter almasına şərait yaradır. Monetar şərait iqtisadiyyatın pula olan tələbatı, o cümlədən fiskal sektorun likvidliyə olan ehtiyacı, eləcə də bank sistemində likvidliyin təsiri altında formalaşır. Başlıca olaraq qeyri-monetar amillər, o cümlədən il ərzində bəzi ərzaq məhsulları üzrə dünya qiymətlərinin yüksəlməsi ümumi inflyasiyaya təsir edib. Qiymət stabilliyi üzrə orta və uzunmüddətli amillərin təhlili pul siyasətində korreksiyanın zəruri olmadığını göstərir.
Faiz dəhlizinin parametrlərinə dair qərar qəbul edilərkən aşağıdakı makroiqtisadi meyillər nəzərə alınıb:
İqtisadi aktivlik. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin 9 ayında qeyri-neft sektorunda 2.5%-lik iqtisadi artım baş verib. Ticari sektor iqtisadi artıma daha çox töhfə verib. Qeyri-neft sektorunun ticari sahələrində iqtisadi artım ümumilikdə 3%, o cümlədən qeyri-neft sənayesində 3.1%, kənd təsərrüfatında 2.8% olub. Qeyri-ticari sektorda iqtisadi artım 2.4%, o cümlədən ticarətdə 2.1%, turizmdə 3.2%, rabitə və informasiya sahəsində 6.2% təşkil edib. Dövlətin investisiya tələbi və qeyri-neft məhsul və xidmət ixracının genişlənməsi ilə yanaşı, istehlakçı inamının tədricən bərpası iqtisadi artıma müsbət təsir göstərib.
Xarici balans və valyuta bazarı. İxracın şaxələnməsi, idxalın əvəzlənməsi prosesi, eləcə də neftin dünya qiymətinin yüksəlməsi Azərbaycanın xarici sektor göstəricilərinin yaxşılaşmasını təmin edir. Cari ilin 9 ayında xarici ticarət balansının profisiti 2 mlrd. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə (0.5 mlrd. ABŞ dolları) əhəmiyyətli çoxdur.
Ölkənin strateji valyuta ehtiyatları 2017-ci ilin 10 ayında 4.4 mlrd. ABŞ dolları (11.8%) artaraq 42 mlrd. ABŞ dollarını ötüb.
Xarici balansın tarazlaşması valyuta bazarında stabilliyin davamlı xarakter almasına şərait yaradır. Manatın ABŞ dollarına nəzərən məzənnəsi ilin əvvəlindən 4% möhkəmlənib ki, bu da inflyasiya gözləntilərinə azaldıcı təsir göstərir.
Monetar şərait. Valyuta bazarında təklifin tələbi üstələməsi şəraitində fiskal sektorun milli valyuta ilə likvidliyə olan tələbatı monetar şəraitə təsir göstərib. 2017-ci ilin 10 ayında pul siyasətinin əsas əməliyyat hədəfi olan manatla pul bazası 8.5% artıb.
Monetar şəraitə təsir göstərən digər mühüm amil bank sistemində likvidliyin akkumulyasiyasının davam etməsi olub. Bu proses bankların kredit portfelinin ilin əvvəlindən 26.1% azalması şəraitində baş verib.
Bank sistemində yüksək likvidlik Mərkəzi Bankın sterilizasiya alətlərinə tələbin yüksək olaraq qalması ilə müşayiət olunub. Cari ilin ötən dövründə AMB-nin təşkil etdiyi qısamüddətli notların yerləşdirilməsi və depozitlərin cəlb edilməsi hərraclarında tələb təklifi bir neçə dəfə üstələyib. Dövlət qiymətli kağızları bazarında da analoji vəziyyət müşahidə edilib.
İnflyasiya prosesləri. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2017-ci ilin 10 ayında orta illik inflyasiya 13.7% təşkil edib.
Dövr ərzində qiymətlərin dinamikası inflyasiya idxalı, qiymətləri dövlət tərəfindən tənzimlənən mal və xidmətlərin qiymətlərinin dəyişimi, inflyasiya gözləntiləri, ayrı-ayrı məhsul qrupları üzrə təklifin həcmi kimi amillərin təsiri ilə dəyişib.
İnflyasiyanın xarici amilləri dəyişkən olaraq qalır. Son ayda bəzi ərzaq məhsulları üzrə dünya qiymətlərinin yüksəlməsi ümumi inflyasiyanın azalmasının davam etməsinə mane olub.
Bir sıra xərc amillərinin təsiri ilə bəzi sahələrdə inflyasiya gözləntiləri yüksəlsə də, ümumilikdə dövr ərzində gözləntilərdə daha çox azalma meyilləri müşahidə olunub.
Ümumilikdə, illik inflyasiya səviyyəsi sabitləşsə də inflyasiya üzərində orta və uzunmüddətli risklər qalır.
Mərkəzi Bankın İdarə Heyətində faiz dəhlizinin parametrləri növbəti dəfə 15 fevral 2018-ci il tarixdə müzakirə ediləcək.
Strategiya.az
KOBİA və Qlobal Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlıq genişlənir
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM