Yuxu və ayıqlığın bir-birini əvəz etməsi, habelə yuxunun ayrı-ayrı mərhələləri bioloji qanunlara tabedir. Sağlam və lazımi qədər olan yuxu - bu, sizin yorğan-döşəkdə keçirdiyiniz adi saatlar deyil. Bu, dərin, arasıkəsilməz bir yuxudur. Doyunca yatmaq müddəti insanın özündən - onun irsiyyəti və yaşı, gündüz gördüyü iş və yediyi qidadan asılıdır.
Yuxu dövründə bəzi hormon və bioloji aktiv maddələrin hasil etdiyi müntəzəm dəyişikliklər nəticəsində ayıqlıq müşahidə olunur. Gecə saatlarında melatonin maddəsi (yaxud onu bəzən "zülmətin elçisi" adlandırırlar) - epifiz (beynin üst çıxıntısı "əzgilvari vəzinin") hormonu hasil olunur, onun sekresiyası sutkanın qaranlıq vaxtının başlaması ilə artır.
Məlum olub ki, sınaq (təcrübi) heyvanlarının qida rasionunun 60%-ə kimi azaldılması onların ömrünün 1,5 dəfə uzanmasına gətirib çıxarır. Aşağı kalorili dieta insanda qocalma prosesini ləngidir, insanların çox vaxt ölümünə səbəb olan xəstəliklərin riskini azaldır (xərçəng, ürək xəstəliyi, insult, ateroskleroz, diabet). Bununla yanaşı xüsusi tədqiqatlar nəticəsində müəyyən edilib ki, rasionun məhdudlaşmasına melatoninin sekresiyasını artırmaqla məhz epifiz reaksiya göstərir. Ömrün uzunluğu gecə saatlarında sintezləşən hormonun ümumi miqdarı ilə əlaqədardır. Həmçinin, melatonin sekresiyasının pozulmuş ritminin normallaşmasına dozalanmış hipoksiya və fiziki gərginliklər yaxşı kömək edir.
Bütün təsir komplekslərini ümumiləşdirərək belə qərara gəlmək olur ki, melatonin bütün orqanizmə cavanlaşdırıcı təsir göstərir.
Antidiuretik hormon da sutkalıq dəyişkənliklərə məruzdur. Onun tərkibi gündüz vaxtına nisbətən, gecə saatlarında yüksək olur. Bu hormon təzyiqin endirilməsində böyük rol oynayır, orqanizmin xarici mühitin stress faktorlarına qarşı adaptasiyasına (uyğunlaşmasına) səbəb olur.
Strategiya.az modern.az-a istinadən bildirir ki, yuxu pozulmalarının bir neçə növü var. Bunlardan ən çox yayılmışı - təxminən hamımıza məlum olan yuxusuzluqdur. Həddindən artıq yorğunluq, uzun gərgin zehni iş, bəzən xoşagəlməz hadisələrin səbəb olduğu həyəcan, səs-küylü oyunlar və yatmazdan əvvəl oxumaq (kitab, jurnal və s.), bolluca şam yeməyi və yatmazdan əvvəl böyük miqdarda maye qəbulu da yuxusuzluğa səbəb ola bilər.
Yuxusu pozulmuş insanların 60-90%-də arterial hipertoniya (bu da hipertoniyadır, ancaq bu termin yüksək arterial qan təzyiqini göstərmək üçün tətbiq edilir) aşkar olunur. Xroniki yarımçıq yuxu ilə əlaqədar miokard infarktının baş vermə riski 40-50% artır.
Yuxusuzluğa qarşı ən yaxşı vasitə - əmək və istirahətin düzgün rejimi, müntəzəm olaraq təmiz havada olmaq, kifayət qədər fiziki gərginlikdir. Arada yatmazdan qabaq ilıq ayaq vannası təşkil etmək olar. Əgər bütün bu tədbirlər kömək etmirsə, onda həkimə müraciət etmək lazımdı.
Lakin başqa pozulmalar kimi yuxusuzluğun da qarşısını almaq olar. Ancaq bunu necə etmək lazım olduğunu öyrənəndən sonra aşağıdakı suallara cavab verin:
1. Siz saat 19:00-dan sonra isti duru xörək qəbul edirsinizmi?
2. Siz televiziya verilişlərinə baxdıqdan sonra adətən dərhal yatmağa gedirsiniz, yoxsa televizora baxmağı hələ yataqda da davam etdirirsiniz?
3. Siz nisbətən az fiziki hərəkətlər edirsiniz?
4. Özünüz üçün vacib olan məsələləri rahat, ətraflı götür-qoy etmək və təşkil etməkdən ötrü bütün gün bəs edirmi?
Əgər siz bu sualların heç olmasa birinə müsbət cavab verə bilsəniz, çox güman ki, sizin yuxunuza mane olan bütün problemləri özünüz aradan qaldıra bilərsiniz. Bunun üçün:
1. Yatmazdan bir saat əvvəl televizoru söndürün;
2. Səhər tezdən idmanla məşğul olmaq üçün heç olmasa yarım saat vaxt ayırın; (məsələn, təmiz havada yüyürmək)
3. Yatmazdan əvvəlki sonuncu saatı keçmiş günə yekun vurmaq və səhəri günə rahat hazırlaşmaq üçün istifadə edin.
4. Yatmazdan əvvəl doyunca yeməyin.
İnsanlarda orqanizmin yuxu ritmi kimi bu qədər müxtəlif çətin ki, hər hansı bir başqa funksiyası olsun. Napoleona yatmaq üçün cəmi 4 saat lazım olurdu və o Avropanın yarısını istila etdi. Eynşteynə sutkada 12 saat yatmaq lazım gəlirdi.
Nə qədər yatmağın kifayət etməsini necə müəyyən etmək olar?
Yatağınıza girin, görsəniz ki, yuxunuz gəlir, yatın, özünüz ayılmayınca, doyunca yatın.
Hər gün yatdığınız saatların miqdarını qeyd edin. Əgər pasiyentə yuxuya getmək üçün müntəzəm olaraq yarım saatdan artıq və yaxud gecə ayılandan sonra yenidən yuxuya getmək üçün yarım saatdan çox vaxt tələb olunursa, bu zaman həkimlər yuxunun pozulmasına işarə edirlər. Əgər siz səhər gözlənilmədən bir saat tez ayılmısınızsa, bu böyük bir qəbahət deyil.
Əgər siz öz yuxu ritminizi müəyyən etmiş, bütün məsləhətləri diqqətdə saxlayıb onlara riayət etmisiniz və yuxu ilə olan problemlər sizi tərk etməyibsə, o zaman aşağıda təsvir edilən tövsiyələrə əməl edin:
1. Yatmazdan əvvəl ilıq duş qəbul edin. Duşdan sonra bədəninizin suyunu tam silməmiş, gecə köynəyini geyinin və dərhal yatağa uzanın.
2. Kiçik gecə stolunun üstünə lavanda yağının açıq flakonunu qoyun, onun qoxusu orqanizmin yuxu mərkəzinə müsbət təsir göstərir. Əgər sizin lavanda yarpağının qoxusundan xoşunuz gəlmirsə, o zaman öz çarpayınızın lap yaxınlığına elə indicə soyulmuş almanın qabıqlarını düzün. Alma qabıqlarının ətri yuxulamağa kömək edir.
3. Çarpayının üzərinə kətan dəyişək sərin. Bu, gecələr həddən artıq tərləyən insanlara yaxşı təsir göstərir.
3. Quraqlıq vasitəsilə ruhu oxşayan musiqi, dəniz dalğaları, külək səsi, hind motivlərinə qulaq asın.
4. Yatmazdan əvvəl alma yeyin. O qanda şəkərin daimi səviyyəsini saxlamağa kömək edir, tez yuxulamağa səbəb olur.
Bütün bu tövsiyələrin yerinə yetirilməsi sizin yuxunuzu normal vəziyyətə gətirəcək.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM