Ukraynada vəzifə almış azərbaycanlılar kimlərdir?

17:34 / 10.06.2014

Ukraynadakı prezident seçkilərindən sonra 3 nəfər azərbaycanlı dövlət vəzifələrinə təyin olunub
Onlardan biri – Kiyev Şəhər Dumasının üzvü seçilən jurnalist Rəna Nəzərovahaqqında mətbuatda kifayət qədər məlumat verilsə də, digər iki soydaşımız – Ukraynanın Qafqaz Xalqları Konqresinin rəhbəri Paşa İlisuyski (Məmmədov) və hüquqşünas Aqiyə Axundova barəsində informasiya çox deyil.

Qeyd edək ki, Paşa İlisuyskiy (Məmmədov) Ukrayna Xarici İşlər Nazirliyi Radasında yer alıb. Hüquqşünas, “Maydan” hərəkatı iştirakçılarının hüquqlarını fəal müdafiə edən Aqiyə Axundova Ukrayna Nazirlər Kabinetinin qərarı ilə Dövlət İcraçıları Xidmətinin rəisinin birinci müavini təyin edilib.
Rəna Nəzərova “Udar” Partiyasından 25 may seçkilərində Kiyev şəhər Radasına üzv seçilib. 

Strategiya.az Modern.az saytına istinadən onlar barəsində məlumatı təqdim edir.

Paşa İlisuyski (Məmmədov) Ukrayna Xarici İşlər Nazirliyi Şurasına üzv seçilən yeganə azərbaycanlıdır. Onun üzvü olduğu məsləhətçi şura xarici siyasətdə əsas istiqamətləri müəyyənləşdirir və səfirlərin təyin olunmasında başlıca funksiyaları həyata keçirir. Ukraynada P.İlisuyski həm də biznes fəaliyyəti ilə məşğul idi. Bundan öncə isə Azərbaycanın diplomatik xidmətində olub. 2009-2010-cu illər ərzində Azərbaycanın Dubaydakı vitse-konsulu vəzifəsini icra edib.

O, 1977-ci il fevralın 9-da Moskva şəhərində anadan olub. Təhsilini Azərbaycanda, daha sonra isə ABŞ-da davam etdirib. Prezident yanında Dövlət İdarəçiliyi Akademiyasında magistr pilləsinə qədər yüksəlib.

Onun atası Xəyyam Məmmədov hazırda Azərbaycan Ağciyər Xəstəlikləri İnstitutunun baş həkimidir. X.Məmmədov 1993-2002-ci illərdə Qax rayon İcra Hakimiyyətinin başçısı funksiyalarını yerinə yetirib.

Digər soydaşımız Aqiyə Abbas qızı Axundova iyunun 2-də Ukrayna İcra Xidmətinin 1-ci müavini vəzifəsinə təyin olunub. O 1982-ci ildə Donetsk vilayətinin Selodovo şəhərində anadan olub. 2007-ci ilə qədər şəhər məhkəməsində çalışıb. Həmin il isə “Hüquqi Ənənələr” vəkil bürosunda fəaliyyətə başlayıb. 2009-cu il noyabrın 30-da Kiyev şəhər nəzarət-təftiş komissiyası ona vəkilliklə məşğul olmaq üçün müvafiq icazə verir. A.Axundova “Hüquqi Ənənələr” bürosunda sıravi işçidən direktor müavini və direktor vəzifələrində qədər yüksəlib.

Soydaşımız vəkil kimi cinayət hüququ üzrə ixtisaslaşıb. O daha çox iqtisadi və vəzifə səlahiyyətlərini aşma sahəsində yol verilən cinayət proseslərində iştirak edib. Dövlət vəzifəsinə təyin olunması ilə əlaqədar Aqiyə Axundova “Hüquqi Ənənələr” hüquqi bürosunu tərk edib. Ukraynada Yanukoviç hakimiyyətinə qarşı xalq etirazları baş qaldıran zaman Aqiyə Axundova “Maydan” hərəkatı üzvlərinin hüquqlarını qorumaqla məşğul olurdu. Şəxsi həyatına gəlincə, Aqiyə Axundova evlidir və 1 oğul övladı var. 

Rəna Nəzərova “Kiyevski forum” televiziya layihəsinin müəllifi və aparıcısıdır. O 2006-cı ildə T.Şevçenko adına Kiyev Milli Universitetinin Jurnalistika İnstitutunu bitirib. 2002-ci ildən televiziyadadır. Səkkiz il ərzində Kiyev dövlət televiziyasında bir neçə proqramın müəllifi və aparıcısı olub. Rəna Ukrayna Milli Jurnalistlər İttifaqının üzvüdür. Ukrayna paytaxtının ictimai həyatında mühüm rol oynayır.

R.Nəzərovanın əri Yuri Zbitnev keçmiş tanınmış siyasətçi və biznesmendir. O indi Vətəndaş Konstitusiya Konqresinin icraiyyə komitəsinin və “Yeni güc” Partiyasının rəhbəridir. 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM