U-19-un Təbriz Həsənovlu, U-17-nin Mirbağır İsayevli günləri bitdi. U-21 Yaşar Vahabzadə ilə çoxdan vidalaşıb, onun əvəzedicisi olan Samir Ələkbərov da istefa verdi.
Bəlkə də sıradan xəbərlərdi. Çünki il bitir, seçmə mərhələlər yekunlaşıb. Amma zənnimcə, bütün bunlar AFFA-nın baş katibi Elxan Məmmədovla əsas millinin baş məşqçisi təyin edilən Qurban Qurbanovun dünənki görüşünün nəticəsi idi. Bütün yığmalara nəzarət etmək tapşırılan Qurban bu məşqçilərlə işləməyəcəyini açıqca bildirib. Elə bu səbəbdən millilərin hamısında baş məşqçi postları boşaldılıb.
Bu gün milli komandalarda yeni post – mətbuat xidməti təsis olundu, ilk təyinat rəsmiləşdi. Ardınca da milli komandalarda məşqçilərin işinə xitam verildi. Yəni, yeni era başlayır.
Qurbanov bütün millilərə inandığı şəxsləri təyin etməklə yola çıxacaq. İndiyə qədər vaxt öldürən, ciddi iş görməyənlər kənarda qalacaq, Qurban bəy sınanmış cavanlara şans verəcək. Yenilər elə kadrlar olacaq ki, daim üzərlərində işləyirlər, inkişaf edirlər və qarışqa kimi çalışmağa hazırdılar. Aftandil Hacıyev, Ayxan Abbasov, Adil Şükürov, Elçin Rəhmanov və başqaları.
Milli komandalarda çox islahat aparmaq lazım gələcək. U-21 millisində başverənlər göstərdi ki, ab-hava dözülməzdi və komandaların daxilini də təmizləmək lazımdı. Məşqçi qruplaşmaları, tapşırıqla çağırılan futbolçular və sairə.
Samir Ələkbərovun açıqlamalarına diqqət edək: “Futboldan kənar işlər var idi ki, onlar mənə dərs oldu. Böyük səhv etdiyimi anladım. AFFA-nın baş katibi Elxan Məmmədov köməkçilərimi mənə təqdim edəndə Aslanı görüb sevindim. Heç baş məşqçi təyin olunmağıma bu qədər sevinməmişdim... Ancaq ab-hava istədiyim kimi deyildi. Özümü çox pis hiss edirdim. Çünki məni vitrindəki cansız “maniken” kimi istifadə edirdilər. Aslan Kərimovla Cahangir Həsənzadə işimi tam əllərinə almışdılar. Hətta Almaniyaya 1:6 hesabı ilə uduzanda Aslan və Cahangirə dedim ki, belə olmaz axı, baş məşqçi mənəm. Dedilər ki, səhvimizi başa düşdük. Həmin ərəfədə çox əsəbi idim. Hələ də özümə gələ bilməmişəm. Mən onlara sərbəstlik verdim. Ancaq gərək çərçivədən çıxmayasan. Hər şeyin bir həddi var. Bütün məğlubiyyətlərə cavabdeh mən idim. Hamı gedir işinə, cavab verən mən oluram. Mətbuatla da üz-üzə qalıram, azarkeşlərlə də. Bu üç ayı elə əziyyət çəkdim ki... Günüm gün deyildi. Bunu AFFA-nın məsul şəxslərinin üzünə də deyərəm. Telefonum dayanmırdı. Hamı mənə futbolçu göstərirdi. “Niyə onu götürmürsən, bunu götürmürsən?” deyirdilər. Axırda dedim nə olub, bir dayanın görüm. Bəziləri ilə dava da etdim. Dedim, siz məni kimləsə səhv salırsınız. Mənim 100 dostum, hərəsinin bir adamı var. Mən 11 futbolçu yığmalıyam. 100 futbolçunu nəyə lazımdır? Bazar deyil axı... Futbolçu təklif edənlər futbolumuzun qaymaqları idi. Ad çəkmək istəmirəm. Qoy, özləri görsünlər. Mən gecə evimdə də otura bilmirdim. Telefonum partlayırdı. İndi də həmin adamlar sevinirlər. Həmin şərəfsizlərə deyirəm ki, sevinməyin. Məni gic elədilər. Bundan sonra başıma hava gələ bilər. Üzlərinə də demişəm. Harada işləsəm, bilsinlər ki, mən Samir Ələkbərovam. Mən özüm işləyəcəm, qərarı özüm verəcəm”.
Bəli, bu açıqlamadan sonra Ələkbərov uzun illər hardasa baş məşqçi olmayacaq. Çünki o, AFFA-nı ifşa edib, rəhbər şəxslərin iç üzünü açıb. Amma bunu deməsə, Samir olmazdı. Fuad Musayevi ifşa edib, həqiqəti dedi, futbolçu karyerasını məhv etdi, indi də məşqçi kimi kölgəyə atılacaq. Bununla belə, şəxsiyyət kimi Samir Ələkbərov yenə zirvədə qalacaq.
Cahangir Həsənzadə 5-6 yerdə çalışır, “Səbail”də Müşahidə Şurasının üzvü, müxtəlif layihələrdə məşqçi-müəllimdir. AFFA day-day hesabına hər yerdə görünən bu adama o qədər səlahiyyət verib ki, milli komandaları da qarışdırır. Halbuki bu adamın özünü Ələkbərovla müqayisə etməsi belə mümkünsüzdü. Adamın karyerası utanc səhifəsidir.
Və ya Aslan Kərimov. 10 ildir müxtəlif millilərdə çalışır, məşqçi kurslarına rəhbərlik, televiziyada şərhçilik edir. Heç bir uğuru yoxdur, amma çömçə daim əlindədir. Şərhləri, analizlər məzhəkə mövzusudur, kateqoriya verdiyi məşqçilər uşaq futbolunda istedadları məhv etməklə məşğuldur, məşqçi kimi də həmişə qapazaltı komandalar formalaşdırıb.
Yəqin ki, Qurban bəy bu iki nəfəri yığmalara yaxın qoymayacaq. Heç Ələkbərov da onun komandasında olmayacaq. Çünki Samir bəyin problemi həll etməyə gücü çatmadı, yalnız ifşa çıxışı ilə yadda qaldı. Lakin Samirin açıqlamaları Qurbanova ciddi kömək edəcək. Bu müsahibədə bir çox məşqçilərin iç üzü açıldı, millilərə oyunçu seçiminin təfərrüatı bəlli oldu.
Qurbanov da Ələkbərov kimi, tapşırıqlara məhəl qoymayacaq. Samir bu basqıya etiraz edəcək qədər güclü deyildi – arxasında kimsə yoxdur, yalnız boğazına güc verdi. Qurban bəy isə əla nəticələrinə söykənərək şərt diktə edə biləcək. Ona nə AFFA-dan sifariş verə biləcəklər, nə də kənardan. Zədəsini bəhanə edib, millinin düşərgəsindən qaçan, Frankfurt “Ayntraxt”ında isə məşqə çıxan Renat Dadaşov kimi oyunçulara da kimsə diktə ilə milli forma geyindirə bilməyəcək.
Qurbanovun islahatları bu gündən etibarən start götürdü. Ələkbərovun müsahibəsi isə onun üçün əyani dərs vəsaiti idi. Milli komandalar öncə belə murdarlıqlardan təmizlənməlidir.
Mənbə: Futbolinfo.az, müəllif: Fərid
Strategiya.az
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM