Mütəxəssislər kompüterlərə “Word” proqramı vasitəsilə zərər yetirə bilən yeni virus aşkar ediblər.
Ziyanlı proqram təminatı “Dynamic Data Exchange” (DDE) mexanizminin köməyi və ”“Microsoft Office” proqramı vasitəsilə istifadəçinin kompüterinə düşür. Bu da “Fancy Bear” qruplaşmasından olan hakerlərə digər fayllarda gizlənmiş kodlardan istifadə etmək üçün “Word” faylından yararlanmağa imkan verir.
Sənəd açılan zaman fayl kənar serverə qoşulur və kompüterə virusun ilk hissəsini yükləmiş olur. Buna qarşı müdafiə proqramları isə olduqca zəifdir.
“Microsoft” korporasiyasında “Word” faylı vasitəsilə kompüterlərə ziyan vuran yeni virusdan necə müdafiə olunma yollarından danışıblar. Haker hücumlarından müdafiə olunmaq üçün gələn məlumatlara ehtiyatla yanaşmağı tövsiyə ediblər. Belə ki, bu virus fayl açılan zaman qeydə alınır və onlarda “Yeniləmək” və “Yükləmək” düymələrini sıxmamağı məsləhət deyil.
Tövsiyə olunur ki, “Windows” reyestrinin seçimlərində əllə dəyişiklik edilsin və bir fayldan digər fayla keçən avtomatik yenilənmə söndürülsün./İKT.lent.az/