AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) və AMEA Coğrafiya İnstitutu “Coğrafiya ayı”nın yekun nəticələri ilə bağlı “Vikipediyada mövzulu ay və mükafatlandırma” adlı birgə tədbir keçirib.
MEK-in direktoru Leyla İmanova Coğrafiya İnstitutu ilə əməkdaşlığın nəticəsinin səmərəli olduğunu vurğulayaraq, vikipediya qrupunun fəaliyyətini yüksək qiymətləndirib. O, vikipediyada Azərbaycan dilində məqalələrin kəmiyyət və keyfiyyət baxımından artmasını, ölkəmizin 57-ci pillədən 52-ə yüksəlməsini, kitabxanada AMEA- nın Coğrafiya İnstitutundan olan 17 nəfərə vikipediya təlimlərinin keçirilməsini görülən işlərin müsbət nəticəsi hesab edib. Leyla İmanova deyib: “Mərkəzi Elmi Kitabxananın vəzifələrindən biri informasiyanı idarəolunan, əlaqələndirilə bilən strateji resursa çevirməkdir. Bu səbəbdən 2015-ci ilin əvvəlində MEK sərbəst elektron resurslardan birincisi hesab olunan vikipediyanı öz maraq dairəsinə daxil etdi, bu istiqamətdə bir sıra fəaliyyətlər həyata keçirdi. Bu fəaliyyətlərin ictimaiyyətə bəlli olan hissəsi sistemli halda təlimlərin təşkil edilməsidir. MEK-də vikipediyada çalışmaq qaydaları ilə bağlı ölkə modeli hazırlandı və kitabxanada onun pilot layihəsi tətbiq edilməyə başlandı. Güman edirəm ki, bütün bunlarla biz viki icmanın daha mütəşəkkil şəkildə çalışmasına nail olduq”. Leyla İmanova tədbir iştirakçılarını paraleldə Googla alternativ axtarış sistemləri və vikipediyaya alternativ ensiklopedik resurslarla işə səfərbər olunmağa, Azərbaycan elmini bu resurslarda da təmsil etməyə çağırdı.
AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov vikipediyanı elektron ensiklopedik bilik bazası olmaqla yanaşı, həm də bir təbliğat mənbəyi adlandırıb. Bu yöndə ana dilimizdə məzmunlu, orijinal faktlara əsaslanan məqalə sayının çoxalması üçün bütün institutun səfərbər olduğunu bildirib.
MEK-in Sərbəst elektron resurslarla iş şöbəsinin müdiri Elnur Hüseynov vikipediya təlimlərinin əhəmiyyətindən və bununla bağlı görülən işlərdən danışıb. Qiymətləndirmə komissiyasının üzvü, aktiv istifadəçi Fəqan Orucov vikipediyada yerləşdirilən məqalələrin müqayisəli təhlilini verib və bu sahədə mövcud olan nöqsanları diqqətə çatdırıb. AMEA-nın Coğrafiya İnstitutunun vikipediya qrupunun rəhbəri Aida Aslanova “Coğrafiya ayı”nda görülən işlər barədə hesabat verib. Qeyd edib ki, "Coğrafiya ayı" çərçivəsində 2666 məqalə yazılıb, 251 kateqoriya və 272 şəkil yüklənib. MEK-in Təlimlər bölməsinin rəhbəri Günay Məmmədova ay ərzində vikipediyada işlənən mövzuların statistikasını açıqlayıb. Qeyd olunub ki, 2014-cü ildən “Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə vikipediya istifadəçilərinin müxtəlif mövzularla bağlı məqalələr üzərində birgə iş layihəsi olan mövzulu ay təşkil edilir. 2017-ci ildən Mərkəzi Elmi Kitabxana mövzulu aylar üzrə 5 tədbirdə daha fəal iştirak edib. Mövzulu aylar çərçivəsində Azərbaycan dilli vikipediyada 1782 məqalə və 10 kateqoriya yaradılıb, 658 məqalə isə redaktə olunub.
Tədbirdə AMEA Coğrafiya, Tarix institutlarının, həmçinin Tarix Müzeyinin əməkdaşlarına “Mövzulu ay” ərzində səmərəli çalışdıqlarına görə sertifikat və kitablar hədiyyə olunub. I yerə Qiymətləndirmə Komissiyasının üzvü, aktiv istifadəçi Fəqan Orucov, II yerə Rəşid Nurməmmədov, III yerə Coğrafiya İnstitutunun əməkdaşı Aida Aslanova, IV yerə Həlimə Əhmədzadə layiq görülüblər. Dörd mövzulu ayın mükafatına isə AMEA Tarix İnstitutunun əməkdaşı Elnur Nəciyev layiq görülüb. Mövzulu ayın qaliblərinə MEK rəhbərliyi tərəfindən “Təşəkkürnamə” və kitabxananın oxucu kartı da verilib.
Sonda Kanadada keçirilən “Vikimaniya 2017” adlı beynəlxalq tədbirdə Azərbaycanı təmsil edən MEK-in Sərbəst elektron resurslar şöbəsinin Koordinasiya bölməsinin rəhbəri Nihat Vəlizadə tədbir haqqında və ümumlikdə vikipediya haqqında fikirlərini bölüşüb.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM