Qərb birinci Ukrayna partiyasını Rusiyaya biabırcasına uduzdu

10:19 / 11.06.2014

 
 Ukrayna böhranı ətrafında gedən Qərb-Şərq qarşıdurmasının hesabını aparan müşahidəçilər artıq hesabda çaşqın vəziyyət yaradıblar.

Üzdə olan ondan ibarətdir ki, bir çox təhlilçilər göz önündə olan gerçəkliyi emisoyalarla əvəzləyib mücərrəd, yəni reallıqla üzləşməyən qənaətləri ortaya qoyur. Yeri gəlmişkən, Azərbaycanda da bir çox müşahidəçilər məhz bu yolla gedib təəccüb doğuran nəticələri təlqin edir. Halbuki, Ukrayna partiyasında Rusiya Amerikanı xeyli üstələyərək indi də dilemmanı məhz Vaşinqtonun üzərinə qoyur.

kv1
Qərb Ukrayna partiyasını Rusiyaya böyük hesabla uduzdu və bundan irəli gələn nəticə ondan ibarətdir ki, ilk növbədə, mövqeyini yumşaltmağa məhkum məhz Qərbdir
kv1

Yenicə seçilmiş prezident Poroşenko artıq kürsüyə oturmadan ilk qələbəsini qeyd edir. Yəni, Rusiya xarici işlər Naziri Sergey Lavrovun onunla dialoqa hazır olması barədə verdiyi mesaj ondan xəbər verir ki, Moskva buzların əriməsinə hazırdır. Lakin bu o deməkdir ki, mövcud durumda Avropa ilə Amerikanın Ukrayna hadisələrindəki vəziyyəti daha əlverişlidir? Əlbəttə ki, yox.

Qərb Ukrayna partiyasını Rusiyaya böyük hesabla uduzdu və bundan irəli gələn nəticə ondan ibarətdir ki, ilk növbədə, mövqeyini yumşaltmağa məhkum məhz Qərbdir. Çünki Ukraynanın indiki vəziyyəti son dərəcə acınacaqlı olduğu qədər, həm də qeyri-müəyyəndir. Prezident seçkilərinin uğurla keçməsi hələ heç nəyi həll etmir. Poroşenko artıq bəyan edib ki, onun başlıca vəzifəsi Krımı qaytarıb ölkədə Konstitusiyanın təsbit etdiyi nizamı bərpa etməkdir. Dərinə getdikdə, seçkilərin qalibi özü də gözəl anlayır ki, Krımın qayıdışı mümkün olan iş deyil. Lakin ölkə seçicilərinin buna inanması naminə o, belə vədlər verib hamının qulağını sığallamalıdır.

O ki qaldı ölkə ərazisində sabitliyin bərpasına, bu məsələnin də həlli son dərəcə ağır və gec ələ gələndir. Çünki ölkə əhalisinin mental baxımdan yekdil olmaması parçalanma meyillərini durmadan gücləndirir. Bundan istifadə edən xarici qüvvələr tələm-tələsik özlərinin 5-ci kolonunu o ki var, qidalandırır ki, sonradan maraqları yerləşdirmək asan başa gəlsin.

Artıq bəllidir ki, Rusiyanı, qaz tranzitini çıxmalı olsaq, hazırkı vəziyyət tam qane edir. Çünki zəlil vəziyyətə düşmüş ölkənin Avropa İttifaqına, eləcə də NATO-ya qatılması müşküldən başqa bir şey deyil. Buna can atan qərbmeyilli qüvvələr, eləcə də Qərbin özü bu arzunu hələ təmin edə bilməyəcək. Çünki Kiyevin qarşısında durna taleyüklü məsələ - iqtisadiyyata impuls verməkdən ibarətdir. Bunun üçün isə maliyyə vəsaiti lazımdır. Özü də külli miqdarda.

kv1
Zəlil vəziyyətə düşmüş ölkənin Avropa İttifaqına, eləcə də NATO-ya qatılması müşküldən başqa bir şey deyil
kv1

Odur ki, nə Avropa, nə Amerika, nə də onların təsir dairəsində olan beynəlxalq maliyyə institutları əllərini ciblərinə salmağa nəinki tələsmir, heç bu haqda düşünmək belə istəmir. ABŞ prezidenti Barak Obama, onunla bərabər digər Qərb liderləri ukraynalıları azad seçki keçirilməsi ilə əlaqədar təbrik etmələri mənəvi qidadan başqa bir şey deyil. Belə səciyyəvi tərzdə ruh verməyin arxasında duran ideya ondan ibarətdir ki, ölkədə sabitlik yaransın. Lakin de-fakto arzuolunan aram situasiya hələ ki, yoxdur və  nə zaman bərqərar olacağı bəlli deyil...

Ölkənin Cənub-Şərqinin müqəddəratı qeyri-müəyyən olaraq qalır və orada Rusiyanın təsiri uzunmüddətlidir. Bu isə ondan xəbər verir ki, ölkənin tam mənada unitar olması üçün yollar axtarılmalıdır. Və əgər bu gün S.Lavrov Poroşenkoya ilıq mesaj ötürürsə, deməli Moskva ekstremistlərin dəst-xəttinə qadağa qoyub və yeni hakimiyyəti sadəcə dialoqa çağırır. Onun necə gedəcəyi isə artıq yaxın gələcəyin işidir.

kv1
Ölkənin Cənub-Şərqinin müqəddəratı qeyri-müəyyən olaraq qalır və orada Rusiyanın təsiri uzunmüddətlidir
kv1

Bir məqam tam bəllidir – danışıqlarda Krım məsələsi olmayacaq. Qazın tranziti, onun qiyməti, Rusiyanın Ukrayna biznesi üçün əlverişli şəraitin yaradılması, rusdilli əhali üçün münasib yaşayış tərzinin təmin edilməsi və sair problemlər gündəmdədir. Təsadüfi deyil ki, elə Qərbin özündə də aparıcı qüvvələr Kiyevə Moskva ilə dialoqa getməyi təkidlə tövsiyə edir.

Bütün bunlar deməyə əsas verir ki, Ukraynada baş verənlər Rusiyanın ssenarisi üzrə getdi və gedir də. Odur ki, yenicə seçilmiş dövlət başçısı Poroşenkonun qarşısında duran əsas vəzifə ondan ibarətdir ki, sağ sektorun qeyri-parqmatik xəttindən nə qədər imkan varsa uzaqlaşıb orta kursla hərəkət etsin ki, Şəqrdəki nüfuzlu qonşu ilə qarşılıqlı inam atmosferi tezliklə bərpa olunsun.

Rusiya Ukrayna partiyasında Qərbə böyük hesabla qalib gəlir və bundan sonra da o, söz sahibi olaraq qalır. Və indi hadisələrin gedişatı Kiyevin nə deməsindən asılı olacaq. Moskva əmin olmaq istəyir ki, Kiyev öz sözünü deyəcək, səhnəarxasından gələn replikaları səsləndirmədən.

Tofiq Abbasov



Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM