Uşaqlarımızı yeyən “Mavi balina”: ondan necə qurtulmalı?

16:30 / 17.11.2017

Rusiyada bir gənc tərəfindən yaradılan və internet şəbəkələri tərəfindən gizli linklə ölüm tələsi quran "Mavi balina" (Blue whale) oyunu bütün dünyanı həyəcana salıb. Yüzlərlə yeniyetməni intihara sürükləyən bu oyun artıq ölkəmizdə də tanınır. Hətta bu yaxınlarda rayonlardan birində intihar edən yeniyetmənin də məhz bu oyunun təlimatını yerinə yetirdiyi barədə fikirlər səsləndirilir.

Strategiya.az lent.az-a istinadən xəbər verir ki, adıçəkilən oyunun insanlara təsir edən və hətta ölümə aparan psixoloji məqamlarına psixoloq Səbinə Bayramova aydınlıq gətirib.

"Bəli" deyirsinizsə, artıq tələyə düşmüsünüz
 
Psixoloq deyir ki, bu oyun hər kəsin istifadə etdiyi Appstore və ya Play marketdən telefona yüklənən oyun deyil: "Sosial media platformu var. Oradan istifadə edənlərə mesaj şəklində gəlir. Məsələn, facebookda tanımadığınız bir adamdan sizə mesaj gəlir ki, bir oyun oynamaq istəyirsənmi? Əgər siz ona "bəli" cavabı versəniz, artıq tələyə düşmüş sayılırsınız. Başlayırlar sizə sıra ilə 50 tapşırıq, vəzifə verməyə. Vəzifələr də elədir ki, həmin tapşırıqları idarə edən şəxsə sübut etməlisən. Misal üçün, orada deyir ki, əlinin içinə, ya da barmaq ucuna ülgüclə cızıqlar at, onun şəklini çək, göndər. Yaxud əlinin içinə F57 yaz, qanlı şəkli çəkib göndər ki, səndən razı qalım. Uşaq başlayır özünü ona sübut etməyə. Beləcə, səviyyələri keçə-keçə gedir. Məsələn, 6-cı missiyada çox yüksək olmayan bir binanın damına çıxıb oturmalı, ayaqlarını yelləməlisən. Bu, psixoloji şeydir, şəxs intihara öyrəşdirilir. Ona görə edilir ki, bu hal ona adi gəlsin, özgüvən yaransın. Yəni özündə intihar etmə gücü toplasın".
 
Gecə saat 4-də əcaib musiqilər...
 
S.Bayramova bildirir ki, əslində bu, elmi baxımdan qurulmuş bir oyundur: "Təsəvvür edin, 16-cı missiyadan sonra uşaqları, yeniyetmələri gecə saat 4 radələrində oyadıb, qorxulu mahnılar, əcaib səslərdən ibarət musiqi dinlətməyə, videolar izlətməyə başlayırlar. Burada elmi məqam odur ki, gecə 3-dən sonrakı saatlarda yuxuda olan uşaqlarda, yeniyetmələrdə böyümə hormonunun inkişaf etmə saatlarıdır. Uşağı həmin saatda oyadıb ayaq üstdə saxlayırlar. Hətta bəzi missiyalarda deyir ki, evin yaxınında olan dəmir yoluna get, uzan relsin üzərinə və qatar gəlib çatana yaxın oradan dur. Yəni risk etməyi, intihara hazırlaşmağı öyrədir".
 
İntihar mükafat kimi təqdim edilir
 
Oyunun 50-ci missiyasında intihar etmək tələb olunur. Hətta tələb olmasa da oyunçu elə bir vəziyyətə gətirilir ki, artıq özü intihar etmək istəyir: "İntiharı ona mükafat kimi təqdim edirlər. Mesaj verirlər ki, bu dünya sənlik deyil, sənə layiq deyil. Sanki ona nicat yolu göstərilir ki, sənin çıxış yolun intihardır. Hətta bu cür intihar edənlərin sayı Türkiyədə 200-ü keçib. Bu oyunun yaradıcısı tutulan zaman sual veriblər ki, niyə bu cür iş görürsən? Deyib, bu oyuna qoşulub intihar etmiş olanlar cəmiyyətin bioloji tullantılarıdır. Onlar onsuz da ölməli idi. Onun yanaşmasına görə, guya bu yolla cəmiyyəti təmizləyir. Düzdür, oyunun yaradıcısı şikayətlər əsasında həbs olunsa da, oyunun istifadəsi, yayımı dayandırılmayıb. Ona görə hələ də şübhəli qalıb ki, görəsən həbs edilən həqiqətən əsas başçıdır? Yoxsa onun köməkçilərindən kimsə tutulub və əsas başçı azadlıqdadır? Hazırda Türkiyədə və bir çox başqa ölkələrdə hüquqşünaslar tərəfindən şikayətlər olunduğu üçün bu oyunun qarşısı alınıb. Oyun ingilis, rus, türk dilində istifadə olunur".
 
Mərdi qova-qova namərd edərsiniz
 
Psixoloq deyir ki, bu oyun səbəbindən intihar edənlər əsasən 12-16 yaş arası yeniyetmələrdir: "Biz həmişə deyirik ki, yeniyetmələrə anlayışla davranmaq lazımdır, tez-tez otağına girib, balaca uşaq kimi nəzarətdə saxlamamaq lazımdır. Çünki bu, ona qıcıq verir, valideyn gözündə düşmənə çevrilə bilər. Məsələn, oyunda missiyaların birində deyilir ki, 2 gün boyu otağından çıxma, heç kimlə danışma. Uşaq bunu edir və valideyn də təəccüblənmir. Düşünür ki, yəqin otağında dərslə məşğuldur, ya da oyun oynayır. Bu onun yetkinlik yaş dövrü olduğu üçün valideyn anlayışla qarşılayır. Ona görə də məlumatlı olmur. Valideyn övladının bədənindəki cızıqlara, izlədiyi sosial şəbəkələrə diqqət etməlidir. Amma elə etmək lazımdır ki, uşaq bunu hiss etməsin. Nə badə bildirəsiniz. Əgər belə olsa, uşaq daha da soyumağa başlayır. Elə hiss edir ki, mən güvənilmirəm, valideynim məni izləyir və sair. Yəni mərdi qova-qova namərd edərsiniz".
 
Valideyn uşağı mükafatlandırmalıdır
 
Mütəxəssis valideynlərə bəzi məsləhətlər də verib. Vurğulayıb ki, valideyn daha çox övladına güvəndiyini bildirməlidir. Onunla vaxt keçirməli, mükafatlandırmalıdır: "Oyunların hamısına fikir versəniz görərsiniz ki, psixoloji qurulub, hamısının sonunda mükafatlar var - qızıl, gümüş səviyyə verir. Bunlar artıq bir şirnikləndirmədir. Valideyn isə bunu etmir, daha çox cəzalandırmağa meyllənir. Bunu etmədiyi üçün uşaq virtual aləmə qapanır. Görür ki, mən burada özümü təsdiq etdim, birinci yerə çıxdım. Oyun ona özünü sübut etmə şansı yaradır. Uşaq da bundan zövq alır. Elə mərhələlər var ki, valideynlər də uşaqları mükafatlandırmalı, rəğbətləndirməlidir. Cəzalandırma metodu təbii ki, psixologiyanın təlim-tərbiyə metodları arasında var. Amma həddən artıq istifadə məqsədə uyğun deyil. Yaxud valideyn özü uşağı uzaqlaşdırır. Deyir ki, hər hansı bir məsələdə bu, sənlik deyil, get otağına, sən nə bilirsən ki, bu nədir? Çox zaman da onları bayıra qoymurlar ki, qoy otursun gözümün qabağında, kompüterlə məşğul olsun. Bu da yanlışdır. Əslində uşaq bayıra çıxmalı, yoldaşları ilə oynamalıdır ki, enerjisini xərcləsin. Təəssüf ki, valideynlər özləri uşağı kompüterə öyrəşdirdikdən sonra psixoloqa müraciət edirlər".


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM