“Gülər Əhmədova başımı bəlaya saldı...”

11:00 / 11.06.2014

" Yox, Gülər xanımla görüşmək istəmirəm. Niyə onunla görüşüm?"

“Onların ucbatından çox böyük sıxıntılar yaşadım”

 
Türkiyəli iş adamı Səlcuq Ağlayan: “Fillər vuruşdu, arada otlar əzildi...”
 
Bugünlərdə redaksiyamıza sabiq deputat Gülər Əhmədova ilə bağlı maraqlı məlumat daxil oldu. Həbsdən çıxandan sonra susqunluq nümayiş etdirən eks-deputatın bir-bir keçmiş dostları ilə əlaqə saxladığı, ona sədaqət, xoş münasibət göstərənlərə təşəkkür etdiyi bildirildi.
 
Məlumata görə, G.Əhmədovanın telefonla danışdığı şəxslərdən biri də türkiyəli iş adamı, mərhum Sevinc Babayevanı İstanbulda yaşadığı günlərində himayə edən Səlcuq Ağlayan olub. “Yeni Müsavat” S.Ağlayanla əlaqə saxlayıb, bu danışığın detallarını öyrənməyə cəhd etdi. 
 
- Səlcuq bəy, həbsdən çıxandan sonra Gülər xanımla danışmısızmı? 
 
- Xeyr, onu sizə kim deyibsə, səhvi var. Amma “Yeni Müsavat" vasitəsilə ona ”keçmiş olsun" diləklərimi çatdıra bilərəm. Hər halda, bir anadır və hər bir ana öz uşaqlarının yanında olmalıdır. Mənim elə bir görüşmə tələbim olmadı. Onun da belə bir tələbi olacağını zənn etmirəm. Xoşagəlməz bir hadisə yaşandı. Nəticədə kimin suçsuz, kimin suçlu olduğu üzə çıxdı. Bununla bağlı özü mənə zəng edərsə, təbii ki, “keçmiş olsun” arzumu bildirərəm. Mən heç ona zəng etməyi düşünmədim. Heç zəng edə də bilmərəm. Çünki məndə onun telefon nömrəsi yoxdur. 
 
- O da sizə zəng etmədi? 
 
- Xeyr, etmədi. 
 
- Daha öncə tez-tez Bakıya gələcəyinizi deyirdiniz. Deyəsən, səfər təxirə salındı... 
 
- Yox, mütləq gələcəyəm. Sadəcə, indi çoxlu işlərim var. Bakıya 15-20 günlüyünə xeyirli bir iş üçün gələcəyəm. Bilirsiniz ki, mənim orda qohum-əqrəbam var. Oradan bacım oğluna bir qız alacağam, oğlum üçün də qız axtarmağa gələcəyəm. 
 
- Gələndə Sevinc Babayevanın məzarını ziyarət etməyi, ailə üzvləri ilə görüşməyi düşünürsüz? 
 
- Təbii. Mütləq Sevinc xanımın məzarını ziyarət edəcəyəm, anasının əllərindən öpəcəyəm, oğlunu görəcəyəm. Böyük bir ehtimalla onların qonağı olacağam. Təbii ki, onlar qəbul edərlərsə. 
 
- Bəs Bakı səfərinizdə Gülər xanımla görüşəcəksinizmi? 
 

Sevinc xanımın məzarını ziyarət edəcəyəm, anasının əllərindən öpəcəyəm...”

 
- Yox, Gülər xanımla görüşmək istəmirəm. Niyə onunla görüşüm? Mən Sevinc xanımın ailəsinin qonağı olub da sonra necə Gülər xanımla görüşüm? Əlaqəli və ya əlaqəsiz suallar yaranıb. Ona görə də mənim onunla təmasım doğru bir qərar olmaz. Bununla belə, heç kimlə, eləcə də Gülər xanımla hansısa düşmənçiliyim yoxdur. Nə Sevinc xanımın ailəsi ilə, nə də Gülər xanımla aramda problem olub. Gülər xanımı zatən tanımıram. Nəyin nə olduğunu bilmirəm, kimin nə qədər haqlı, nə qədər haqsız olması barədə məlumatım yoxdur. Amma mən burda onların ucbatından çox böyük sıxıntılar yaşadım. Həm maddi, həm mənəvi sıxıntılardan gedir söhbət. Söylənilən suçları etməsə belə, mən özümlə bağlı baş verənləri dedim. İndi durub onunla nə danışım? 
 
- Ona qarşı bir incikliyiniz var?
 
- Başımı bəlaya saldı mənim. Bilmədiyimiz bir işə görə bir sıxıntının içinə girmiş oluruq. Biz bir insana yardım edək deyərkən, sən demə, oralarda tamam başqa şeylər olmuş. Necə deyərlər, fillər vuruşmuş, arada otlar əzilmiş. Belə baxanda bu işin mənimlə nə əlaqəsi vardı ki? Təbii ki, o qadın haqqında da heç nə demək istəmirəm. O qadın da məni tanımır, nəyə görə belə bir hadisənin ortasında qaldığımı bilmir. Amma mən Sevinc xanımgilin evinə gedəcəyəmsə, onun anasının əlini öpəcəyəmsə, arada bir inciklik varsa, Gülər xanımla görüşməyim doğru olmaz. Məncə, Gülər xanım da Sevinc xanımgilə getsin, onların ailəsinə başsağlığı versin, söhbət etsin, haqlı, doğru olduğunu göstərsin. Dostluğunu göstərsin bu ailəyə. Mənim onunla görüşməyimə heç bir ehtiyac yoxdur.

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM