Sumqayıtda “məhəbbət üçbucağı”: 19 yaşlı gənc, Vüsalə və onun keçmiş əri...

11:34 / 18.11.2017

Həyat yoldaşından ayrılan, bir övlad anası olan qadın özündən 10 yaş kiçik oğlana dəfələrlə “səndən başqa həyatımda kimsə yoxdur” deməklə onu inandırıb. 19 yaşlı gənc qadının sözlərinə o qədər də inanmayıb və onun mobil telefonuna danışıqların səsli qeydiyyatını aparan proqram yükləyib. Əsl faciə də bundan sonra baş verib. Qadının keçmiş sevgilisi ilə mütəmadi telefon əlaqəsi saxlaması, söhbət əsnasında ünvanına nalayiq sözlər işlədilməsi ona pis təsir edib. Sonda isə “məhəbbət üçbucağı” hər ikisini məhvə aparıb - onlardan biri məzara, digəri isə həbsxanaya yola salınıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə ittiham olunan Gədəbəy rayon sakini, 19 yaşlı Teymur Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Strategiya.az Virtualaz.org-a istinadən xəbərinə görə, prosesə hakim Əhməd Quliyev sədrlik edib.

İttihama görə, qətl hadisəsi bu il iyunun 27-də Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllədə yerləşən avtomobil təmiri sexinin yaxınlığında baş verib. Qeyri-rəsmi ər-arvad münasibətində olduğu Vüsalə Dadaşovanın keçmiş tanışı Taleh Babazadə ilə əlaqələrini bərpa etməyə çalışmasını özünə xəyanət hesab edən Teymur Sadıqov ondan qisas almaq qərarına gəlib. Yaranmış mübahisə zamanı bıçaqla Talehin ürəyindən zərbə endirib. T.Babazadə kəskin qanitirmədən hadisə yerində keçinib.

Təqsirləndirilən Teymur Sadıqov ifadəsində həmyerlisi Vüsalə Dadaşova ilə bu ilin əvvəlində rayonda tanış olduğunu, qadının ona iş tapacağını vəd etdiyini, Vüsalənin təklifi ilə Sumqayıta gəldiyini deyib. Vüsalə onun üçün mənzil kirayələyib, özünü də kafelərdən birinə ofisiant düzəldib. Bir müddət sonra isə Teymur Vüsalənin yaşadığı yataqxanaya köçərək, onunla birlikdə yaşamağa başlayıb. Nə valideynlərinin, nə də qohumlarının özündən yaşca çox böyük qadınla münasibətindən xəbərləri olmayıb. Vüsalə ona ərindən ayrıldığını, həyatında kimsənin olmadığını deyib: “Vüsalənin keçmiş ərinin qohumu Vəfa müalicəsi ilə əlaqədar rayondan Bakıya gələndə bizim yanımızda gecələyirdi. Mayın ortaları idi. Vəfa Vüsaləyə zəng vurub Talehin onunla danışmaq istədiyini dedi. Mən Talehi əvvəllər tanımamışam, Vüsalə də mənə bu barədə heç nə deməmişdi. Telefonu Vüsalədən alıb Vəfadan Talehin kim olduğunu soruşdum. Vəfa “qohumumdur, Vüsalənin şəklini telefonda görüb xoşu gəlib, danışmaq istəyir” dedi. Vəfaya iradımı bildirdim, Vüsalədən isə şübhələnməyə başladım”.

T.Sadıqov bu söhbətdən sonra “Samsung” markalı telefon alıb, internet vasitəsilə danışıqların səsli qeydiyyatını aparan proqram yükləyib və həmin telefonu Vüsaləyə hədiyyə edib. Vüsalə ev işləri ilə məşğul olarkən ondan xəbərsiz telefona müdaxilə edərək gün ərzindəki bütün danışıqlarını dinləyib. Qadının mütəmadi olaraq Vəfa və keçmiş sevgilisi ilə danışdığını, söhbətlərində onu müzakirə etdiklərini, Talehin isə hər dəfə onun adı çəkiləndə ünvanına nalayiq sözlər işlətməsini eşidib. Vüsalənin onu aldatmasından əsəbləşib və bu danışıqların izahatını tələb edib. Qadın cavabında əvvəllər Talehlə görüşdüyünü, sonradan ayrıldıqlarını deyib. Amma Teymur Vüsalənin dediklərini inanmayıb. Ertəsi gün rayona - valideynlərinin yanına yollanıb. Lakin bir müddət sonra yenidən Vüsalənin yanına qayıdıb. Telefona qulaq asdıqda rayonda olduğu müddətdə Vüsalənin yenə də Talehlə telefon əlaqəsi saxlamasını, sonuncunun hər dəfə onun adı çəkildikdə söyməsini eşidib.

Baş verənləri qüruruna sığışdırmayan Teymur Talehlə münasibətləri aydınlaşdırmaq məqsədilə onun işlədiyi Respublika Diaqnostika Mərkəzinə gedib, xəstəxananın həyətində Talehlə görüşüb. İşlətdiyi ifadələrə görə Taleh ondan üzr istəyib, sakit şəkildə ayrılıblar: ”Elə həmin gün axşam zəng vurub iş yerinə gəldiyimə görə məni söydü, görüşmək istədiyini dedi. Görüşmək istəmədiyini bildirdim. Gecədən xeyli keçmiş isə zəng vurub Vüsaləni telefona çağırmağımı tələb etdikdə telefonu söndürdüm. Səhər tezdən zəng vurub yenə də israrla görüşmək istədiyini dedi. Görüşdən yayınmağı qüruruma sığışdırmayıb getdim. Taleh məni yumruqla vurdu. Yerdən götürdüyüm daşla mən də onu vurdum, əlbəyaxa olduq. Vüsaləni də, məni də söydü. Bıçaqla Talehin sinəsindən vurdum. Onun öldüyünü yəqin edib bıçağı atdım. Vüsaləyə zəng vurub Talehi öldürdüyümü dedim”.

Zərərçəkmiş Tural Babazədə ifadəsində qardaşı Talehin Respublika Diaqnostika Mərkəzininin kardioloji şöbəsində sanitar işlədiyini, Keşlədə xalasının evində qaldığını göstərib: 

“Qardaşımın Vüsalə və ya Teymurla münasibətlərindən xəbərim olmayıb. Bu barədə mənə heç nə deməyib. İyunun 25-də Ramazan bayramına görə rayona getməyi Talehə təklif etdim. Növbədə olduğuna görə gedə bilməyəcəyini dedi. Ona görə, mən də kəndə getmədim. İyunun 27-də həmkəndlimiz Elvin zəng vurub Talehin bıçaqlandığını, cəsədinin meyitxanada olduğunu xəbər verdi”.

Məhkəmə prosesi şahid ifadələri ilə davam edir. Proses noyabrın 28-də davam edəcək.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM