"The Guardian" media xəbərlərinə istinadən yazır ki, Səudiyyə Ərəbistanında korrupsiya iddiaları ilə həbs edilmiş biznesmen və kral ailəsi nümayəndələrinə "pullarını verib azad olmaq" təklifi edilib.
Məqalədə deyilir ki, hazırda 200-dək şahzadə, nazir, zabit və varlı biznesmen ölkənin beşulduzlu otellərində "dustaq" edilib. Onların əksəriyyəti Riyaddakı Ritz-Carlton otelində saxlanır.
Bu "dustaqlarla" davam edən danışıqlardan xəbərdar mənbələr "Financial Times" qəzetinə deyiblər ki, onlara yığdıqları sərvətin 70 faizini qaytarmaq şərtilə azadlığa buraxılmaq təklifi edilib.
"The Guardian" yazır ki, "məhbus şahzadələr" bu şərtə razılaşsalar, milyardlarla dollar ölkənin tükənmiş xəzinəsinə qayıda bilər. Ötən il Səudiyyə Ərəbistanının büdcə kəsiri 79 milyard dollar olub və neft qiymətlərinin aşağı olması ölkəni resessiyaya salıb.
Şahzadələrin və başqa zənginlərin həbs edilməsi əmrini kral Salman şahzadə vəliəhd Məhəmmədin təklifi ilə verib.
Sadə səudiyyəlilər zənginlərin həbsindən məmnundurlar. Onlar inanırlar ki, monarx ailəsinin üzvləri və varlı biznesmenlər korrupsiyaya bulaşıblar.
Səudiyyə Ərəbistanının baş prokuroru deyib ki, o hazırda 100 milyard dollarlıq vəsaitin mənimsənməsinə dair təhqiqat aparır. O da xəbər verilir ki, ölkə boyunca 1700 bank hesabı dondurulub.
Həbs edilənlərin arasında Citigroup və Tvitter şirkətlərində böyük paya malik şahzadə Əlvalid bin Təlal da var. O kral Salmanın qardaşı oğludur və ölkədə planlaşdırılan islahatları dəstəklədiyini bildirib.
"Middle East Broadcasting" mərkəzinin rəhbəri Valid əl-İbrahim də həbs edilib. O, eyni zamanda əl-Ərəbiyyə televizya kanalının sahibidir. Bu arada nəhəng Saudi Binladin tikinti şirkətinin sahibi Bəkr bin Ladenin də həbs olunduğu xəbər verilib.
"The Guardian" yazır ki, bahalı otellərdə məhbus edilmiş biznesmenlərə aktivlərini dövlətə təhvil vermək təklif edilib.
Bu da xəbər verilir ki, topladıqları sərvəti qaytarmaqdan başqa biznesmenlər həm də vəliəhd Məhəmməd bin Salmana sədaqət andı içməlidirlər.
Financial Times yazır ki, həbs edilənlərin çoxu daşınan və daşınmayan əmlaklarını verib azad olunmaq istəyir.
Məqalədə deyilir ki, əsas pullular Ritz otelində saxlanır. Hakimiyyətə yaxın adamlardan biri FT-yə deyib ki, onlara aydın şərt qoyulub: "Yediyinizi qusun və evinizə gedin".
FT yazır ki, kral ailəsinin üzvləri neftin baha olduğu vaxtlarda xəzinədən milyonlarla dollar təqaüd alıblar.
Tənqidçilər bunu da vurğulayırlar ki, hakimiyyəti zəbt etmiş Məhəmməd bin Salman potensial rəqiblərini pulsuz qoymaq istəyir. Bu da xəbər verilir ki, kral ailəsinin və biznesmenlərin heç də hamısı həbs edilməyib.
"Financial Times" yazır ki, həbs edilənlərin həbsxanada yox, dəbdəbəli otellərdə saxlanması onlarla dil tapmaq cəhdindən xəbər verir.
Vəzifəli rəsmilərdən biri mətbiuata deyib ki, vəliəhd şahzadə yaxın qohumlarını zindana ata bilməzdi və məhz bu səbəbdən onları bahalı otellərdə saxlayır.
"The Guardian" yazır ki, Səudiyyə Ərəbistanında son zamanlar ictimai islahat cəhdləri edilir. Məsələn, qadınlara maşın sürmək icazəsinin verilməsi, habelə dini polisin səlahiyyətlərinin məhdudlaşdırılması bu qəbildəndir.
Ötən ay Məhəmməd bin Salman "The Guardian" qəzetinə demişdi ki, o, Səudiyyəni mötədil İslama qaytarmaq istəyir.//day.az
Bundan başqa vəliəhd şahzadə, habelə ölkənin neft asılılığından azad edilməsini planlaşdırır.
Məqalədə deyilir ki, Səudiyyə Ərəbistanı əhalisinin 70 faizi yaşı 30-dan az olanlardır. Növbəti onillik ərzində 5 milyon səudun işləmək yaşı çatacaq, lakin krallıqda hazırda bu qədər iş yerləri yoxdur.
Strategiya.az
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Bayden ABŞ Məxfi Xidmətinin direktorunun istefa verdiyini açıqlayıb
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM