Cenevrə görüşündən sonra: Sarkisyanın növbəti yalanı və "ekspertin analizi"

00:02 / 19.11.2017

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlara maraq çoxdur. Azərbaycan tərəfi daim ədalətli mövqe tutub və ərazi bütövlüyünü təmin etmək şərti ilə problemin həll edilməsinə razıdır. Rəsmi Bakı ermənilərin Azərbaycan vətəndaşı kimi bütün hüquqlarının qorunacağını ifadə edib və Ermənistanla, işğalçı ordu ərazilərimizi tərk edəndən sonra, əməkdaşlığın mümkünlüyünü istisna etməyib. Bütün bunlara rəğmən, İrəvan danışıqlara müxtəlif maneələr yaradıb və Azərbaycan qarşı düşünülmüş, məqsədyönlü təşkil edilmiş qarayaxma, şər-böhtan kampaniyaları həyata keçirməklə məşğul olub. Son olaraq Cenevrə görüşündən sonra Serj Sarkisyan həqiqətə uyğun olmayan bir fikir bildirib. Bununla Cenevrə görüşündə əldə edilən razılıqlara kölgə salıb. Üstəlik, ermənipərəst ekspertlər Azərbaycan rəhbərliyi haqqında doğru olmayan cümlələr yazıblar.

Ədalətdən uzaq: tərəfkeş "analitikin" məzmunsuz "təhlili"

Elə yazılar olur ki, onlara fikir verməmək daha səmərəlidir. Bəzi "analitiklərin" "analizləri" də bu qəbildəndir. Bir neçə ildir ki, Stanislav Tarasov adlı birisinin ermənipərəst KİV-də dərc olunan "analizlərini" izləyirik və görürük ki, o, "çıxdaşlıq" kateqoriyasını tərk edə bilmir. Süni və uydurulmuş arqumentlərlə bu adam hər vəchlə erməni terroru, radikalizmi və separatçılığına haqq qazandırmağa çalışır. S.Tarasov özü üçün müəyyənləşdirib ki, Dağlıq Qarabağ ermənilərindir, orada müstəqil dövlət yaradılmalıdır, yaxud Ermənistana birləşdirilməlidir. Bu zaman başabəla "analitik" Azərbaycan rəhbərliyinin ifadə etdiyi fikirləri müxtəlif üsullarla təhrif etməyə çalışır və oxucunu çaşdırmaqla məşğuldur. Məlum "Regnum" agentliyinin saytında dərc olunan yazılarının birində də eyni qeyri-obyektiv ruh vardır.

Yazıda guya Azərbaycan və Ermənistan prezidentlərinin son Cenevrə görüşü təhlil edilir. Reallıqda isə S.Tarasov yöndəmsiz və səmərəsiz erməni diplomatiyasının məğlubiyyətini ört-basdır etmək üçün Azərbaycan dövlətinin ünvanına iftira, böhtan dolu fikirlər söyləməyə cəhd göstərib. O, özündən "Azərbaycan Prezidentinin köməkçisi Novruz Məmmədov nəyi gizlədir?" kimi əsası olmayan bir sual uydurub və ona "analitik-proqnostik" cavab axtarır (bax: Станислав Тарасов. Что хочет скрыть помощник президента Азербайджана Новруз Мамедов? Загадка женевской встречи Алиева и Саргсяна / "Regnum.ru", 24 oktyabr 2017).

Novruz Məmmədovun isə Cenevrə görüşü ilə bağlı gizlətməli heç bir şeyi yoxdur. Həmişə olduğu kimi, bu dəfə də Azərbaycan Prezidenti öz qəti, ədalətli və beynəlxalq hüquqa tam uyğun olan mövqeyini ifadə edib. Və əvvəllər olduğu kimi, işğalçı Ermənistanın rəhbəri də haqdan qaçaraq, müxtəlif ibarələrlə məsələni düz yoldan çıxarmağa çalışıb. Doğrudur, bir sıra punktlarda tərəflər razılığa gəliblər. Onlar, ümumiyyətlə, dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər. Bu da hər kəsin qəbul edəcəyi bir məsələdir və Serj Sarkisyan ondan açıq imtina edə bilməz. Sözdə qəbul edir, lakin əməldə yenə də böhtançı, qərəzli, ədalətsiz addımlarını atır. Erməni silahlı dəstələrini Azərbaycan ərazisindən çıxmağa səsləmir.

Biz Cenevrədə konkret hansı punktlar üzrə ortaq mövqeyə gəlindiyi barədə yazmaq istəmirik. Çünki bunlar başqa mövzudur. Məsələ ondan ibarətdir ki, ermənilər və onlara züy tutanlar görüşdən dərhal sonra əldə olunan kiçik razılığa belə xəyanət etməyə başladılar. S.Sarkisyan əvvəlcədən elan edilən razılaşmanı pozaraq bəyan edib ki, "bizim üçün yeganə həll ondan ibarətdir ki, Qarabağ Azərbaycandan kənarda olsun" (bax: əvvəlki mənbəyə). Belə bir cəfəngiyatı yalnız qeyri-obyektiv və qərəzli dövlət başçısı danışa bilər. Çünki adi adamlara belə məlumdur ki, Azərbaycan Prezidenti heç zaman Qarabağın Azərbaycandan kənarda olması ilə bağlı müzakirə aparmayıb, aparmır və aparmayacaq da! Bu barədə İlham Əliyev hətta Cenevrə görüşü ərəfəsində açıq və konkret danışdı. Görünür, ya S.Sarkisyanın yaddaşı çox qısadır ya da o, çox qorxaqdır – heç bir zaman həqiqəti etiraf edə bilmir! Hər iki variantda problem onun özünə aiddir.

Siz nəyi gizlədirsiniz, cənab Tarasov?

Bəs onda Serj Sarkisyan nəyə görə, görüşdən dərhal sonra belə mənasız bir fikri ortaya atıb? Birincisi, açıq bilinir ki, Azərbaycan bir qarış torpağının belə işğal altında qalması ilə barışmaq fikrində deyil, gec, ya da tez torpaqlar azad ediləcək və Dağlıq Qarabağda ermənilər də daxil olmaqla insanların normal həyatı bərpa olunacaq. Azərbaycan bir dövlət kimi öz vətəndaşlarının hüquqlarını tam şəkildə qorumaqda davam edəcək. Bax, onda sarkisyanların bütün saxtalıqları və yalanları ermənilərin özlərinə gün kimi aydın olacaq. S.Sarkisyan bundan qorxur, son halının çox acınacaqlı olacağını hiss edir. Bu səbəbdən də Dağlıq Qarabağla bağlı yalanlar danışır.

İkincisi, Ermənistanın özündə siyasi qüvvələr S.Sarkisyanın yarıtmaz xarici siyasət yeritdiyini açıq deyirlər. İrəvanda olan üsyanlar, etirazlar yaddan çıxmayıb. Hökumətlə bağlı böhran unudulmayıb və insanlar S.Sarkisyanı birbaşa korrupsiyada, ölkəni kənar qüvvələrdən asılı vəziyyətə salmaqda, siyasi naşılıqda ittiham edirlər. Cenevrə görüşü də bir daha göstərdi ki, Dağlıq Qarabağ məsələsi gec-tez ədalətli həllini tapacaq. Deməli, S.Sarkisyan mövqeyindən çəkilmədiyi görüntüsü yaratmalı idi. Öz siyasi karyerasını xilas etmək üçün adam xalqına növbəti yalanı danışdı. Bu da Ermənistan cəmiyyətinin öz problemidir.

Üçüncüsü, Azərbaycanın bir-birinin ardınca qazandığı geosiyasi, iqtisadi, ticari, hərbi, diplomatik uğurlar erməniləri əməlli-başlı təşvişə salıb. Bu gün Bakı regionun həqiqi mərkəzinə çevrilib, regional və hətta qlobal əhəmiyyətli məsələləri məhz burada müzakirə edirlər. Misal olaraq Rusiya və ABŞ ordularının baş qərargah rəislərinin ilk görüşünün Azərbaycanın paytaxtında keçirilməsini, bir sıra mötəbər beynəlxalq tədbirlərin, idman yarışlarının burada təşkil edilməsini, vacib layihələrin reallaşmağa başlamasını göstərə bilərik. O cümlədən "Yeni İpək Yolu" layihəsi çərçivəsində atılan addımlar və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması kifayət qədər geosiyasi və informasiya rezonansı doğuran faktlardır. Bunların fonunda Ermənistan heç bir addım ata bilməyib. Onda S.Sarkisyan fəaliyyətsiz, passiv və arqumentsiz siyasi lider kimi, yalan danışmalıdır. Özünün nəyəsə yaradığı görüntüsünü yaratmalıdır.

Həqiqətən, Azərbaycanın əldə etdiyi bu nailiyyətlərin fonunda Ermənistanın siyasi rəhbərliyi çox cılız görünür. Rəsmi İrəvanın Cenevrə görüşü haqqında dediyinə də fikir verən yoxdur. Sanki Ermənistan bu prosesdə yoxdur, onun ağaları var. Buna görə də erməni "analitik" və "ekspertlər" özlərindən suallar uydurmalı və onlara öz cavablarını verməyə məhkumdurlar. Bu sualların arxasında Ermənistan rəhbərlərinin real addımları olmadığından, onlara istənilən məzmunu verə bilirlər. Novruz Məmmədovun sözlərində hansısa məqamları axtarmaq istəyi də bu kimi qərəzlərlə bağlıdır.

Azərbaycan Prezidentinin köməkçisi, əslində, çox təmkinli, diplomatik və səbirli qaydada ermənilərə və onların havadarlarına anlatmağa çalışıb ki, danışıqlarda əldə olunan razılıqlara əməl edilməlidir. Əks halda, münaqişə ədalətli həll edilə bilməz.

Novruz Məmmədov ifadə edib: "Qərara alınmışdı ki, razılaşdırılmış punktlardan başqa heç bir bəyanat olmasın. Vəd etdiyinə baxmayaraq, o (S.Sarkisyan nəzərdə tutulur – red.), yenə də sözünə əməl etmədi". Novruz Məmmədov onu da vurğulayıb ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və belə olaraq da qalacaq.

Hər şey aydın, konkret və dəqiq ifadə edilib. Burada hansısa siyasi problem axtarmaq, monolit Azərbaycan rəhbərliyində kimlərinsə etiraz etdiyi barədə yalandan söz uydurmaq "ulduza barmaq silkələməkdir". Stanislav Tarasov bir yazar kimi bu sadə və hamıya məlum olan şeyləri bilməli və ehtiyatlı fikir yürütməlidir.

Novruz Məmmədov onda da tam haqlıdır ki, S.Sarkisyan görüşün ruhuna uyğun olmayan fikir bildirib və bu kontekstdə ağlına nə gəlibsə, onu deyib. Çünki əgər müzakirələr S.Sarkisyanın təqdim etdiyi kimi keçibsə, deməli, heç nə müzakirə edilməyib. Rəsmi Bakı zərrə qədər də S.Sarkisyanın dediyi istiqamətdə kimsə ilə danışıq aparmaz.

Bunlar nəyi göstərir? Belə təəssürat yaranır ki, forpost Ermənistan və xarici havadarları, ağaları artıq diplomatik sahədə olduğu kimi, informasiya sferasında da olduqca əsəbi və ağılsız davranmağa başlayıblar. Səbəbi də aydındır – ədalət öz yerini tutmaqdadır. Azərbaycan sürətli inkişafı ilə düşmənin bütün böhtan və iftira cəbhəsini darmadağın edir. İndi kimsə şübhə etmir ki, Azərbaycan hərbi döyüş meydanında erməni silahlı qüvvələrini qısa müddətdə məhv etmək iqtidarındadır. Bunu reallaşdırmaq üçün rəsmi Bakının iradəsi, imkanı, intellekti, hərbi şücaəti və iqtisadi qüdrəti vardır.

Bütün bunlardan təbii bir sual yaranır. Cənab Stanislav Tarasov, siz, əslində, nəyi gizlədirsiniz? Sifarişli yazılar yazdığınızımı? Birtərəfli mövqedə olduğunuzumu? Bəlkə, ermənilərdən rüşvət alırsınız, onu gizlətməyə çalışırsınız? Məsələnin bu tərəfini araşdırmağa dəyər!

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM