Fransanın Azərbaycandakı səfiri Orelia Buşezin Trend-ə müsahibəsi
Azərbaycan - Fransa əlaqələri
Fransa ilə Azərbaycan arasında güclü əlaqələr mövcuddur və son illərdə bu, əhəmiyyətli dərəcədə inkişaf edib. İki ölkə arasında ən yüksək səviyyədə müntəzəm siyasi dialoq aparılır. Prezidentlər arasında mütəmadi görüşlər, nazirlər arasında görüşlər, Fransanın Minsk qrupundakı həmsədri kimi səfir Stefan Viskontinin Qafqaza daimi səfərləri buna misal ola bilər. Mühüm beynəlxalq və regional məsələlər, terror riski, iqtisadi əlaqələr sahəsində belə inamlı və açıq siyasi dialoqdan, mədəniyyət və akademik əməkdaşlıqdan əlavə, fransız yerli hakimiyyət orqanları ilə əməkdaşlıq prioritet sahələrdəndir və biz azərbaycanlı tərəfdaşlarımızla bu istiqamətlərdə fəal əməkdaşlıq edirik. Bizim məqsədimiz sülh, rifah və tərəqqi üçün çalışmaqdır.
Mən həmçinin də Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin daha sıx olmasına Fransanın dəstək verdiyini də qeyd etmək istərdim. Bu baxımdan, noyabrın 24-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı sammiti çox mühüm əhəmiyyət kəsb edir.
Eyni zamanda əminəm ki, Prezident İlham Əliyevin iradəsi ilə başlayan iqtisadi islahatların davam etdirilməsi qeyri-neft sektorunda, xüsusilə də kənd təsərrüfatı, ərzaq, ətraf mühit və nəqliyyatda sərmayələrin və xarici kapitalın iştirakını daha da stimullaşdırmağa xidmət edəcək. Artıq bu sahələrdə Fransız şirkətləri mühüm müqavilələr əldə edib.
Təbii ki, biz həmçinin, fransız xalqına, eləcə də azərbaycan xalqına doğma olan bəşəri dəyərlərə hörmət uğrunda çalışmağı da vacib sayırıq.
Mən həmçinin şadam ki, 2018-ci il bizə Azərbaycan Xalq Cümhuriyyətinin yüzilliyini bayram etmək fürsəti verir.
Fransa Azərbaycanı Avropa ve Asiya arasında körpü olaraq görür
Azərbaycan Cənub Qaz Dəhlizi ilə Fransanın dəstəklədiyi və bir sıra fransız şirkətlərinin (Total/Engie) qatıldığı Şərq-Qərb enerji yol layihəsində artıq əsas rol oynayır. Biz Azərbaycanın həmçinin regional nəqliyyat fəaliyyətinə qətiyyətlə diqqət yetirməsinə də çox böyük bir maraqla yanaşırıq. Bakının Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində beynəlxalq ticarət və tranzitdə əsas regional mərkəz olmaq ambisiyaları var. Oktyabrın 30-da Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımının, Qazaxıstanın baş naziri Baxıtjan Saqintayevin, Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin, Özbəkistanın baş naziri Abdulla Aripovun və həmçinin Tacikistan və Türkmənistanın nümayəndə heyətlərinin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı Bakının regional və beynəlxalq mərkəzə çevrilməsində mühüm addımdır. BTQ-ni lokomotivlərlə Fransanın "Alstom" şirkəti təchiz edib və lokomotivlərin birincisinin verilməsi çox güman ki, bu ilin dekabr ayında baş tutacaq. Azərbaycanın gələcək inkişafını və iqtisadiyyatının şaxələndirilməsinı təmin edəcək belə böyük missiyanı reallaşdırmaq üçün Azərbaycan hökumətinin göndərdiyi siqnalların sayı-hesabı yoxdur.
Azərbaycan və Fransa arasında humanitar və mədəni əlaqələr
Təhsil və mədəniyyət sahəsində ikitərəfli tərəfdaşlıq mühüm əhəmiyyətə malikdir və keyfiyyətlidir. Bu, yüksək səviyyəli, çoxdilli azərbaycanlı məzunların yeni bir nəslinin yaranmasına kömək edir. Bildiyiniz kimi, təhsil naziri Mikayıl Cabbarovun iştirakı ilə Fransız-Azərbaycan Universitetinin (UFAZ) yeni binasının açılışı üçün 15-16 sentyabr tarixlərində Avropa və Xarici İşlər nazirliyi yanında Dövlət katibi, Jan Batist Lömuən Bakıya rəsmi səfər etmişdi. Bu universitetin təsis olunması Azərbaycan və Fransa Prezidentləri tərəfindən rəsmən 2014-cü ilin may ayında elan edilib və o, UNISTRA ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında tərəfdaşlıq sayəsində yaranıb. Beləliklə, 2017-ci ilin sentyabrı Fransız-Azərbaycan Universiteti (UFAZ) üçün yeni bir mərhələ oldu, gözəl təmir edilmiş binalar tələbələrin yeni və çox parlaq bir nəslini qəbul etdi. Kimya, geofizika, informatika və neft sahələri, Strasburq Universiteti ilə Renn Universiteti və Neft və Sənaye Universiteti arasındakı gözəl əməkdaşlıq sayəsində tədris edilir.
Parlament səviyyəsində ikitərəfli dialoqun gözəl bir gələcəyi var. Azərbaycan hakimiyyətinin dəvəti ilə «république en marche» partiyasının Essondan seçilmiş deputatı və Milli Assambleyada Fransa-Azərbaycan dostluq qrupunun yeni sədri, Pyer Alən Rafan noyabrın 2-dən 4-dək Bakıda rəsmi səfərdə olub. Azərbaycanın Fransadakı səfiri Mustafayev tərəfindən müşayiət olunan Rafan, Azərbaycan respublikasının Prezidenti, Birinci vitse-prezidenti, Milli Məclisin sədri və xarici işlər naziri tərəfindən qəbul edilib. O, həmçinin Bakıda Fransız Liseyini və Fransız-Azərbaycan Universitetini ziyarət edərək təhsil sahəsində əməkdaşlığımızın mükəmməlliyini vurğulayıb. Mədəniyyət və idman ilə bağlı inkişaf məsələləri ilə çox yaxından məşğul olan Pyer Alən Rafan Gənclər və İdman naziri Azad Rəhimovla görüşüb.
Mən bunu da qeyd etmək istərdim ki, mədəniyyət sahəsində Fransa ilə Azərbaycan arasında tərəfdaşlıq həm Bakıda, həm də əyalətlərdə inkişaf edir. Bu, xüsusilə Azərbaycandakı Fransız İnstitutunun (İFA) fəaliyyətinin nəticəsidir, onun vəzifəsi fransız dilini inkişaf etdirmək, Azərbaycanla Fransa arasında tədbirlər təşkil etmək və mədəniyyət sahəsində mübadilələr aparmaqdır.
Bakı şəhəri ictimaiyyəti qarşısında böyük müvəffəqiyyət qazanmış üç tədbiri: Avropa İttifaqı nümayəndəliyinin üzv ölkələrin yaxından əməkdaşlığı ilə təşkil etdiyi birinci «Imagine Euro Tolérance» Festivalı çərçivəsində nümayiş etdirilən "Xüsusi müxbir Tomas Peske" filmi, fransız akkordeonisti Rişar Qalianonun Yalçın Adıgözəlovun dirijorluq etdiyi «Baku Sinfonietta» orkestrinin müşayiəti ilə Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirak etdiyi və Fransa ilə Azərbaycan arasında diplomatik əlaqələrin yaradılmasının 25 illiyi parlaq qeyd olunan konserti, və Bakıda Avropa filmləri festivalının 8-ci buraxılışında məşhur kinoşünas və Kan Festivalının baş direktoru Tyerri Fremonun arxiv materialları əsasında çəkdiyi və kinematoqrafiyanın yaranmasına həsr olunmuş «Lumiyer qardaşları» filmi ilə açılışını yada salmaq kifayət edər.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM