Hacı Muradın və digər məşhurların kəlləsi

11:54 / 26.11.2017

Ötən həftə Ramzan Kadırov Vladimir Leninin nəşini və Hacı Muradın kəlləsini dəfn etməyə çağırıb. Kütləvi İnformasiya Vasitələri Lenin haqqında sözləri müzakirəyə başladılar və çox az adam deyilənlərin ikincisini fərq etdi. Leninlə hər şey çoxdan məlumdur, Hacı Murad isə yeni və maraqlı bir mövzudur.

Çeçenistanın başçısı kimi qeyd edilən bu adam - tarixdə ən uzun Rusiya-Qafqaz müharibəsinin əsas fiqurlarından biri, imam Şamilin sağ əli, Lev Tolstoyun eyniadlı əsərinin qəhrəmanıdır.

Şamil öyrədirdi ki, insanın mənşəyi önəmli deyil, mühüm olan onun döyüşlərdəki xidməti və ya Quranın təfsiridir. Hacı Muradın vətəni olan Avarıstanın sonuncu xanı 11 yaşlı Bulaçı dağlıq çayda boğmuşdu.

Dağıstanın Hunzax kəndində sadə bir ailədə böyüyən Hacı Murad şəxsi keyfiyyətlərinə görə hərbi başçıların və müşavirlərin naiblərindən biri idi.

Lakin Şamil yaşlanmışdı, yumşalmışdı və öz prinsiplərini dəyişdi: öz sevimli oğlunu Qazi Məhəmmədi varisi elan etdi. Ehtimal var ki, bu yerə özünü layiq görən Hacı Murad etiraz etməyə cəsarət tapdı, ona qarşı çıxdı və qaçdı.

Əgər Lenin vücudunun basdırılması barədə qərar qəbul edilsə, bu tarixi nöqteyi-nəzərdən ən düzgün qərar olacaq. Bununla yanaşı, qərar seçici olmamalıdır. Leninin nəşi kimi imam Şamilin naibi Hacı Muradın da bu gün Sankt-Peterburq muzeyində saxlanılan kəlləsi torpağa tapşırılmalıdır.Çeçenistan başçısı, Ramzan Kadırov

Bəzi məlumatlara görə, Rusiyanın tərəfinə keçməyə hazırlaşan Hacı Murad danışıqlar aparırdı. Lakin sonradan fikrini dəyişərək din və müstəqillik uğrunda vuruşan döyüşçülərin sırasına qatıldı. Digər məlumatlarda isə onun sadəcə dağlarda gizləndiyi bildirilirdi.

1852-ci ilin 5 mayında Hacı Murad və onun dörd yoldaşı 300 kazak tərəfindən mühasirəyə alındı. Güllələr altında ölməzdən əvvəl 36 yaşlı naib 17 rəqibini öldürmüşdü. Bədəni döyüşlərin baş verdiyi Oncallı (hazırda Azərbaycan Qax rayonu) kəndi yaxınlığında basdırıldı. Kəlləsi isə Peterburq Hərbi-tibbi Akademiyasına gətirilmişdi. 1959-cu ildə yoxlama zamanı Akademiyanın əməkdaşı üzərində rus və ərəb hərfləri yazılan baş aşkar edir. Kəllənin üzərindəki yazılar onun Hacı Murada aid olduğundan xəbər veriridi. Tapıntı Antropologiya və Etnoqrafiya Muzeyinə (keçmiş Kunstkamera) təhvil verildi. "İnterfaks" agentliyi muzeyin federal rəhbərliyin nəzarətində olduğunu və kəllənin taleyilə 2015-ci ildən Mədəniyyət Nazirliyi komissiyasının məşğul olduğunu aydınlaşdırıb.

Ölümdən sonra bəraət

Deyirlər ki, insanlar mağaranın divarlarını boyamağa və ölülləri dəfn etməyə başladıqdan sonra meymun olmadılar. Müasir baxışlara görə, cəsədlə çirkin rəftar nadir hadisə deyildi. İbtidai dövrdə hannibalizm aclıqdan deyil, daha çox inanca görə tətbiq edilirdi. Sanki bununla döyüşçünün gücü qalib gələnə keçir.

Şimali Amerika hinduları baş dərisini soyurdular. Mərkəzi Afrika sakinləri üz cizgilərini qoruyub saxlamaqla başı yumruq boyda olana qədər balacalatmaqda, başın qurudulmasında böyük ustalıq qazanmışdılar.

Yeni Zelandiyalı maorilər ingilislərin yaşayış məntəqələrinin hasarlarını düşmənlərin başlarıyla bəzəməklə onları dəhşətə gətirirdilər. Lakin tarixə nəzər salsaq Londonda da bir qədər əvvəl edam edilənlərin kəlləsi hasarlara taxılırdı.

1857-1859-cu illərdə Hindistanda sipai üsyanı zamanı britaniyalılar üsyançıları topların ağzına bağlamışdılar. Hindular inanırdılar ki, cənnətə düşmək üçün cəsəd məzar tonqalında ayinlərin müşayiəti ilə yandırılmalıdır. Edamın bu cür növü isə onları əbədi xoşbəxtlik ümidindən məhrum edirdi. Bəzən ölüləri onlara olan hörmətdən dolayı dəfn etmirdilər: Misir mumiyaları, müqəddəslərin qalıqları, Lenin və Mao.

Müsəlmanların dəfn adətləri həmişə ciddi və vahid olub.

Müasir cəmiyyətdə bədəni məsxərəyə qoymaq və ya onu eksponata çevirməyin əxlaqsızlıq olması barədə fikirlər öz təsdiqini tapmışdır. Öldükdən sonra cəsədinin hörmətli şəkildə torpağa tapşırılması və ya odda yandırılması hər kəsin haqqıdır. Mərhumun istəyinə uyğun olaraq cəsədin külü okeana da səpilə bilər.

İnsan haqları konsepsiyasının ölülərə də şamil edildiyini demək olar.

Tapmacalar və qəribəliklər

Kim və niyə Hacı Muradın başını kəsib. Niyə Hərbi-tibbi Akademiya onun kəlləsini saxlamağı qəbul edib? Rusiyada bu cür ənənələr olmayıb.

Hacı Muradın qorxusuzluğu hətta Qafqazda belə təəccüblü idi. O, qeyri-adı süvari lideri, bacarıqlı, hücumda qətiyyətli, ələ keçməz biri idi. Elə anlar olurdu ki, bu cəngavər knyaz Arqutinskiy, Dolqorukov və knyaz Vorontsov kimi ağıllı sərkərdələri ovucunda saxlayırdı. Bu dahi cəngəvari istənilən Avropa ordusuna göndərsən, Hacı Murad yenə də ən yaxşı süvari lideri olardı.Arnold Zisserman, Qafqaz müharibəsinin iştirakçısı, tarixçi.

"İnterfaks" agentliyinə verilən məlumatda mövzunun qəfildən deyil, təqribən iki il əvvəl elə Kadırov tərəfindən qaldırıldığı ehtimal edilib. Etiraf etmək lazımdır ki, hazırkı vəziyyətdə o haqlıdır və burada nəyisə həll etmək üçün uzun-uzadı düşünməyə ehtiyac yoxdur. Bəzi şeyləri ehtimal etmək olar.

Onun kəlləsinə Hacı Muradın bədəninin dəfn olunduğu Azərbaycanın (baş bədənlə birləşməlidir) və anadan olduğu və milli qəhrəmanı sayıldığı vətəni Dağstanın da iddiası var. Hidrokarbonla zəngin strateji cəhətdən önəmli olan qonşu dövlət və kifayət qədər problemi olan qürurlu respublika. İmtina ilə kimi küsdürmək olar?

"Dağıstan variantı" vəziyyətində isə qəbir ziyarətgaha çevrilərək anti-rus hisslərinin mərkəzi olmayacaqmı?

Bundan sonra hökumətin "az olan" qayğsısı daha da arta bilər

Yeri gəlmişkən, bu tarixdə başı bədənindən ayrı qalan ilk dramatik hadisə deyil.

İohann Predtçenin kəlləsi

Sonuncu Bibliya peyğəmbəri, Məsihin zühurunu söyləyən, insanları ilk dəfə xaç suyuna salan və İsa peyğəmbərə sitayiş edən. Əksər tədqiqatçılar, hətta ateistlər belə onu tarixi fiqur hesab edirlər.

İohann yəhudilərin çarı Hirod Antiplə evlənmək üçün əvvəlki ərini atan İrodiadanı ifşa edirdi. Çar əlahəzrətlərini təhqir etdiyinə görə, İohannı həbs etsə də edamına qərar verə bilməmişdi.

İordanFotonun müəllifiGETTY IMAGESImage captionİnsanlar iki min ildir İordan sularında batırlar

Növbəti ziyafətlərin birində İrodiadanın qızı Salomeya atalığı üçün erotik rəqslərlə onu məmnun edir. Atalığı isə onun istənilən arzusunu yerinə yetirməyi vəd edir. Anasının təşəbbüsü ilə Salomeya İohann Krestitelin başını istəyir və bu, qıza boşqabda gətirilir.

Əfsanəyə görə, İrodiada başın çirkab yerə tullanması barədə göstəriş verib. Mərhəmətli qulluqçu isə onu xilas edərək basdırmışdı. Nəticədə kilsə rəvayətinə görə, baş möcüzəvi çəkildə 3 dəfə tapılıb və sonra yenidən itib. Sonuncu dəfə 850-ci illərdə onu guya Konstanipolda görüblər. Başın ehtimal edilən hissələri Fransanın Amenye, Romadakı San-Silvester məbədində, Dəməşqdəki Omeyadlar məscidində və digər yerlərlərdə saxlanılır. Belə çıxır ki, kəllə kimsə tərəfindən dağıdılıb. Lakin kim və harda etdiyi məlum deyil. İstisna deyil ki, peyğəmbərin kəlləsi onun ölümündən dərhal sonra basdırılmışdı. Lakin bu günə qədər bu hadisə insanların fikirlərini qarışdırmağa davam edir.

KİNİMUNDANIN KƏLLƏSİ

Növbəti tarixi hadisə 556-cı ildə, Romanın dağılmasından 80 il sonra, varvarların Avropanı bölüşdürməyə davam etdiyi zaman baş verib. Müasir Avstriya ərazilərində yaşayan alman lanqobarlar qəbiləsinin lideri Alboin qonşu hepidlər xalqına qalib gəlmişdi və onların lideri Kunimundun kəlləsindən şərab badəsi hazırlamağı əmr etmişdi. Öz ordusunu məglub hepidlərlə, sakslarla və slavyanlarla gücləndirən Alboin İtaliyanın şimalını ələ keçirdi və orada Lanqobard krallığı yaratdı, hansı ki, gah hersoqluğa bölürdü, gah da təkrar birləşdirirdi. Krallıq Böyük Karl imeriyasına daxil olana qədər 200 il mövcud olub. Hazırda Lombardiya regionunun adı və "lombard" sözü buradan yaranıb, ona görə ki, girov əvəzində pulun verilməsi fikri bu hadisələrdən təqribən 700 il sonra Lombardiya maliyyəçiləritərəfindən tapılıb.

Fotonun müəllifiGETTY IMAGESImage captionRomanın süqutundan bir neçə il sonra Avropada sərhədlər şərti idi və hamı arasında müharibə gedirdi

Alboin Kunimundanın qızı Rozamunda ilə evləndi. Bizim nöqteyi nəzərimizdə, bu, dəhşətli bir təhqirdir. Lakin o zamanlarda qalib gələnlərin xanımı atlar kimi qanuni və şərəfli bir qənimət hesab edilirdi. Knyaz Vladimir onlar tərəfindən öldürülən Plotsk knyazı Roqnedanın qızıyla buna bənzər davranmışdı. Roqnedin qızı onunla birgə yaşayaraq gələcək Müdrik Yaroslavl yanaşı ona 3 oğul bəxş etmişdi. Lakin Alboin Struqatslar qardaşlarının dediyi kimi "orta əsrlərin normal zülmlərindən" daha da irəliyə getmişdi: xanımını atasının kəlləsindən şərab içməyə məcbur etmişdi!

Amma Rozamunda buna tab gətirə bilmədi: ərinin sərkərdəsi Helmides-lə sevgili oldu və onu içkidən sərxoş olub xoruldayan zaman Albionun başını kəsməyə razı saldı.

Lanqobar zadəganlığı ər qatilini dəstəkləmədi və ümumiyyətlə o, onlar üçün yad qəbilədən gələn polonyak idi. Rozamunda və Helmides Bizans sərkərdəsi Lonqindən sığınacaq istəmək üçün Ravennaya qaçdılar.

Ehtimallara görə, Rozamunda gözəl və cəsur xanım idi, belə ki o, özünü Lonqinə təklif etdi və uğur qazandı. Keçmiş sevgilisi onun üçün artıq idi və ondan qurtulmağa qərar verdi. Lakin Helmidis nədənsə şübhələnərək Rozamundanı zorla ona hazırlanan zəhər qatılmış şərabı içməyə məcbur etdi. Və nəticədə hamısı öldü.

Svyatoslavın kəlləsi

971-ci ildə knyaz Svyatoslav İqoreviç Bizansa qarşı uğursuz müharibədən geri qayıdarkən ordusunun böyük hissəsini Kiyevə göndərdi, özü isə az sayda adamla Dnepr ətrafında qışlamağa qaldı. Peçeneqlər rusları məhv etdilər, xan Kurya isə Svyatoslavın kəlləsindən yenə də şərab badəsi düzəltdi. Orta əsrlərin əvvəllərində bu bir adət idi.

"O illərin hekayəsi olaraq" bu badə Müəddəs Oleqin ilan və qalxanı ilə qədim Rusiyanın atributuna çevrilmişdi.

Və peçenlərin knyazı Kurya ona hücum edərək Svyatoslavı öldürdü və onun kəlləsini götürərək ondan badə düzəltdi. Bu badədən içdilər."Keçmiş illərin hekayəsi" XI əsrin rus qeydləri

Sual cavabsız qalmışdı: Svyatoslav paytaxta niyə getməmişdi? Köçərilərin sahiblik etdiyi yollardan getməkdən qorxdumu? Lakin belə çıxır ki, onlarla düşərgədə üz-üzə qalmaqdan qorxmurdu?

Və hansı səbəbdən heyətin əksəriyyəti öz knyazlarını atmışdılar? Svaytoslavın özü belə bir qərar verməsi üçün ağlını itirməsi lazım idi.

Bəzi müasir tədqiatçılar iddia edirlər ki, Svyatoslavın böyük oğlu Yaropolk Kiyevdə qalaraq çevriliş təşkil etdi. Bu səbəbdən Svyatoslav ona düşmən olan şəhərə gedə bilmirdi, o, mütəffiq toplamaq, ümumiyyətlə, vəziyyətdən çıxış yolu tapmaq üçün güc yığmalı idi. Atasının sözüylə Novqorod şəhərində məskunlaşan kiçik oğul Vladimir Kiyevə Novqoroddan və Skandinaviyadan olan muzdluları ilə gələrək Yaropolkun Blud adlı baş məsləhətçisini satın aldı və o, sahibini Vladimirin düşərgəsinə getməyə razı saldı. Orada isə iki nəfər "Yaropolku qılınca keçirdilər".

Kiyev knyazı Müqəddəs Vladimir və günün siyasi qəzəbi

Əgər bu versiya doğrudurs, demək, aydın olur ki, o zaman cəmiyyət xaincəsinə qardaşını öldürən Valdimiri niyə xüsusi mühakimə etməyib.

Şahzadə de Lambalın kəlləsi

Mariya-Luisa Savoyskaya ər tərəfdən hersoginya de Lambal kraliça Mariya Antuanettanın yaxın rəfiqələrindən biri idi. Onun həyat yoldaşı XIV Lüdovikin nəticəsi və böyük Fransa yeqeremeysteri (sərt alman likeri) günah olan, sevinc gətirən şeyləri sevirdi və toydan 6 ay sonra sifilisdən vəfat etdi. 18 yaşında dul qalan Maria-Luisanın övlad sahibi olmağa vaxtı çatmamışdı. O, özünü tam olaraq, yəqin ki, səmimi qəlbdən sevdiyi kraliçaya həsr etmişdi. Bütün xatirələrdə madam de Lambal mələk kimi təsvir olunur.

O, valehedici gözəlliyə malik, mərhəmətli, yumşaq qəlbli idi və Maria Antuanettanın digər rəqibi - acgöz qohumlarının maraqları naminə öz mövqeyindən utanmadan istifadə edən Juli de Polinyakdan fərqli olaraq, maddi marağı yox idi . Belə düşünsək, onsuz da o, arzulana biləcək hər bir şeyə sahib idi.

Mən görürəm ki, hər gün bizim düşmənlərimizin itaətsizliyi artır və dürüst insanların cəsarəti azalır. Yox, mənim əzizim, mən sizə bir daha təkrar edirəm heç vaxt geri qayıtmayın! Özünüzü könüllü pələngin cənginə atmayın! Mən istəmirəm ki, siz ehtiyac olmadan özünüzü qurban verəsiniz.Maria-Antuanettanın hersoginya de Lambala yazdığı məktubdan, sentyabr 1791-ci il.

1917-сi il Rusiya inqilabının başlanğıc mərhələsi fevral-oktyabr ayları ilə bənzər olan Böyük Fransa inqilabının ilk dövründə hersoginya İngiltərəyə getdi, lakin vəziyyət gərginləşdikcə öncədən vəsiyyatnamə tərtib edərək geri dönməyə məcbur oldu.

14 iyul: ikiqat bayram

1792-ci il avqustun 10-da Tulyerinin radikal inqilabçılar tərəfindən ələ keçirilməsindən və Tamplda kral ailəsinin həbsindən sonra şahzadə LaFors həbsxanasına salınır.

Bir aydan sonra sankyulotlar (Parisdə "üçüncü əmlak" inqilab ruhlu nümayəndələr) həbsxanaya hücum etdilər və məhkəməsiz mindən çox insanı öldürdülər -guya əks-inqilabçıları yedirtmək üçün ərzaq yox idi!

Kiminsə ağlına Maria-Antuanettanı qorxutmaq fikri gəldi. İdeya, xüsusən, kraliça və hersoginyanın lezbiyan cütlük olması barədə şayiələrə görə daha da bəyənildi.

Kimsə "şahzadəni qaydaya salmaq lazımdır" deyə qışqırdı. Kəsilmiş başa saç düzümü edərək yanağını boyadılar və Maria-Antuanettanın kamerasının qarşısında qaldırdılar. Arzuolunan nəticə əldə edilmişdi: kraliça huşunu itirmişdi.

Feldmarşal Sayqonun kəlləsi

Yaponiyanın Küsü adasındakı Satsum knyazlığından olan samuray Sayqo Takamori sequnat rejimini ləğv edən və imperator Mutsixitoya tam rəhbərliyi qaytaran "Meydzi inqilabında" əsas rol oynayırdı. Sayqo digər iki gənc ambisiyalı cənublu- Tosomiti Okubo və Takesi Kido ilə birgə "Meydzi dövrünün 3 ən böyük qəhrəmanı" siyahısına daxil oldu və 1968-ci ilə dövlətin başına keçdi. Daha bir satsum qruplaşmasının üzvü və inqilab iştirakçısı İvao Oyama 1904-1905-ci ildə Rusiya ilə müharibədə Yaponiya ordusuna başçılıq etmişdi.

Rusiya-Yaponiya müharibəsi: nə balaca, nə də qələbə qazandıran

Okubo və Kido inzibati və torpaq islahatları keçirən zaman, xarici işlər nazir İvakura Tomomi dünya səfəri zamanı xarici təcrübə ilə tanış olurdu, Sayqo isə ordunu müasirləşdirirdi. Bir neçə il sonra islahatçı qərara aldı ki, dəyişikliklər çox uzağa getdi. İlk əvvəl Sayqo nəcib samurayların köhnə imtiyazlarının ləğviylə barışa bilmirdi. Formal olaraq hərbi nazir kimi qalan Sayqo işlərdən kənara çəkilərək doğma Kaqosim şəhərinə getdi. Onun ətrafına narazı olanlar toplaşdı. 1877-ci ildə Sayqo samurayları "Satsum qiyamına" qaldırdı. Qiyamı onun yaratdığı ordu qazandı.

samuraylarFotonun müəllifiGETTY IMAGESImage caption1876-cı ildə samuraylar maddi mövqelərini və katan (uzun yapon qılıncı) daşımaq hüququnu itirdilər və adi vətəndaşa çevrildilər

1877-ci ilin 23 sentyabrında Sayqo və təqribən 400 tərəfdaşı Siroyama dağlarında məskunlaşdılar. Onları 30 min artilleriya silahlı hökumət əsgəri üzük kimi mühasirəyə aldı. Sayqo təslim olmaqdan imtina etdi. Döyüşdə yaralanan Sayqo xarakiri həyata keçirdi. Bir qayda olaraq xarakirini həyata keçirən şəxs qılıncı qarnına keçirir, ikinci isə onu əzabdan qurtarmaq üçün dərhal başını kəsir. Adətən, ikinci rolu ən yaxın dost həyata keçirir. Samuray Beppy Sinsuke Sayqonun kəsilmiş başını qulluqçuya verərək yaxşıca gizlətməyi əmr etdi. Başsız bədənin aşkar edildiyini öyrənən general Yamaqata Aritimo Sayqonun başı üçün böyük mükafat vəd edir. Bir neçə gün ərzində bütün ordu nə qədər axtarsa da, Sayqonun kəlləsini tapa bilmirlər. Sayqo tərəfdarları kumirlərinin xilas edildiyinə əmin oldular. Bütün siyasi baxışı olan yaponlar onun özünü şəxsi marağına görə deyil, öz prinsipləri üçün qurban verməsi və "Busido" kodeksinə qüsursuz riayət etməsiylə fəxr edirdilər.

Müasir amerika yazıçısı Helen David özünün Sayqo barədə romanını "Sonuncu samuray" adlandırmışdı. Boris Akunin Yaponiyada hakim olan kultu "Almaz araba" kitabında "səmimi insan" kimi təsvir etmişdi. 12 il sonra hökumət Sayqonun fəaliyyətini düzgün səhv elan edərək onu tamamilə reabilitasiya etdi. Yəqin ki, yalnız Yaponiyada mümkün ola biləcək maraqlı vəziyyət yaranmışdı: üsyançı eyni anda rəsmən həm qəhrəman, həm də vətənpərvər hesab edilirdi.

Bu hadisə, qəribə şəkildə, ümumiyyətlə, Sayqonun kim olduğunu bəlkə də bilməyən II Nikolaya da toxunmuşdu.

1891-ci ildə, taxt-tacın 23 yaşlı varisi tanışlıq məqsədilə dünya səyahətinə çıxan zaman Yaponiyanın Otsu şəhərində səbəbsiz yerə polisdə işləyən keçmiş samuray Tsuda Sandzo tərəfindən başından qılınc zərbəsi almışdı. Ehtimallara görə, emosional mühafizəkar bu yolla xaricilərə öz münasibətini bildirib. Bu doğrudur, amma daha bir səbəb vardı. Sayqo pərəstişkarları inanırdılar ki, o, ölkədən kənarda əlverişli məqamı gözləyərək gizlin yaşayır. Onun gizləndiyi yer kimi nədənsə tez-tez Rusiyanın adı hallanırdı.

Şahzadənin səfəri məlum olanda Tsuda Sandzo onun Sayqonu gətirəcəyini düşünürdü, lakin öz kumirini görməyəndə acığını bu yolla çıxdı.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM