Bu gün paytaxt Astana şəhərində Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan-Qazaxıstan diplomatik münasibətlərinin 25 illiyi ilə bağlı rəsmi qəbul təşkil olunub.
Qəbulda Azərbaycanın nümayəndə heyəti, Qazaxıstanın dövlət və hökumət rəsmiləri, tanınmış ictimai-siyasi xadimlər, diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov tədbiri açaraq qardaş ölkələrimizin münasibətlərinin çox yüksək səviyyədə olduğunu və strateji xarakter daşıdığını qeyd etdi.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov rəsmi qəbulda çıxış etdi.
Tədbir iştirakçılarını salamlayan Əli Həsənov dedi ki, əsrin dörddəbiri tarix baxımından böyük müddət deyil, lakin iyirmi ildən bir qədər çox bundan əvvəl öz müstəqilliyini bəyan etmiş ölkələr üçün bu dövr bütöv bir epoxadır. Ötən 25 il ərzində biz çoxəsrlik dostluq ənənələrini nəinki qoruyub saxlamağa, həm də genişləndirməyə, Azərbaycan-Qazaxıstan münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə çatdırmağa nail olmuşuq. Bu işdə həm ümummilli lider Heydər Əliyev və millətin lideri Nursultan Nazarbayev, həm də Azərbaycanın indiki Prezidenti İlham Əliyev çox böyük rol oynayıblar.
Azərbaycan-Qazaxıstan ikitərəfli əlaqələrinin mükəmməl müqavilə-hüquq bazasının formalaşdığını vurğulayan Prezidentin köməkçisi bildirdi ki, ötən müddətdə 100-dən çox dövlətlərarası və hökumətlərarası sənəd, o cümlədən “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Bəyannamə” (1997), “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” (2004), “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” (2005), “Azərbaycan və Qazaxıstan prezidentlərinin Birgə Bəyannaməsi” (2017) və digər sənədlər imzalanıb. Bu sənədlər, həmçinin müntəzəm surətdə keçirilən yüksək səviyyəli ikitərəfli görüşlər, səmərəli parlamentlərarası əlaqələr ölkələrimizin müasir mərhələdə yüksək etibara və etimada əsaslanan tərəfdaşlığının dərinləşməsinə və genişlənməsinə xidmət edir.
Ölkələrimizin beynəlxalq və regional təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq etdiyini və bir-birini dəstəklədiyini diqqətə çatdıran Əli Həsənov vurğuladı ki, Qazaxıstan 2017-2018-ci illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərkən Azərbaycan ona səs verən ilk dövlətlərdən biri olub. Azərbaycan Astanada “EXPO-2017” beynəlxalq ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü də dəstəkləyənlərin birincilərindən olub.
Qazaxıstanın da eyni qayda ilə Azərbaycanı beynəlxalq tədbirlərdə və qurumlarda dəstəklədiyini bildirən Prezidentin köməkçisi dedi: “Biz Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi ilə nəticələnmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyini daim dəstəklədiyinə görə qardaş Qazaxıstanın rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk”.
Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələrin yüksək səviyyəsinin ticari-iqtisadi əməkdaşlığa da müsbət təsir göstərdiyini söyləyən Əli Həsənov qeyd etdi ki, Bakının yaxınlığında Beynəlxalq Dəniz Ticarəti Limanının yaradılması, bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, həmçinin Aktau limanının yenidən qurulması və yeni Kurik limanının açılması ölkələrimiz arasında əmtəə dövriyyəsini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. Əlamətdar haldır ki, ölkələrimiz arasında iqtisadi əlaqələr təkcə ticarətlə məhdudlaşmır. Azərbaycanlı sərmayədarlar Qazaxıstan bazarına maraq göstərir və bu ölkənin iqtisadiyyatına fəal sərmayə yatırırlar. Azərbaycanda da Qazaxıstan şirkətləri uğurla fəaliyyət göstərir. Sərmayə qoyuluşlarının ümumi həcmi 200 milyon dollara yaxındır.
Prezidentin köməkçisi humanitar əlaqələrin də ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını xatırladıb, Azərbaycanın Qazaxıstan ilə bu istiqamətdə əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyini, Bakı Dövlət Universitetində qazax dili, tarixi və mədəniyyəti Mərkəzinin fəaliyyət göstərdiyini, Qazax xanlığının yaradılmasının 550 illiyinə həsr edilmiş nüfuzlu beynəlxalq konfransın Bakıda keçirildiyini, paytaxt Bakının küçələrindən birinə böyük Abay Kunanbayevin adının verildiyini və onun barelyefinin açıldığını, qardaş xalqlarımızın tanınmış şəxsiyyətlərinin və yazıçılarının əsərlərinin hər iki dilə tərcümə edildiyini bildirərək dedi: “Bu gün biz Astanada “Nursultan Nazarbayev. Həyat yolu” kitabının təqdimatını keçirdik. Müəllifi Mahmud Kasımbekov olan bu kitab Azərbaycan dilinə tərcümə edilib. Bu il Heydər Əliyev Fondu Qazaxıstanın birinci Prezidenti – Millətin Lideri Fondu ilə əməkdaşlıq haqqında memorandum imzalayıb. Həmçinin Bakı Dövlət Universiteti və Əl-Fərabi adına Qazaxıstan Milli Universiteti arasında da memorandum imzalanıb. Ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Prezident Nursultan Nazarbayev Azərbaycanın ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilib”.
Çıxışının sonunda Azərbaycan ilə Qazaxıstan arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyi münasibətilə bir daha təbriklərini çatdıran Əli Həsənov vurğuladı: “Qarşılıqlı münasibətlərin müasir vəziyyətini və perspektivlərini qiymətləndirərək inamla demək olar ki, dövlətlərimiz arasında əlaqələr daha da genişlənəcək və möhkəmlənəcək”.
x x x
Qazaxıstanın energetika nazirinin birinci müavini Maxambet Dosmuxambetov qeyd etdi ki, ölkələrimizi həmişə səmimi dostluq, qardaşlıq və əməkdaşlıq münasibətləri birləşdirib. Azərbaycan ilə Qazaxıstan xarici siyasət məsələlərində də daim bir-birini dəstəkləyir.
Müstəqilliyimizin bərpasından sonra Qazaxıstan ilə Azərbaycan arasında həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə mükəmməl müqavilə-hüquq bazası formalaşdırıldığını vurğulayan Maxambet Dosmuxambetov ölkələrimizin iştirakçısı olduğu enerji, nəqliyyat və informasiya-kommunikasiya texnologiyaları layihələrinin əhəmiyyətindən danışdı.
Qazaxıstan ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın olduğunu deyən energetika nazirinin birinci müavini bu potensialın reallaşdırılması üçün birgə səylərin vacibliyindən söhbət açdı. “Bizi ümumi tarixi köklər və mədəniyyətlə yanaşı, mehriban qonşuluq və dostluq əlaqələrinin inkişafına yönəlmiş yorulmaz iradə və əzmkarlıq birləşdirir”, - deyə Maxambet Dosmuxambetov əlavə etdi.
Tədbir çərçivəsində Qazaxıstan-Azərbaycan diplomatik münasibətlərinin 25 illiyi münasibətilə qazax dilində nəşr olunmuş “İRS-MYRA” jurnalının təqdimatı keçirildi.
Jurnalın baş redaktoru Musa Mərcanlı “İRS”in müxtəlif dillərdə nəşr olunduğunu diqqətə çatdırdı və bu nəşrin məhz qazax dilində çıxmasının təsadüfi olmadığını bildirdi. O əlavə etdi ki, “İRS” jurnalında Azərbaycan və Qazaxıstan arasında bütün sahələrdə əməkdaşlığı özündə əks etdirən mövzulara müraciət olunub. Jurnalda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın muğam haqqında geniş məqaləsi dərc edilib.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali ötən 25 il ərzində Qazaxıstan-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini diqqətə çatdırdı, ölkəmizin nümayəndə heyətinə təşəkkürünü bildirdi.
Sonda Azərbaycan nümayəndə heyətinin üzvlərinə “Qazaxıstanın müstəqilliyinin 25 illiyi” yubiley medalı təqdim olundu.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM