Kərkükdən Türkiyənin Ceyhan limanına yeni neft kəməri çəkiləcək. Kərkük neftinin dünya bazarına çıxarılması üçün yeni kəmərin tikintisi məqsədilə İraq hökuməti lazımi işlərə başlayıb.
Bu barədə məlumat verən İraqın Neft Nazirliyinin rəsmi nümayəndəsi Asim Cihad bildirib ki, tikiləcək kəmərlə gündəlik 400 min barrel neft ixrac ediləcək.
Azərbaycan neftinin də Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan limanından dünya bazarlarına çıxarılmasını nəzərə alsaq İraq hökumətinin yeni kəmər çəkmək istəyi maraq doğurmaya bilməz.
Beynəlxalq terrorçuluqla aparılan mübarizədə təkcə Kərkükün deyil, bütün İraqın infrastrukturunun dağılması sözügedən kəmərin çəkilişini mümkünsüz edib. Lakin cari ilin sentyabrından başlayaraq İranın köməyi ilə İraq ordusunun inamlı qələbələri Kərkükün terrorçulardan təmizlənməsi ilə nəticələnib.
Qeyd etmək lazımdır ki, Kərkük-Ceyhan neft kəmərinin çəkilişi üçün bu bölgənin terrorçulardan azad edilməsi yetərli deyil. Bunun üçün maliyyə dəstəyi, beynəlxalq maliyyə qurumlarının kreditləri və sərmayə lazımdır. İraqın rəsmi şəkildə kəmər çəkmək niyyətini açıqlaması heç də təsadüfi deyil.
Avropanın enerjiyə olan tələbatı ildən-ilə artmaqdadır. Odur ki, müxtəlif yollarla enerji idxalını şaxələndirmək istəyən Avropanın İraqa dəstək olması özünü aydın şəkildə göstərir. Avropadakı müttəfiqlərinin enerji tələbatının ödənilməsinə çalışan ABŞ vaxtı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərini də dəstəkləyib. Rəsmi Vaşinqton bölgədə hələ də hökm sürən gərginliyə baxmayaraq, İraq hökumətinin irəli sürdüyü təklifi dəstəkləyərək kredit şəklində maliyyə yardımı da edəcək. Donald Trampın rəhbərlik etdiyi yeni administrasiya gəlirli biznes layihələrinə tərəfdar olduğunu dəfələrlə vurğulayıb. ABŞ-ın dövlət katibi Reks Tillerson cari ilin əvvəlində bölgəyə səfəri zamanı İraq neftinin dünya bazarlarına çıxarılmasında rəsmi Vaşinqtonun maraqlı olduğunu bəyan edib.
Hazırda Türkiyə ilə Avropa dövlətləri arasında siyasi münasibətlərin gərginliyi də buna maneə ola bilməz. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ötən həftə İtaliyaya səfəri zamanı bəyan edib ki, rəsmi Ankara NATO ilə əlaqələri kəsmək niyyətində deyil və Avropa ilə əməkdaşlıq əlaqələrini davam etdirəcək. Türkiyə isə Kərkük-Ceyhan neft kəmərindən tranzit gəlirlə yanaşı, siyasi zəmanət də qazanacaq. Yəni, Avropa enerji təhlükəsizliyini təmin etmək baxımından Türkiyədəki separatizm hərəkatlarının yatırılmasına yardım göstərəcək.
Azərbaycana gəlincə, ilk baxışdan elə təəssürat yaranır ki, bu kəmər çəkildikdən sonra Bakı-Tbilisi-Ceyhan neft kəmərinə alternativ olacaq. Lakin İraq neftini Aralıq dənizi sahilinə çıxarmaqla təkcə Avropaya deyil, tankerlərlə Hindistana, Çinə və başqa ölkələrə də sata bilər. Digər tərəfdən, bir sıra geosiyasi səbəblərdən Avropa enerji idxalını mütləq şaxələndirəcək. Eyni zamanda, Portuqaliyadan Ukraynaya, Finlandiyadan Yunanıstana qədər planetimizin üçdəbir hissəsini əhatə edən Avropa qitəsi olduqca böyük bazardır. Bu qitədəki hər bir dövlət potensial enerji istehlakçısıdır.
Beləliklə, Türkiyə Rusiyadan “mavi axın” qaz, İraqdan Kərkük-Ceyhan, Azərbaycandan isə Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin keçəcəyi məntəqəyə çevirəcək. Heç şübhəsiz ki, Avropanın enerji damarlarının Türkiyədən keçməsi rəsmi Ankaranın iqtisadi və siyasi qüvvəsinin daha da artmasına səbəb olacaq. Türkiyə isə Azərbaycanın ən yaxın müttəfiqidir. İstər qlobal, istərsə də regional məsələlərdə daim Azərbaycan ilə birgə addım atan Türkiyənin güclənməsi ölkəmiz üçün çox vacibdır. Kərkük-Ceyhan kəmərinin çəkilişi də Türkiyəyə əlavə dividentlər gətirəcək.
Bütün bunlarla yanaşı, yeni kəmərin tikintisi bölgədəki gərginliyin aradan qaldırılmasında mühüm rol oynayacaq. Azərbaycan da bu bölgəyə yaxın coğrafiyada yerləşən bir dövlətdir və Türkiyə ilə bərabər İran və İraqda da sabitliyin və inkişafın olmasında maraqlıdır.
Rabil Kətanov
Strategiya.az
KOBİA və Qlobal Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlıq genişlənir
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM