Vətəndaş cəmiyyəti, təhsil müəssisələri və ailə üçbucağı üçün daha bir vəzifə

11:19 / 29.11.2017

 

 

 

            Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) İnsan Hüquqları XXI əsr-Azərbaycan Fondu ilə birgə həyata keçirdiyi "Uşaqlara siqaret satmaq qadağandır!" ümumrespublika kampaniyasının II mərhələsi çərçivəsində çərçivəsində  Şamaxı, Xaçmaz, Salyan və Yevlax rayonlarında “Yetkinlik yaşına çatmayanların tütün məmulatlarına çatımlılığı: problemlər və həlli yolları” mövzusunda Dəyirmi Masalar keçirilib. Dəyirmi Masalarda layihə çərçivəsində həyata keçirilmiş sosioloji tədqiqatın nəticələrinin təqdimatı edilmiş, habelə, ölkəmizdə yetkinlik yaşına çatmayanlara siqaret satışına olan məhdudiyyətlərin vəziyyəti, qadağalara nəzarət mexanizmləri, bu sahədə birgə fəaliyyət, QHT, biznes qurumları və dövlət əməkdaşlığı perspektivləri müzakirə edilib.

            Qeyd olunduğu kimi, layihə çərçivəsində tütün məmulatlarının ticarətdə dövriyyəsinin qanunauyğunluğunu müəyyən etmək məqsədilə Bakı şəhərində siqaret satılan ticarət obyektlərinin monitorinqi və satıcılarının rəy sorğuları həyata keçirilib. Sorğu 2017-ci ilin mart ayının 9-dan 11-dək Bakı şəhərinin Nizami, Xətai, Səbail, Yasamal, Binəqədi, Nəsimi rayonları ərazisində yerləşən ticarət obyektlərində «Face to face» metodologiyası ilə keçirilmiş sorğunun anonimliyi təmin olunub. Sorğu anketləri peşəkar sosioloqlar tərəfindən tərtib olunmuşdur. Tədqiqatın məqsədinin gənc nəslin ziyanlı vərdişdən çəkindirilməsi olduğunu nəzərə alaraq məktəblərin yaxınlığında yerləşən 150 ticarət obyektinin vizual monitorinqi və satıcılarının rəy sorğusu aparılib.

            Bunların 17,2%-i – market (bundan sonra “M”), 82,8%-i isı köşklər (bundan sonra “K”)  olub. Tütün məhsulları bütün obyektlərdə ən çox satılan məhsul kimi qeyd edilib. Belə ki, köşklərdə ən çox satılan məhsul kimi rəyi soruşulanların 91,7 %-i bunu qeyd ediblər. Marketlərdə siqaretə tələbat ərzaq məhsulları və içkilərdən sonra 3-cü yerdədir (80,1%).

            “Tütün məmulatı haqqında AR qanunu”-nda “Tütünün və tütün məmulatının ticarəti”nə dair maddə 15-in 15.3.6 bəndində “18 yaşına çatmamış şəxslərə” satışının qadağan olmasını nəzərə alaraq siqaretlərin yeniyetmələrə satışına dair suallar da verilib. Monitorinq nəticəsində  müəyyən olunub ki, ticarət obyektlərinin 82,8%-də 18 yaşa çatmayanlara siqaret satışının qadağan olunmasına dair elan yoxdur. Yeniyetmələrə siqaretin satışı ilə bağlı qadağa haqda yalnız 3,4% satıcının xəbəri olmasa da 6,9% satıcı ədədlə satışın mümkün olduğunu vurğulayıb (M-20%, k-4,2%). Yeniyetmələrin siqaret üçün müraciət etmələri qeyd olunmuşdur (tez-tez: ümumi – 51,7%, M-59,3,0%, K-40,7%; hərdənbir: Ü-44,8%, M-40,7%, K-40,2%). Yalnız 4,2% köşk satıcısı belə müraciətlərin olmamasını deyib. Yeniyetnə siqaret üçün müraciət etdikdə satıcılar obnların 18 yaşa çatmalarını gözəyarı müəyyən edir (96,6%). Bu məqamda siqaretin 18 yaşa çatmamışlara qadağan olduğunu artıq intervüerdən bilən satıcıların hamısı (100%!) yeniyetmələrə qəti siqaret satmadıqlarını deyib.

            “Tütün məmulatı haqqında AR qanunu”-nda “Tütünün və tütün məmulatının ticarəti”nə dair maddə 15-in 15.3.8 bəndində “siqaret, papiros və siqarillalar ədədlə” satışının qadağan olması da monitorinqin obyekti olub. Monitorinqlə əhatə olunan bütün obyektlərdə siqaretin ədədlə satılması müəyyən edilib. Belə ki, 51,7% mağazada (M-39,1%, K-54,2%) açılmış paçkalar açıq şəkildə qiymətlər göstərilməklə rəfdə qoyulub, 31,0% mağazada (M-60,9%, K-25,0%) açılmış paçkalar açıq şəkildə qiymətlər göstərilməklə vitrində qoyulub, 13,8% mağazada (M-0,0%, K-16,7%) açılmış paçkalar açıq şəkildə vitrində qoyulub, lakin qiymətlər göstərilməyib. 3,5% mağazada (M-0,0%, K-4,1%) açıq siqaret qutuları görünmür, lakin ədədlə siqareti almaq olar.

            Siqareti ədədlə satırsınızmı? Sualına 96,6% satıcı (M-100,0%, K-95,8%) “Bəli” cavabını veriblər. Qanunla bunun qadağan olduğu barədə 96,4% satıcı məlumatlı olmadığını deyib. Onlar ədədlə satışı tələbatla (ümumi-48,3%, M-80,4%, K-41,7%), gəlir baxımından daha sərfəli olduğunu (ümumi-34,5%, M-19,6%, K-37,5%), alıcının təkid etdiyinə görə (ümumi-10,3%, M-0,0%, K-12,5%) və alıcının siqareti tərgitmək məqsədilə bunu aldığını (ümumi-6,9%, M-0,0%, K-8,3%) izah ediblər. Siqaretin rəflərə və ya vitrinə yığılmasının özünün reklam olduğunu və tütün məmulatlarının reklamına ciddi məhdudiyyətlərin qoyulmasını nəzərə alsaq məktəblərin yaxınlığında yerləşən ticarət obyektlərinin yeniyetmələrin zərərli vərdişə yiyələnməsinə zəmin yaratması danılmazdır.

            Siqaret satışına nəzarətin keçirilməsinə dair müəyyən olunub ki,1-3 ay arası müxtəlif qurumlar tərəfindən nəzarət aparılır. Rəyi soruşulanlar Vergi orqanları,  Ticarət və Xidmət Departamenti (ümumi-29,2%, M-24,7%, K-30,2%), Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (ümumi-12,3%, M-16,7%, K-11,3%), İcra Hakimiyyəti (ümumi-9,2%, M-8,3%, K-1,9%) və digər rəsmi qurumların adlarını çəkib. Sonuncu yoxlamanın keçən ay müddətində keçirildiyini (ümumi-75,9%, M-60,0%, K-79,2%), deyən respondentlər nəzarəti keçirən qurumlar sırasında ən çox  Ticarət və Xidmət Departamenti və Vergi orqanlarının adlarını çəkiblər.

            Diqqəti çəkən odur ki, tez-tez yoxlamalara gələn rəsmi qurumlar qanunvericilik pozuntuları və onlara görə cərimələrə dair heç bir məlumatlandırma işi aparmırlar. Belə ki, nə sorğu zamanı respondentlərdə nə 18 yaşadək olanlara siqaretin satışına görə cərimələrin məbləği, nə də ədədlə siqaret satışına dair məlumatlı olan aşkarlanmadı, nə də II mərhələdə 4 regionda keçirilmiş dəyirmi masalarda iştirak edən aidiyyatı icra və hüquq mühafizə orqanları da belə məlumatlara sahib olmadılar.

            Qeyd etmək lazımdır ki, 4 noyabrda Şamaxıda, 10 noyabrda Xaçmazda, 17 noyabrda Salyanda, 24 noyabrda Yevlaxda keçirilmiş bütün dəyirmi masalar həm rayon ictimaiyyəti, həm də aidiyyatı qurumlar tərəfindən yüksək dəyərləndirilib. Dəyirmi masalarda xüsusi ilə qeyd olunan problemlə bağlı fəaliyyət göstərən məsul qurumların əməkdaşları hesabat tipli məruzələr etmiş, problemin doğurdan da narahatverici olduğunu qeyd ediblər. Xüsusi ilə siqaret çəkərkən müəyyən edilmiş yeniyetmələr siqareti hardan əldə etdiklərini hər vəchlə gizlətməyə çalışdıqları üçün, aidiyyatı dövlət qurumlarına inzibati xətalar məcəlləsinin 455.2 maddəsinin tətbiqi üçün istəmədən belə olsa mane olmuş olurlar. Dəyirmi Masalarda iştirak edən rayon mərkəzi xəstəxanalarının həkim-narkoloqları tütün məmulatlarının insan orqanizminə verdiyi zərərlər barədə geniş məlumat vermiş, tədbirlərdə iştirak edən yeniyetmələrin suallarını cavablandıriblar.

            Bütün bunlarla yanaşı tədbirlərdə qeyd olundu ki, vətəndaş cəmiyyəti, təhsil müəssisələri və ailə üçbucağının bu problemin həlli istiqamətində rolu danılmazdır və daha da əlverişli mühitin formalaşmasında birgə fəaliyyət ciddi müsbət nəticələr verə bilər.

            Qeyd etmək istərdik ki, "Uşaqlara siqaret satmaq qadağandır!" ümumrespublika kampaniyasının III mərhələsinin icrasına 2018-ci ilin əvvəllərində başlanması planlaşdırılır və bu mərhələdə daha geniş spektrli maarifləndirmə tədbirləri nəzərdə tutulur.    

            

Şahin Camalov

XXI əsr-Azərbaycan Fondunun prezidenti,

Fondun Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası ilə birgə keçirilmiş "Uşaqlara siqaret satmaq qadağandır!" ümumrespublika kampaniyasının əlaqələndiricisi


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM