PA rəsmisi: Azərbaycan islam sivilizasiyasının formalaşmasına töhfə verən dövlətdir

13:10 / 30.11.2017

Azərbaycan islam sivilizasiyasının formalaşmasına töhfə verən dövlətdir.

Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov Bakıda keçirilən "İslam Həmrəyliyinin güclənməsində medianın rolu" konfransında çıxışında deyib.

"İslam Həmrəyliyinin Azərbaycan nümunəsi" məruzəsi ilə çıxış edən B.Həsənov bildirib ki, Azərbaycan özünün zəngin tarixinə və maddi mənəvi irsinə görə Misirdən geri qalmır: "Ona görə də istər çoxtərəfli, istərsə də ikitərəfli formatda Azərbaycan və Misirin arasında əməkdaşlığın qurulması, xüsusilə media qurumları arasında sıx münasibətlərin qurulması olduqca vacibdir. Misirin media nümayəndələrinin Azərbaycana bu səfəri ölkələr arasında münasibətlərin, ən azından media səviyyəsindəki münasibətlərin başlanğıcı olacaq".

B.Həsənov əlavə edib ki, Azərbaycanda hələ 743-cü ildə tikilən məscidlər ilkin islam abidələri kimi yaradılıb: "Onlar Azərbaycan dövləti və xalqı tərəfindən qorunub mühafizə olunaraq bu günümüzə gəlib çıxıb".

B.Həsənov qeyd edib ki, Azərbaycanda tarix boyu məzhəblər, dinlərarası həmrəylik olub: "Azərbaycan islam həmrəyliyinin nümunəvi modelini yaradıb. Bu model islam dünyasında diqqətlə öyrənilməli və tətbiq edilməlidir. Azərbaycanda fərqli məzhəblərin nümayəndələrinin eyni məsciddə ibadət etməsi dünyada buna qarşı çıxanlara ən yaxşı cavabdır. Bildiyiniz kimi, bu il ölkəmizdə İslam Həmrəyliyi İli elan edilib. Bu, dünyada islam həmrəyliyinin artmasına töhfə verilməsi xarakteri daşıyır. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə bildirib ki, islam sülh, mərhəmət dinidir. İslamı başqa dairələr terror kimi qələmə verməyə çalışırlar. İslam dini terrorla eyniləşdirilməməlidir. Azərbaycan da terrordan əziyyət çəkən ölkələrdəndir. Terrordan əziyyət çəkən ölkə kimi Azərbaycan buna qarşı sərt mübarizə aparılmasının tərəfdarıdır. Azərbaycanın İƏT çərçivəsində bütün islam ölkələri ilə əlaqələri var. Lakin bəzi islam ölkələri ilə təcavüzkar Ermənistanın əməkdaşlıq, dostluq etməyə cəhd etməsi islam meyarlarına ziddir".

PA rəsmisi bildirib ki, Azərbaycan mediası islam dövlətlərinin media qurumları ilə sıx əməkdaşlıq etməlidirlər: "Bu məqsədlə də İƏT-ə üzv olan Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaradılması təklifi irəli sürülüb".

B.Həsənov onu da əlavə edib ki, Azərbaycan Respublikası islam həmrəyliyini dövlət siyasətinin prioriteti hesab edir və bu istiqamətində önəmli addımlar atır.

Onun sözlərinə görə, Azərbaycan təkcə ölkə daxilində deyil, xaricdə də bu dəyərlərin düzgün təbliğ olunmasına çalışır.

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Guney bildirib ki, 2017-ci ilin İslam həmrəyliyi ili elan olunması münasibəti ilə ölkədə müxtəlif tədbirlər keçirilib. Bu tədbirlərdən ən böyüyü IV Islam Həmrəyliyi Oyunları olub.

F.Guney hesab edir ki, Azərbaycanda İslam Həmrəyliyi ilinin elan olunması islam dünyası üçün çox əhəmiyyətlidir: "Məlumdur ki, islam dünyasında tarix boyu təriqət ayrılığına görə münaqişələr olub. İslam dünyasına düşmən olanlar isə bundan məharətlə istifadə ediblər və bu gün də istifadə edirlər. Bəzi qüvvələr islamın sülh dini olmasını qətiyyətlə təkzib edirlər. Bu baxımdan islam həmrəyliyi ilinin elan olunmasının xüsusi əhəmiyyəti var".

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev qeyd edib ki, rəhbəri olduğu fond çox böyük tədbirlərə ev sahibliyi edib: "İslam bizim hamımızı birləşdirən ümumi dəyərdir. Bizim bir-birimizin problemlərini öyrənmək üçün bu tədbirin keçirilməsini vacib sayıram. Güman edirəm ki, bu səfər iki ölkənin mediası arasında əlaqələrin inkişafına töhfə verəcək".

Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin nümayəndəsi Nicat Məmmədli də çıxışında ötən il ölkəmizdə multikulturalizm, bu il isə İslam Həmrəyliyi ilinin elan edildiyini xatırladıb: "Bəzən bu iki amilin necə bir araya gətirildiyini soruşurlar. Əslində, biz multikulturalizmdən sonra İslam həmrəyliyi ilinin elan edilməsini məntiqi nəticə kimi qiymətləndiririk. Burada əsas məqsəd dünyada olan ən yaxşı halları nümayiş etdirməkdir. Azərbaycan bu sahədə örnək ölkələrdəndir. Azərbaycan yeganə ölkələrdəndir ki, burada sünni və şiələr bir yerdə namaz qılırlar. Azərbaycanda heç vaxt sünni, şiə məscidləri ayrı olmayıb. Bizdə belə bölgü aparılmayıb".

N.Məmmədli qeyd edib ki, Azərbaycanda əhalinin 65 faizini şiələr, 30-35 faizini isə sünnilər təşkil edir.

Onun sözlərinə görə, ölkəmizdə hər iki məzhəbin nümayəndələri namazlarını bir yerdə qılırlar ki, bu da unikal hadisələrdən biridir.

Komitə rəsmisi hesab edir ki, bu məsələlərin dünya ictimaiyyətinə çatdırılmasında medianın rolu böyükdür.

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Şahin Abdullayev bildirib ki, bizim qarşımızda duran əsas məsələlərdən biri islam ölkələrinə qarşı yönələn bütün təsirlərə qarşı mübarizə aparmaqdır.

Ş.Abdullayev islam ölkələrinin bu sahədə bir-birinə yardım göstərməsini də vacib sayıb: "Bəzən belə fikir yaranır ki, əgər müsəlman ölkəsiyiksə, müsəlman dünyasında bütün qapılar bizə açıq olmalıdır. İslam amili çox güclü faktordur".

Ş.Abdullayev bildirib ki, informasiya qıtlığına görə hansısa ölkələr Ermənistanı dəstəkləyə bilərlər: "Lakin Azərbaycan haqqında düzgün məlumatlar verildikdə ölkəmizə qarşı münasibətlər dəyişir".

Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim medianın gücündən istifadənin vacib olduğunu bildirib: "Media bəzən 4-cü hakimiyyət sayılır. Bu gücdən istifadə olunur, ictimai fikrin formalaşmasında onların rolu böyükdür. İslam ölkələrində müəyyən problemlər var. Bura Dağlıq Qarabağ, Fələstin və digərləri daxildir. Bu baxımdan belə toplantıların keçirilməsi çox əhəmiyyətlidir".

Səfir əlavə edib ki, hazırda dünyada islamafobiya hallarının artdığı müşahidə olunur: "Bu hallar bəzən xaricdən, bəzən də daxildən dəstəklənir. İslam mədəniyyəti özündən qabaqkı mədəniyyətlərin qoruyucusu olub. Daha sonra həmin mədəniyyəti daha da zənginləşdirərək islam dünyasına təqdim edib. İslamın terrorla əlaqəli olması kimi cəhdlərin edildiyini görürük. Lakin islam terror ölkələrində yaranmayıb. Media dürüst informasiya verməli, düzgün fikrin yaranmasına yardım etməlidir. Azərbaycanın Dağlıq Qarabağ problemi var. Lakin onunla bağlı məlumatların daha geniş şəkildə yayılmasına ehtiyac var".

Qeyd edək ki, konfrans Azərbaycanda İslam Həmrəyliyi ili münasibətilə İslam Əməldaşlıq Təşkilatına (İƏT) üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə Prezident Administrasiyasının əməkdaşı, deputatlar, Azərbaycan və Misirin aparıcı media qurumlarının nümayəndələri, səfirlər və digərləri iştirak ediblər.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM