Hayal Estetika və Məsləhətçilik” və “Bioderm” Məhdud Məsuliyyətli Cəmiyyətləri - Həbs edilənlər var

17:40 / 30.11.2017

Qanunsuz əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin əməlləri ifşa edilib.

Baş Prokurorluqdan  verilən məlumata görə, əhalinin sosial rifahının yaxşılaşdırılması, sağlamlığının qorunması, hər bir vətəndaşın fiziki və ruhi sağlamlığının mühafizəsi və tibbi yardımla təminatına yönəldilmiş tibbi-sosial xarakterli islahatlar və dövlət proqramlarının uğurlu icrası bu sahənin ölkədə prioritet məsələlər sırasına qaldırılmasının bariz nümunəsidir.

Bununla belə, son zamanlar bir sıra həkim-kosmetoloqlar tərəfindən istifadə zamanı insan sağlamlığına bərpaolunmaz zərər vurmaqla əhali arasında geniş narazılığa səbəb olan saxta, mənşəyi məlum olmayan, kustar üsulla hazırlanmış, habelə dövlət qeydiyyatından keçməyən məişətdə “botoks” kimi tanınan dərman vasitələrinin və kosmetik pereparatların istehsalı, satışı və idxalı barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri ilə “Hayal Estetika və Məsləhətçilik” və “Bioderm” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin ofisləri və anbar kimi istifadə olunan saxlanc yerləri müəyyən edilərək onlara baxış keçirilərkən, bu növ qanun pozuntularını törədən mütəşəkkil dəstələrin əməlləri ifşa olunub.

Belə ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Saqiyev Akif Fərzulla oğlunun təsisçisi olduğu və faktiki rəhbərlik etdiyi Bakı şəhəri, Füzuli küçəsi, 49 saylı ünvanda yerləşən “SKS Plaza”nın “Hayal Estetika və Məsləhətçilik” MMC-yə məxsus ofisində mənşəyi məlum olmayan 113 ədəd həb preparatları, “Miotox-100 unit” və “Miotox-50 unit” dərman həblərinin etiketləri, 44 ədəd “Biopolimero 350cp” tamlığı pozulmamış ampulalar, 13.337 manat, 2.355 ABŞ dolları, 127 avro məbləğində nağd pul vəsaiti, həmin MMC-də menecer vəzifəsində işləyən Süleymanova Gülnarə Təhməz qızının idarə etdiyi “Hyundai Accent” markalı, 90 EA 988 dövlət qeydiyyat nişanlı avtomobildə preparatların aşağı temperaturda saxlanması üçün içərisinə xüsusi olaraq buz paketləri qoyulmuş çantadan müvafiq olaraq 1 ədəd 50 mq və 6 ədəd 100 mq olan qutularda “MİATOX Botulium Toxin Tape A” preparatları, eləcə də avtomobilin salon və yük hissəsindən daha 25 adda 102 sayda dərman preparatları aşkar edilərək götürülüb.

Həmçinin, Rzayeva İrina Vladimirovnanın təsisçisi olduğu “Bioderm” MMC-nin dərman preparatlarının qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat yoxlanılarkən cəmiyyətə faktiki rəhbərlik edən Məhərrəmli Aqil Oruc oğlunun kuryer xidmətlərindən istifadə etdiyi Əhmədov İlham İmran oğlu vasitəsi ilə dövlət qeydiyyatından keçməyən və ümumi dəyəri 2080 manat təşkil edən 13 ədəd “Zentox” dərman preparatını Nərimanov rayonu, A.Nemətulla küçəsi, 90C ünvanında Mirzəyev Emin Abbas oğluna satarkən yaxalanmışdır. Həmin şirkətə məxsus A.Nemətulla küçəsi, 20 saylı ünvanda yerləşən ofisə baxış keçirilərkən soyuducuda dövlət qeydiyyatından keçməyən daha 1 (ədəd) “Zentox” dərman preparatı, habelə ofisin otağında isə iş üzrə əhəmiyyət kəsb edən sənədlər aşkar olunaraq götürülüb.

Qeyd edilən faktlarla “Hayal Estetika və Məsləhətçilik” MMC-nin rəhbəri Akif Saqiyevin və “Bioderm” MMC-nin faktiki direktoru Aqil Məhərrəmlinin dərman vasitələrinin külli miqdarda qanunsuz dövriyyəsi ilə məşğul olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə şübhələr üçün əsaslar yarandığından onlara Cinayət Məcəlləsinin 200-1.2.3 (qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə mühüm zərər vurduqda) maddələri ilə ittiham elan olunmuş, məhkəmənin qərarları ilə A.Saqiyev barəsində həbs, A.Məhərrəmli barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

Cinayət işləri üzrə hərtərəfli, obyektiv və tam istintaq aparılmasının təmin edilməsi üçün həmin şirkətlərin ofislərindən götürülmüş müxtəlif növ dərman preparatlarının standartlara uyğun olub-olmaması, normativ texniki sənədlərin tələblərinə cavab verib-verməməsini, mənşəyi məlum olmayan dərman vasitələri olub-olmamasını, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin saxlanıb-saxlanmamasının aydınlaşdırılması və qeyd olunan dərman vasitələrinin əldə edilmə mənbəyinin, satışın həyata keçirildiyi dairənin müəyyən edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri keçirilməsi təmin edilməklə, bu növ qanunazidd əməllərə məruz qalmış vətəndaşlardan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə müraciət etmələri xahiş olunur.

Hazırda sadalanan faktlarla bağlı başlanmış cinayət işləri üzrə təqsirkar şəxslərin dairəsinin tam müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM