SİLAHLA QURULAN YENİ İSLAM DÖVLƏTİ

11:00 / 13.06.2014

İraqın təslim edən yeni şəhərlərini gördükcə ruhun təcəllası haqqında müsəlmanların qəti dini inancına şübhə edə bilmirsən.Səddamın asılması ilə onun diktaturasının köklərini birdəfəlik qazıb çıxardıqlarını düşünən və Yaxın Şərqə əbədi dinclik gətirdiklərini zənn edən batılı dövlətlər ərəb dünyasının növbəti fəlakətlə üz-üzə qaldığını görəndə anladılar ki,keçmiş Amerika rəhbərləri nə üçün onların “tiran” alandırdıqlarını müttəfiqə çevirib birgə işbirliyində çalışmağı “inqilab qatarı” ilə hərəkət etməkdən üstün tuturdular.Bəli,”lənətlənmiş resurs və lənətlənmiş məkan” adlandırılan bu torpaqlar dünyanın hər yerindən gələn yüz minlərlə insanın hazır qazılmış qəbristanlığıdır.İraq özü boyda qardaşlıq məzarıdır.On illərdir ki,cəhənnəmə gedən yolun ünvanı buradır. Neçə ki,müsəlmanlar bir əllərində Quran,o birisində silah tutub başları üzərinə cihad bayrağını qaldıracaqlar, o zamana qədər qan,ölüm və müqəddəs savaş onların həyatından əskik olmayacaq.Bu əbədi müharibədir.Siz islamçıların elmi cihadını,maarifçilik hərəkatını və təfəkkür inqilabını yalnız azsaylı mütəfəkkirlərin qələm məhsullarında görəcəksiniz.Onları isə linç edib həyatdan vaxtsız köçürəcəklər.

“İŞİD”,yeni islami xəritəyə otuzdurulmuş radikal silahlı birliyin adıdır.Parlaq xarizmatik lideri olmadığından 10 ildən artıqdır ki,yalnız Əl-Qaidənin bir uzantısı kimi tanınıb.Hədəfi zaman-zaman dəyişdiyindən bu gün onun məramı,təşkilati quruluşu,milli tərkibi və himayəçisi haqqında bir-birinə zidd fikirlərin dövriyyəyə çıxmasına səbəb olub.Lakin bir faktdır ki,artıq İraq çöllərində son on ilin vəhşətindən yeni qüvvə doğulmaqdadır.

Amerikanın İraq xəyalları gerçəkləşə bilmədiyindən mütləq başqa bir despotizm bu xaos diktarurasından doğulmalı idi.Həbsxanalarda zülmə və işkəncəyə məruz qalanların,küçə və meydanlarda edam edilənlərin,zora və haqsızlığa məruz qalanların qidalandırdığı mühitdə sivil quruluş və demokratiya arzuları əsil tragikomediyanı xatırladırdı.İŞİD bu gün ona görə asanlıqla Bağdada doğru irəliləyir ki,evlərindən hətta yüzüncü dəfə didərgin düşən məzlumlar ona müqavimət göstərməyib də qəlblərində bir radikal terror təşkilatından nicat və xilaskarlıq gözləyirlər.Lakin əfsuslar olsun ki,hüquqla,elmlə,qeyri-hərbi texnika və texologyalarla deyil,yalnız kor və amansız intiqam hissilə silahlanmış kütlə qul Spartakın Pirr qələbəsindən özgə nəticəyə sahib ola bilməz.

İŞİD Suriyanın içində döyüşən yüzlərlə radikal birliyin əlindən aldığı Rakka vilayətini özünün İslam dövlətinin ana şəhəri elan edib.”İlahidən aldıqları güclə vuruşduqlarını” desələr də gah Əsəd ordusundan,gah da kürd yaraqlılarından ələ keçiridkləri silah sursat hesabına sıralarını genişləndiriblər.Hətta baş mərkəzləri olan Əl Qaidənin belə xəttində sapmaları gördüklərindən tamam ayrılaraq artıq yeni bir güc kimi Yaxın Şərqin coğrafi və siyasi xəritəsində yer almağa çalışırlar.
Mosulun ələ keçirilməsi xəbəri manşetlərdə Türkiyənin oradakı konsulluğunun bütün heyətinin əsir və ya girov alınması ilə müşaiyət olunduğundan bir çoxları az qala İŞİD-la Türkiyə silahlı qüvvələri arasında yeni müharibənin olacağını iddia etməyə başladı.Lakin İraq kürdləri isə başından bəri bu fikirdə olublar ki,bütün son hərbi quruluşlar onların İraq içərisindəki müstəqillik hərəkatını boğmağa və zəif İraq hökumətini çökdürməyə yönəlib.Hətta Suriyanın kürdlər yaşayan hissəsində bütövlükdə hakimiyyəti ələ alan Rojava devrimçi Şurasının tam qənaəti budur ki,Türkiyə PKK-nın ölkədən kənar uzantılarına qarşı mübarizəni məhz İŞİD kimi hörgütlərə dəstək verməklə aparır.

Belə çıxır ki,AKP hökuməti bir tərəfdən məlum açılım planları ilə daxili ekstermizmi və kürd millətçiliyini yumşaltmağa çalışır,digər tərəfdən isə sərhədlərdən kənarda ordu vasitəsilə deyil,terror qruplarının xidmətindən yararlanmaqla itkilərini minumuma endirmək xəttini yürüdür.Halbuki bu ittihamın kiçicik bir hissəsi doğru olsaydı,onun son dərəcə gərgin daxili siyasi münasibətlərdə olan Türkiyə müxalifəti ilə hakimiyyəti arasındakı qarşıdırmaya necə təsir edəcəyini təsəvvür etmək o qədər də çətin olmazdı.

Hələ ortada gerçək faktlar olmamış Türkiyə parlamentinin azərbaycanlı üzvü və ölkəmizin siyasi həyatında da ismi yaxşı tanış olan Sinan Oğan iqtıdarı Mosulda diplomatlarının qapısını açıb özlərini terrorçulara təhvil verməkdə qınadı.Razılaşın ki,əgər iqtidar Şimali Kürdüstanın təhlükəli planlarına qarşı siyasət işlədibsə,daxili qüvvələrin təpkisini bəri başdan gizli görüşlərlə önləməyin qayğısına da qalmalı idi.Bir sadəcə İmralıdan Öcalanın bəyanatlarını almaqla iş bitmir.İndi kürd ordusu nə qədər pərakəndə vəziyyətdə olsa da özlərinə Qüds qədər müqəddəs saydıqları Kərkükün uğrunda savaşa atılacaqlar.

Maliki hökumətinin Amerikadan və Britaniyadan istədiyi yardım sorğusuna rədd cavabı alması onun əleyhdarlarını daha da gücləndirəcək və bu illər ərzində qurulumuş bir milyonluq ordunun bir güllə atmadan təslim olması ilə hakimiyyət dəyişikliyi qaçılmaz olacaq.Bu isə nəinki təkcə sünni-şiə davasının,eləcə də Əfqanıstandan Qərb qoşunlarının çıxmasını gözləyən Taliban hakimiyyətinin Yaxın Şərqə çıxışını təmin edəcəkdir.Qərbin demokratik konsepsiyalarını aqibəti silahlı dini birləşmələrin və Yaşıl Bayraqlı hökumətlərin qurulmasına səbəb olanda Misirdə ordunu çevrilişə vadar edə bilərdilər,lakin İraqda bunları həyata keçirmək mümkünsüzdür.

Əgər İŞİD tez boğulacaq bir hərəkatdırsa,onda İran niyə belə qəti mövqe sərgilədi?Mühüm suallardan biri də budur.Axı kürdlər bəyan edirdlilər ki,Ruhani-Ərdoğan görüşünün pərdəarxası məhz belə Yaxın Şərq ssenarisinin hazırlanması üçün olub.Elə isə geoplitikada bu mürəkkəb matritsa tənliyin həlli hamının birləşib İŞİDi məhv etməsində,yoxsa onu vahid bir dövlətin sərəncamına verməsində olacaq?Bu suala silahlanan ərəb cəmiyyətlərinin özü cavab verəcək.

Ramazan ayına elə də çox qalmayıb.İraq,üstəgəl Şam,daha sonra yeni ərəb torpqalarından ibarət bir xəritələylə silahlanmış və İranın da bir hissəsini oraya qatmış İŞİDin üzübağlı,başıçalmalı inqilabının on bir ayın sultanlığına ən böyük töhfəsi bu olacaq.Üzündəki niqab məsumluğun nişanəsi və qadınlığın simvolu olmaqdan çoxdan çıxıb.İndi yeni “islam dövləti” qurduğunu bəyan edən işidli kişilərin də üzü hicaba bürünüb!

Milli Məclisin deputatı,
Zahid Oruc

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM