Bu gün Səməd Vurğunun yeganə qızı, “Şərəf nişanı” ordenli, Əməkdar Mədəniyyət işçisi, Səməd Vurğun fondunun prezidenti, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Fəxri professoru Aybəniz Vurğunqızının vəfatının beşinci ildönümüdür. Allah rəhmət eləsin.
Atamın tərcümeyi- halında yazırdılar kı, yoxsul bəy ailəsində anadan olub. Bəy yazmaq qorxulu idi. Ona görə yoxsulluğu qeyd olunurdu. Altı yaşında anasını, on altı yaşında isə atasını itirib. Nənəsinin himayəsində yaşayıb, o da tezliklə vəfat edib. Mehdixan amim və atam – iki qardaş bir-birinə kümək edə-edə həyatda mövqe qazanıblar.
Atam Bakıya gələndə Abdulla Şaiqin evinə tez-tez gedirmiş. Anamı orda görüb bəyənib. Sonra fikrini xalamın əri olan Abdulla Şaiqə bildirir, o da nənəmə deyir. Nənəm çox uzaqgörən qadın olub, qələm əhlinə hörmət edib, deyirmiş ki, mən nazirə-filana qız verə bilmərəm, amma oxuyan-yazan başqa məsələ. Qızını atama verməyə razı olur, düşünür ki, şairdir, həmişə bir parça çörəyi olacaq. Atamın da sonralar nənəmə çox böyük məhəbbəti olub, ona öz anası kimi münasibət bəsləyib.
İsfəndiyar adlı dayım var idi. Atam onun qayğısını həmişə çəkirdi. Müharibə illərində dayım zavodda işləyirdi. Bir dəfə yuxulu olub, tramvayda gələndə fəhlələrin maaşı olan çantasını oğurlayırlar. İş hərbi tribunalıq idi. Atam bu zaman “Fərhad və Şirin”ə görə “Stalin” mükafatı almışdı. əlli manat pul imiş. Atam fikirləşmədən bu mükafatı dayımı qurtarmaq üçün vermişdi. “Vaqif” əsərinə görə aldığı mükafatı isə müharibə zamanı “Qələbə”fonduna keçirmişdir.
Həddən ziyadə xeyirxah idi...Akademiklərdən Sara Aşurbəyovanın, Püstəxanım Əzizbəyovanın Elmlər Akademiyasına gəlmələri Səməd Vurğunla bağlıdır. Bundan əlavə dilçi alimlərdən Türkan Əfəndiyeva, Vaqif Aslanov, tarixçi Mahal Məmmədov, filosof Camal Mustafayev və onlarla başqalarının elmə gəlməsi Səməd Vurğunun təkidi ilə olub. Təqaüdü az olanlara pul göndərirdi, başqa yerə oxumağa gedənlərin ailəsinə kömək edirdi...
Bir dəfə atama şikayət gəldi ki, Gəncə ətrafında bir böyük çinar ağacını kəsirlər. Atam ora gedib bu işin qarşısını aldı. Ürək ağrısı ilə “Çinarın şikayəti” şeirini yazdı. Qazaxda “Hacı Mahmud Əfəndi” türbəsi var, onu da müharibə vaxtı dağıtmaq istəyirmişlər. Atam buna da imkan verməyib. O zaman dini türbəni saxlamaq insandan böyük hünər istəyirdi. Alimlərimiz yaxşı bilirlər ki, 1952-1953-cü illərdə Qobustan qayalarına buldozer salmışdılar, daş karxanası etmək istəyirdilər. Atam özüylə prokuroru götürüb ora gedir. O cür humanist insan əl atıb prokurorun tapançasını götürüb və buldozerçiyə deyib ki, bu saat düşməsən səni vuracam. Sən xalqın tarixini dağıdırsan. Sonralar da arxeoloqlarla ora gedirdi. Bir sözlə, Qobustanın qoruq kimi saxlanmasında əlindən gələni əsirgəmədi.
Səməd Vurğun bir ata kimi olduqca mehriban, qayğıkeş idi. Evdə də çox mülayim idi. Bizə xüsusi təzyiqlər etməzdi, səhvimiz olanda da çalışardı ki, özümüz başa düşək. Bizimlə yaxın dost kimi rəftar edirdi. Qəlbən çox cavan idi. Amma zahirən çox yaşlı görünürdü.
Xatirələrim əsasən onun xeyirxahlığı ilə bağlıdır. Qızı kimi böyük qürur hissi ilə bunu deyirəm. Bir gün məktəbdən gəlib atama dedim ki, sinfimizdə bir qızın böyük ehtiyacı var, məktəbi qurtaranda keçirdiyimiz tədbirə geyinib gəlməyə paltarı yoxdur. Atam fikrə getdi. Mənə dedi ki, sabah o qızla gəl, sizə bir cüt paltar alacam və ayaqqabı da tikdirəcəm. Dediyinə əməl etdi. Sonra yadıma gəlir ki, mən məktəbi bitirəndə böyük bir ziyafət təşkil etmişdi, elə bu oturduğumuz otaqda yığışmışdıq. Müəllimlərim, xeyli rəfiqələrim iştirak edirdi. Səhərisi ona dedim ki, bir rəfiqəm var, onun da anası qonaqlıq verir. Soruşdu ki, bəs atası kimdir? Dedim, müharibədə həlak olub. Səhərisi ziyafətdə oturmuşduq. Birdən həyətdən atamın səsi gəldi: “Ay ev yiyəsi, ay ev yiyəsi...” Dedim, atamdı. Gəldi oturdu, məni saymadı da, inanırsınız? Keçdi oturdu süfrənin başında. Necə qayğıyla gözəl tostlar dedi. Çıxanda dedim ki, ata, axı səni çağırmamışdılar, niyə gəldin? Dedi, qızım, böyüyəndə başa düşərsən. Onun atasızlığı atamı kövrəltmişdi.
Atamın hazırcavablığı, müdrikliyi ona ulu babalarından qalma bir irsdir. Bunlar xalqın dilində əzbər olub və kitab kimi də çap olunub. Bir xatirə yadıma düşür. Atam “Vaqif” dramının üzərində işlədiyi zaman dostları ona ova getməyi təkid edəndə o, belə cavab vermişdi: “Mən Vaqiflə Əli bəyi zindanda qoyub ova gedə bilmərəm”
O zamankı SSRİ məkanında onun böyük nüfuzu var idi. Ümumittifaq yazıçılarının ikinci qurultayında iyirmiillik sovet poeziyası haqqında çıxışı Səməd Vurğuna tapşırmışdılar. Bu o dövrdə bizim Yazıçılar İttifaqı üçün çox iftixaredici bir şey idi. Mən lojada oturmuşdum, həyatımda ən çox qürur duyduğum anları yaşayırdım. Atamdan da çox gözüm zalda idi. Fərəhlənirdim ki, atamı gör necə qarşılayırlar.Atamın sovet poeziyası qarşısında irəli sürdüyü qlobal fikirlər hamı tərəfindən bəyənilirdi. Axı atam şair olmaqdan başqa alim və ictimai xadim idi. Həyatının bu sahəsi vurğunşünaslıqda lazımınca öyrənilməyib. 1945-ci ildə Bakıda Elmlər Akademiyası yarananda ilk akademiklərdən biri olub. Həyatının son illərində isə akademiyanın vitse-prezidenti vəzifəsində çalışıb.
Atamı xatırlayanda düşünürəm ki, o, çox xoşbəxt sənətkar olmuşdur. Verdiyinin əvəzini görüb və öz sağlığında böyük xalq məhəbbəti qazanmışdır. Hara ayaq basırdısa orada bir canlanma əmələ gəlirdi. Bir dəfə bir məktəbin tikilməyinə, bir dəfə bir yolun çəkilməsinə və sair səbəb olardı. Bir dəfə paltosunu bir kasıb adama verirdi, bir dəfə saatını ...Anam deyəndəki , niyə belə edirsən? Deyirdi ki, Xavər , onun vəziyyəti çox ağırdır, elə onun duası bizə bəsdir. Ağsudan bir valideyn gəlmişdi Bakıya ki , yoldaş Səməd Vurğun , mənim oğlumu sizə görə riyaziyyat müəllimi sinifdə saxlayıb. Atam maraqlandı və oranın katibinə zəng etdi, uşağın işi düzəldi. Müəllim deyirmiş ki , Səməd Vurğunu bilməyən şagirddən nə yaxşı vətəndaş , nə yaxşı insan, nə də yaxşı riyaziyyatçı olar.Qax rayonunda bir müəllim var idi. Məmməd Aşurov. Allah ona rəhmət eləsin . Öz evində illərlə topladığı materiallardan atamın muzeyini açmışdı, öləndə də vəsiyyət etmişdi ki, şəklini sinəsinin üstünə qoysunlar. Bu, Səməd Vurğuna ümumxalq məhəbbətidir. Mən hər dəfə belə şeyləri görəndə sarsılıram.
Atamın ömür yolu həmişə hamar olmayıb. Mətbuatdan da bəllidir ki, o, otuzuncu illərdə təqib olunub. Həmin illərdə bu vəziyyətdən çıxmasına səbəb onun məhsuldar yaradıcılığı olub. Millətçilikdə ittiham edilən illərdə xalqın keçmişi ilə bağlı əsərlər yazıb. Puşkindən “Yevgeni Onegin”i tərcümə edib, bolqar komminist Dmitrova həsr olunmuş poemasını yazıb. Otuzuncu illərdə KQB-də onunçün da qovluq açılıb. 1937-də tutulanlar tutulub , qalanlardan da əl çəkmişdilər. Yeganə yaradıcı sənətkar Səməd Vurğun idi ki , onun o qovluğu illərlə bağlanmayıb, böyüyə-böyüyə, şişə-şişə ta 1953-cü ildə Bağırov işdən götürülənə qədər qalıb. Bu barədə yazıçı Süleyman Vəliyevin xatirələri çox maraqlıdır. Müharibə illərində əsirlikdə olan yazıçı vətənə qayıdanda , onu çağırıb deyiblər ki, siz Səməd Vurğunun yanında oturun-durun və onu danışdırın, bu barədə bizə xəbər verin. Süleyman müəllim deyib ki, “mən ömrüm boyu casusluq etməmişəm, o biri tərəfdən də Səməd Vurğuna qarşı belə iş tutmaram, siz ünvanı yanılmısınız. Çünki mən cəbhədə olanda o mənim ailəmə qayğı göstərib”... Bu işi görmədiyinə görə Süleyman müəllimi sürgünə göndərdilər. O, 1956-cı ildə bəraət alıb Bakıya dönmüşdü. Atam xəstə olduğundan bütün bunları Osman Sarıvəlliyə danışır. Osman əmi də bu barədə atama deyəndə onun gözləri dolmuşdu...
Xəstə olduğu zaman da xalqı düşünürdü. Biz hamımız özümüzü elə aparırdıq ki, guya bilmirik onda pis xəstəlik var, aktyorluq edirdik. O özü də yəqin ki , bilirdi, bizdən gizlədirdi. Çünki bir dəfə Mirzə İbrahimova demişdi: “Mən bilirəm , məndə ciddi xəstəlikdi, bu yazıqların xəbəri yoxdur”. Vəsiyyət etməmişdi. Amma İmam Mustafayevə demişdi ki, Azərbaycanda pambıqçılığı inkişaf etdir, yollar çəkdir, bütün bunları edəndən sonra mənim vətənim olan Qazağa da bir fikir verərsən. Atamı ağır günlərində narahat edən məsələlər bunlar idi.
Atamın 50 illiyi münasibəti ilə “Xalq şairi” fəxri adı təsis olundu və bu ad ilk dəfə atama verildi. O, bu hadisəyə çox sevinmişdi, lakin ölüm yatağında olduğu üçün bu adın ləzzətini və şöhrətini duymaq ona qismət olmadı...
Aybəniz VURĞUNQIZI
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM