Düşmən ordusunun rəhbərliyi Sarkisyanı aldadır. Bəs, Sarkisyan özündən başqa kimi aldatmağa çalışır?
Dekabrın 2-də Ermənistan prezidenti Serj Sarkisyan başda olmaqla quldur yığınından ibarət dəstənin üzvlərinin iştirakı ilə işğal olunmuş ərazilərimizdə qondarma “Artsax”la birgə təlimlər keçirildiyi bildirilib. Bu “miqyaslı” təlimləri bədnam qonşularımızın öz xalqı üçün quraşdırdığı şou və ermənisayağı növbəti ədabazlıq adlandırmağımız daha düzgün olardı.
Təlim adlandırılan yaramazların toplantısından yayılan foto və videoları diqqətlə izləsək düşmən ordusunun rəhbər heyətinin sifətlərindən həm təlimlərə, həm də Sarkisyana nifrət dolu münasibəti aydın sezmək olar. Müşavirə otağına zorla gətirilən şəxsi heyətin üzlərindəki mimika və laqeyd baxışlar orada baş verən hadisələrə marağın olmamasını açıq-aydın hiss etdirir.
Ermənistan animatorlarının “təlim”lərdən hazırladıqları videomateriallar üzərində qrafika montajı, şəkillərdə isə fotoşop üsulu ilə xeyli cidd-cəhdlə “cadugərlik” etmələri də işə əsla yaramayıb. Yayılan videogörüntülər təlimdən çox, məhəllədə uşaqların oynadıqları “dava-dava” oyununu xatırladır.
Birtəhər silinib-süpürülüb nəqliyyat vasitələri də daxil olmaqla bir tabor sayında texnika toplayan Ermənistan rəhbərliyinin bu təlimləri utanmadan “miqyaslı” adlandırması çox gülüncdür. Azərbaycan Ordusu birləşmə səviyyəsində istənilən təlimi keçirərkən belə cəlb edilən döyüş texnikasının sayı ermənilərin “miqyaslı” təlimlərə toplaya bildiklərindən 3-4 dəfə artıq olur.
Səylə montaj edilmiş videogörüntülərdə 2-3 PDM və 3 tank dağda-daşda tozanaq qaldıraraq mənasız yerə ora-bura “çapır”. Ermənistan ordusu rəhbərliyi nə qədər yalandan tərifləsə də, təlimlərə cəlb edilən texnikaya “ən müasir” döyüş texnikası deməyin də yalan olduğu yayımlanan videosüjetdən aydın görünür. Dağlıq əraziyə bənzər təlim mərkəzində, təpələrin ətəyində, soyuqdan əsnəyən tamaşaçıların qarşısında ora-bura sürülən döyüş maşınlarının “müasir” vəziyyəti, kiçik bir maneəni dəf edərkən nə qədər çətinlik çəkərək ətrafı qara tüstüyə qərq etməsindən və ensiz yarğanı keçmək istərkən hansı hala düşməsindən aydın görünür.
Nə qədər izləsək də təlimdə düzgün, dəqiq taktiki fəaliyyətlər gözə dəymir. Guya texnikadan açılan atəşlər isə müxtəlif yerlərdə “pultla” partladılan minalara, yaxud digər partlayıcılara, dəqiq desək daha çox “pirotexnik” əməyinə bənzəyir. Yəni, toz-duman qaldıraraq boş yerə məqsədsiz sürülən döyüş texnikasının hansından, hansı hədəfə atəş açdığı, dəyib-dəymədiyi bəlli olmur, ümumiyyətlə hədəfə dəyməsi belə şübhə doğurur.
Qeyd ediləsi maraqlı bir məqam da təlimləri izləmək məqsədilə döyüş bölgəsində fəaliyyət göstərmək üçün xüsusi kurs keçmiş xeyli sayda jurnalistin dəvət olunması idi. Amma nədənsə təlimləri “xeyli sayda” media işçisinin izləməsinə baxmayaraq, oyuncaq müharibə səhnələri barədə məlumat yalnız Ermənistan Müdafiə Nazirliyinin nəzarətində olan saytda yer alıb. Bu isə onu deməyə əsas verir ki, yalançı təlimlər hətta sayılıb-seçilən, çox oxunan Ermənistan mətbuatı üçün artıq heç bir maraq kəsb etmir.
Dediklərimizdən bu, hasil olur ki, kriminal hərbi-siyasi rejimin ordu rəhbərliyi Ermənistan prezidentinin başını aldatmaqla gözünə kül üfürür. Bəlkə də o, özü anlamır ki, ona nümayiş etdirilənlərin hamısı qurama, müasir hərb elmindən uzaq, oyuncaq savaş ssenarisidir. Ya da ki, o, özü Müdafiə Nazirliyinin rəhbərliyi ilə birlikdə belə səhnəciklər qurmaqla erməni xalqının başını aldatmaqda davam edir.
Sadaladıqlarımıza yekun vurarkən bir daha qeyd etmək zəruridir ki, bu birgə və “miqyaslı” təlimlər Ermənistan dövlət rəhbərliyinin növbəti ədabazlığından başqa bir şey deyil. Əgər düşmən ordusunun rəhbərliyi Sarkisyanı aldadırsa, bəs onda Sarkisyan özündən başqa kimi aldatmağa çalışır? Bu suala cavab tapmaq üçün artıq erməni xalqı ciddi düşünməlidir.
İsa İsmayılov,
hərbi jurnalist
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM