Dekabrın 4-də Penitensiar Xidmətin (PX) Baş İdarəsində cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının rəisləri, habelə qeydiyyat şöbələri rəislərinin iştirakı ilə müşavirə keçirilib.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il fevralın 10-da imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamın sistemli və genişmiqyaslı hüquqi islahatların həyata keçirilməsində yeni mərhələnin əsasını qoyduğunu qeyd edib. Vurğulanıb ki, Sərəncamın tələblərindən irəli gələn vəzifələrin icrası məqsədilə çoxsaylı humanist tədbirlər həyata keçirilib, o cümlədən oktyabrın 20-də Milli Məclis tərəfindən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanun qəbul olunub. Diqqətə çatdırılıb ki, ədliyyə naziri Fikrət Məmmədov noyabrın 21-də cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Cinayət Məcəlləsinə dəyişikliklər haqqında Qanunun icrasının təşkili barədə konkret göstərişləri özündə əks etdirən əmr imzalayıb.
“Əmrdə Cinayət Məcəlləsinə 300-dək mühüm dəyişiklik edildiyi, bir sıra əməllərin dekriminallaşdırılması, azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının azaldılması məqsədilə 160-dək maddənin sanksiyasına alternativ cəzaların, o cümlədən azadlığın məhdudlaşdırılması kimi yeni cəza növünün daxil edilməsi, 40-dək cinayətə görə azadlıqdan məhrumetmə cəzasının yüngülləşdirilməsi əksini tapıb.
Qanunun penitensiar müəssisələr tərəfindən dürüst və mütəşəkkil icrasının, habelə zəruri metodiki köməkliyin göstərilməsi işinin təşkili məqsədilə Penitensiar Xidmət üzrə İşçi qrupunun yaradılmasına dair göstəriş verilib”, - deyə Hüseyn Əlixanov qeyd edib.
Qanunun vaxtında və düzgün icrasını təmin etmək məqsədilə Ədliyyə Nazirliyi üzrə verilmiş əmrin icrasının təşkili ilə bağlı Xidmətin məsul əməkdaşlarından ibarət İşçi qrupunun yaradılması barədə Xidmət rəhbərliyi tərəfindən əmrin imzalandığı bildirilib və İşçi qrupunun tərkibi elan olunub.
İşçi qrupuna Qanun tətbiq ediləcək məhkumların dairəsinin müəyyən olunması, Qanunun təsir dairəsinə düşən məhkumların hökmlərinin ətraflı öyrənilməsi, məhkəmələrə sənədlərin təqdim edilməsi, Qanunun tətbiqi ilə bağlı məhkumların və onların qanuni nümayəndələrinin müraciətlərinə diqqətlə baxılması, ətraflı cavabların verilməsi və digər zəruri təşkilati tədbirlərin həyata keçirilməsi kimi mühüm tapşırıqlar verilib.
Sonra “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” yeni Qanuna uyğun maddələrin müəyyənləşdirilməsi, dəyişikliklərin humanist mahiyyəti və əhəmiyyəti barədə izahlar verilib. Bununla yanaşı, məhkumların şəxsi işlərinin və aidiyyəti təqdimatların məhkəmələrə müvafiq müddət ardıcıllığına riayət olunmaqla mərhələlərlə göndərilməsi tövsiyə olunub. Habelə Qanunun təsir dairəsinə düşən məhkumların hüquqlarının pozulması hallarının yolverilməz olduğu xüsusilə vurğulanıb.
Penitensiar Xidmətin qeydiyyat idarəsinin rəisi, ədliyyə polkovniki Rəhim Şeyxəliyev çıxış edərək hesabatların gecikdirilmədən vaxtında təqdim olunmasının zəruriliyini bildirib.
Müşavirədə tabe qurumların əməkdaşlarının məsələ ilə bağlı maraq doğuran sualları cavablandırılıb.
Tədbirin sonunda ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənovun Qanunun icrasına məsuliyyətlə yanaşmaq, müəssisə rəisləri rəhbər olmaqla azı üç nəfərdən ibarət komissiyalar yaratmaq, hər hansı sui-istifadə və hüquq pozuntusu hallarına yol verməmək barədə tələbləri müşavirə iştirakçılarının diqqətinə çatdırılıb.
Eyni zamanda, şəxsi işlərin məhkəməyə göndərilməsi barədə təqdimat nümunələri və müvafiq əmrlərin surətləri müəssisə rəislərinə təqdim olunub.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM