İctimai maraq və dövlət maraqlarının təmin olunması bu gün çox vacib olan məsələlərdəndir. Müasir dövrümüzün reallıqları, qloballaşma, dövlətlərin öz maraqlarını həyata keçirmək istiqamətində həyata keçirdiyi və çox təəssüf ki, savaşlar, toqquşmalar, xalqların bir-birinə qarşı qoyulması, beynəlxalq hüquq normalarının tapdalanması, müxtəlif qrupların əli ilə dövlətlərin daxili işlərinə müdaxilə edilməsi ilə müşahidə olunan siyasət dövlətin maraqlarının qorunmasının nə qədər zəruri və çətin olduğunu ortaya qoyur. Bu, xüsusilə Azərbaycan kimi həssas regionda yerləşən, zəngin enerji ehtiyatlarına malik, torpaqlarının 20 faizinə qədəri Ermənistan tərəfindən işğal edilən, müstəqil daxili və xarici siyasət həyata keçirən dövlət üçün çox aktual məsələdir. İctimai maraq dedikdə bütünlükdə cəmiyyət, yaxud cəmiyyətin müxtəlif sosial qrupları tərəfindən ortaq hesab etdiyi maraq və mənafelər başa düşülür. Cəmiyyətin maraqlarını ifadə edən ictimai institutlar dövlətin maraqlarının təmin olunması sahəsində aktiv rol oynamalıdır. Bu həm daxili, həm də xarici palftormalarda fəaliyyəti əhatə edir. Məsələn, dövlət daxildə ictimai marağı ifadə edən müxtəlif sektorların inkişafını maliyyələşdirməklə onların maraqlarını təmin etmiş olur. Prezident yanındı KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun, QHT-lərə Dövlət Dəstəyi Şurasının və digər fondların yaradılması ilə dövlət həmin sahələrin inkişafına dəstək verir. Həmin sahələrdə müxtəlif layihələri maliyyələşdirməklə ictimai marağın təmin olunmasına çalışır. Eyni zamanda dövlətin marağı tələb edir ki, ictimai institutlar, vətəndaş cəmiyyətinin ayrı-ayrı sektorunu əhatə edən qurumlar ölkəmizə, dövlətimizin maraqlarına qarşı yönələn təhdidlərə qarşı xarici platformalarda mübarizə aparsınlar. Biz bu gün dünyada müxtəlif dövlətlərin “yumşaq güc” adı altında ictimai institutlardan necə istifadə etdiklərinin şahidi oluruq. Bəzi dövlətlər öz maraqlarını təmin etmək üçün başqa dövlətin daxili işinə qarışmaq, ona təzyiq etməyin ən yaxşı yolu kimi ictimai institulardan- mediadan, QHT-lərdən fəal şəkildə istifadə edirlər. Azərbaycan dünyada azsaylı dövlətlərdən biridir ki, müstəqil siyasət aparır və rəsmi Bakının siyasətində əsas məsələ xalqımızın və dövlətimizin maraqlarının təmin olumasıdır. Torpaqlarımızın işğal altında olduğu, erməni lobbisi kimi mənfur bir strukturun təhdidləri ilə üz-üzə qaldığımız bir vaxtda ictimai maraq dövlətimizin daha da güclənməsini, onun maraqlarını hər platformada qorunmasını tələb edir. Azərbaycanda siyasi və sosial-iqtisadi sahələrdə islahatların aparılması ölkədə qeyri-hökumət təşkilatlarının, insan hüquqları ilə bağlı cəmiyyətlərin, vətəndaş cəmiyyətinin varlığını təcəssüm etdirən digər strukturların fəal inkişafına əlverişli şəraitin yaradılmasına kömək edib. Bu məsələ ilə bağlı “Palitra”ya açıqlama verən tanınmış ekspert, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov qeyd etdi ki, Azərbaycan dövlətinin maraqları, sözsüz ki, bizim üçün həmişə öndə olmalıdır: “Siyasi mənsubiyyətindən, ictimai vəzifəsindən asılı olmayaraq, dövlət maraqları hər bir vətəndaş üçün öndə olmalıdır. Müharibə aparan ölkəyik və ərazimizin 20 faizə yaxını Ermənistan tərəfindən işğal olunub. Eyni zamanda Azərbaycan neft-qaz ehtiyatlarına malik ölkə kimi regionun lideridir. Dünyanın gözü inkişaf edən Azərbaycandır. Bu gün, demək olar ki, dünyanın bütün aparıcı şəxsiyyətləri, dövlət başçıları baş nazirlər, keçmiş dövlət başçıları, Nobel mükafatçıları, parlament üzvləri ölkəmizə səfərlərə gəlir. Eyni zamanda dövlət başçımız xarici səfərlərdə olur müxtəlif görüşlər keçirir. Yəni Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycan dünyanın diqqət mərkəzində olan dövlətdir. Azərbaycan həm Avropa Oyunlarına, həm də İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edən dövlətdir. Heç bir ölkədə bir ay və ya bir il ərzində bu qədər tədbirlər keçirilmir. Bütün bunlar imkan verir ki, Azərbaycan vətəndaşları öz dövlətlərini daha çox sevsin, onunla fəxr etsinlər. Nəzərə almaq lazımdır ki, Azərbaycana qarşı nə qədər təhdid var, ölkəmizə qarşı mübarizə aparaq erməni lobbisi var. Müxtəlif dairələr vaxtaşırı olaraq beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə qarşı təzyiqlər etməyə çalışırlar. Belə vəziyyətdə hər birimiz ayıq- sayıq olmalı və dövlətimizin maraqlarının qorunmasına çalışmalıyıq. Azərbaycan xalqı dövlət başçısı ilə həmrəydir və həmrəyliyin nəticəsi kimi dövlət başçımız müstəqil daxili və xarici siyasət aparır. Bu uğurları nəzərdə tutan dövlət başçımız dəfələrlə bildirib ki, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər qurur, sazişlər imzalayır. Ölkəmiz beynəlxalq münasibətlər sisteminin fəal üzvlərindən birinə çevrilib. Ona görə də bu gün ölkəmizin dünyadakı yerini, nüfuzunu yaxşı bilməli və dövlətimizin maraqlarını qorumağı bacarmalıyıq. Bütün platformalarda dövlətimizi maraqlarını qorumalıyıq. İctimai maraqla dövlətin maraqları üst-üstə düşür”. Ekspert bildirir ki, dövlət ictimai institutların, vətəndaş cəmiyyəti institutlarının inkişafı ilə bağlı bütün mümkün olan tədbirləri həyata keçirir: “Dövlət azad sözün, medianın inkişafında maraqlıdır. Eyni zamanda medianın, QHT sektorunun inkişafını təmin etmək üçün onlara yardım edir. Bu gün ölkəmizdə KİV-in inkişafına Dövlət Dəstəyi Fondu, QHT-lərə Dövlət Dəstəyi Şurası, Gənclər Fondu, Elm Fondu, Bilik Fondu var. Bu kimi publik qurumların sayı kifayət qədərdir. Dövlət ictimai sektorun inkişafı üçün bu sahədə müxtəlif layihələrin həyata keçirilməsini maliyyələşdirir. Dövlət ictimai marağı nəzərə alaraq bu sahənin inkişafına çalışır. Eyni sözü siyasi partiyalar haqqında da demək olar. Partiyaların sərbəst fəaliyyəti üçün hər cür şərait yaradılıb. Bu qurumların maraqları xalqın, cəmiyyətin maraqları ilə üst-üstə düşürsə yəni, onlar ictimai maraqlardan çıxış edirsə, deməli, onların marağı dövlətin maraqları ilə üst-üstə düşür”.
Anar Miriyev
|
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM