Ermənistanın XİN rəhbərinin soyadı türkcədir – Nalbandyan, yəni nalbənd. Burada, əlbəttə, təəcüblü heç nə yoxdur. Ermənistanın ikinci prezidenti Robertin də soyadı türkcədir – Köçəryan. Ümumiyyətlə, ermənilərin bir çoxunun adı və ya əsasən soyadı türkcədir. Məsələn, Allahverdiyan, Pambıqçıyan, Emekçiyan (Çörəkçiyan) və s.
Məsələ budur ki, Edvard Nalbandyan noyabr ayının ilk həftəsində İsrailə rəsmi səfərə gedib.[i]Səfər zamanı iki ölkə arasında müxtəlif məsələlər müzakirə olunub. İki ölkə arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələsi gündəmə gəlib. Ümumiyyətlə, Ermənistan və İsrail arasındakı münasibətlər bəzi erməni analitiklərin iddia etdikləri kimi heç bir zaman yüksək səviyyədə olmayıb. İsrail Ermənistan ilə münasibətlərdə daha təmkinlidir. İki ölkə arasnda ticarətin həcmi bir neçə milyon dollardır və Ermənistanın xarici ticarət dövriyyəsinin 0,1 faizini təşkil edir. Diplomatik münasibətlərin 1992-ci ildə qurulmasına baxmayaraq, İsrailin Ermənistanda səfirliyi belə yoxdur.[ii]
"Mavi Mərmərə'' gəmisində baş vermiş hadisədən sonra Türkiyə-İsrail arasında yaranmış böhran zamanı belə İsrail hökuməti qondarma "erməni soyqırımı''nın tanınması məsələsini Knessetin gündəminə gətirmədi. Erməni tərəfdarı bəzi yəhudi milliyyətçilərin "erməni soyqırımı''nın tanınması çağırışı isə heç bir nəticə vermədi.
Nalbandyan soyadından irəli gələn psixologiya ilə İsrail səfərində baş nazir Benyamin Netanyahunun atını nallamaq fikrinə düşmüşdü. Nal vurmaq təşəbbüsü isə həm öz adından, həm də "Böyük Ermənistan” adından həyata keçirildi.
Nalbandyan səfər zamanı İsrailin "i24 news'' televiziya kanalına müsahibə verib və bir sıra məsələlərə toxunub. Bu məsələlərdən biri də qondarma "erməni soyqırımı'' olub. Nalbandyan belə deyib: "Erməni soyqırımının tanınması holokostun qarşısını ala bilərdi.''[iii] Əlbəttə, İsraildə səfərdə olan Nalbandyan İsrail dövlətinin və yəhudi xalqının gözünə necə girə bilərəm həyəcanı ilə nə dediyini bilməyib. Moskva Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsindən məzun olan və siyasi elmlər namizədi elmi dərəcəsi alan Nalbandyanın belə məntiqsiz fikir bildirməsi onun savadsızlığından yox, erməni xislətindən irəli gəlir. Belə ki, Nalbandyanın iddia etdiyi qondarma "erməni soyqırımı'' ilə holokost arasında təxminən 25 il fərq var və XX əsrin əvvəllərində beynəlxalq hüquqda soyqırımı anlayışı yox idi.
Nalbandyan erməni xislətindən sıyrılaraq tarixə bir nəzər salsaydı, həqiqətən, soyqırımı törədilən cinayətləri xatırlamalıydı. Məsələn,
– ingilislərin 1769-70, 1876-79, 1896-1900-cü illərdə, xüsusilə də XIX əsrin sonu – XX əsrin əvvəllərində Hindistanda müxtəlif qətliam və aclıqdan 27 milyon hindlini öldürməsini;[iv]
– Mora müsəlmanlarına qarşı 1821-ci il avqust ayına qədər davam edən yunan din adamlarının törətdikləri qətliamı;[v]
– 1877-1878-ci illərdə bolqarların 450 min müsəlman türkü qətl etməsini;
– XIX əsrə qədər kölə ticarəti nəticəsində təxminən 35 milyon insanın öldürülməsini;
– 1492-ci ildə Kolumbun Amerika qitəsini kəşf etdiyində sayları 8 milyon olan Aravaks yerlilərinin 22 ildən sonra 28 minə qədər azalmasını;
– norveçlilərin taterlərə qarşı qətliamı və qadınlarının zorla qısırlaşdırılmasını;
– ingilislərin Avstraliya aborigenlərinə qarşı soyqırımı. İngilislərin onları heyvan kimi ovladıqlarını;
– almanların Afrikada (Namibiyada) heroro və namalılara qarşı qətliamı nəticəsində 132 min yerlidən sadəcə 15 minin sağ qaldığını və s.
Əlbəttə, Nalbandyan bunları bilir, amma dilə gətirmir. Çünki ermənilər milli kimlik və ənənələrini qorumaq üçün bir düşmən obrazı axtarırdı və türkləri tapdılar.
Nalbandyanın İsrail səfəri region mətbuatında da müzakirə edildi. İran Ermənistanın İsrail ilə əlaqələrini genişləndirməsindən narahat olduğunu bildirdi. İran XİN-nin mətbuat katibi "sionist rejimin'' bölgədə sabitliyi pozmağa cəhd etdiyini, bu səbəblə də ermənilərin Qafqaz bölgəsində diqqətli olması gərəkliyini ifadə edərək, Ermənistana ultimatum verdi.[vi]
Ermənistanın İrana rəğmən İsrail ilə münasibətlərini genişləndirməyə çalışması olduqca problemlidir və ciddi nəticələr əldə edilmə ehtimalı olduqca zəifdir. İran bölgədə Ermənistana əsasən iqtisadi və siyasi olaraq nəzarət edə bilən ölkələrdən biridir. Ayrıca, Ermənistanın İsrail ilə iqtisadi və hərbi-siyasi sahələrdə əməkdaşlıq etməyə potensialı yoxdur. Ermənistan əsasən Rusiyanın verdiyi borcla Rusiyadan silah aldığı üçün başqa dövlətlərdən silah almağa sadəcə iqtisadi gücü çatmır.
Hatəm Cabbarlı,
siyasi elmlər doktoru
[i] Глава МИД Армении проводит встречи в Израиле https://regnum.ru/news/polit/2342481.html, 7 ноября 2017.
[ii] Нетаньяху: Израиль готов расширять отношения с Арменией https://regnum.ru/news/polit/2342989.html, 8 ноября 2017.
[iii] Глава МИД Армении: ''Признание Геноцида армян могло предотвратить Холокост'' http://armenianreport.com/pubs/171510/, 10 ноября 2017.
[iv] Tarihin en büyük insan kıyımları, http://www.haber7.com/neler-oluyor-hayatta/haber/816682-tarihin-en-buyuk-insan-kiyimlari, 12.12.2011.
[v] Müslümanlara yapılan soykırımlar, https://www.dunyavegercekler.com/haber/9656-muslumanlara-yapilan-soykirimlar.html, 12 Ocak 2015.
[vi] Иран советует Еревану быть внимательнее в отношениях с Израилем https://regnum.ru/news/polit/2344719.html, 13 ноября 2017
Strategiya.az
Bakıda yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – VİDEO
TƏHLÜKƏ: Şagirdlər qapısı açıq avtobusdan sallanaraq gedir - VİDEO
Cahangir Hacıyevin arvadınadan 21 milyon dollarlıq xəbər - VİDEO
Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM