'Dünya tv'-də canlı olaraq yayımlanan 'Bu Sabah' verilişində şairin vəziyyəti qəflətən pisləşib və keçinib. Onun ölüm anı anbaan görüntülənib.
Bildirək ki, şair-jurnalist bu yaxınlarda 60 yaşını qeyd etmişdi. Son kitabının nəşri də yubileyinə təsadüf etmişdi.
Vidadi Tağızadə 1954-cü ildə Ağcabədi rayonunun Şərəfxanlı kəndində anadan olub. 1982-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu bitirib. 10 il Ağcabədi rayonu Hindarx kənd orta məktəbində rus dili müəllimi işləyib.
Vidadi Tağızadə 25 ildən çoxdu ki, respublika mətbuatında müxtəlif səpkili yazılarla çıxış edirdi. Üç kitab müəllifidir. 11 iyun 2014-cü ildə dünyasını dəyişib (milli.az).