Bakıda keçirilən “Bakutel-2017” sərgisi ilə bağlı Rusiyanın “Rossiya-24” telekanalında reportaj yayımlanıb. Prezident İlham Əliyev “Rossiya-24”ün müxbirinin sualını cavablandırıb.
Reportajda deyilir ki, Bakı bir həftəlik informasiya texnologiyalarının paytaxtına çevrilib. Azərbaycanda Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi və Konfransı açılıb. Tədbirdə 20 ölkədən, o cümlədən Rusiyadan 190-dan artıq şirkət iştirak edir. Bunlar mobil operatorlar, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribüterləridir.
Reportaja İçərişəhərdən başlayan telekanalın müxbiri Yekaterina Kaduşkina vurğulayır ki, Azərbaycan əlbəttə ki, qonaqpərvərlik və turizm məkanıdır. Buraya “Brilyant əl” filmindəki həmin məşhur səhnənin çəkildiyi məkanı görmək üçün gəlirlər. Bundan əlavə, Azərbaycanda bütün ilboyu ləziz meyvə-tərəvəz var.
Müəllif vurğulayır ki, Azərbaycan həm də dinamik inkişaf edən ölkədir. Burada informasiya texnologiyaları sahəsində də təklif ediləsi çox şey var. Azərbaycan cərrahları əməliyyatlar zamanı virtual eynəklərdən istifadə edirlər. Bu, əməliyyatları daha da asanlaşdırır. Həmin eynəklər ilk baxışda oyunlar üçün lazım olan qurğuya oxşayır. Amma bununla həkimlər insanların üst çənə hissəsində implantasiya əməliyyatları aparır, onkoloji xəstələri, idman oyunları və avtomobil qəzaları zamanı zədə almış insanları müalicə edirlər. Üçölçülü proyeksiya vasitəsilə həkim insanın dərisinin altına daxil olur və sinirləri, yaxud məsələn, kəlləni görür. Əməliyyatın dəqiqliyi daha yüksəkdir, keçirilmə müddəti daha azdır.
Azərbaycan Tibb Universitetinin çənə-üz cərrahiyyəsi kafedrasının assistenti, tibb elmləri namizədi İsmayıl Fərzəliyev bildirib:
-Biz hamımız anatomiya kursunu öyrənirik. Hər bir pasiyentin fərdi anatomiyasını təsəvvür edə bilərik. Lakin əməliyyat zamanı bu texnologiyaların köməyi ilə həmin anatomiyanı görmək məncə artıq fantastik həddədir. Fikrimcə, bu, artıq arzunun çin olmasıdır.
Reportajda vurğulanır ki, “Bakutel-2017” sərgisində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edir. “Rossiya-24”ün müxbirinin sualını cavablandıran Prezident İlham Əliyev bildirir ki, Azərbaycan texnologiyalar məsələlərində Rusiya ilə tərəfdaşlığı genişləndirir. Dünya təhlükəsizliyinin yeni çağırışları əməkdaşlığın yeni sahələrinə çevrilir. Məsələn, kiberhücumlar. Prezident deyib:
-Azərbaycan uğurla inkişaf edir, regional və beynəlxalq məsələlərdə onun rolu artır. Ölkəmiz böyük potensiala malikdir. Təbii ki, ölkəmiz belə təhlükə ilə üzləşə də bilər. Biz bütün tərəfdaşlarımızla əməkdaşlığa açığıq. Bu istiqamətdə Rusiya ilə də yaxşı əməkdaşlıq perspektivi mövcuddur. Biz bilirik ki, Rusiyada kibertəhlükəsizliyə böyük diqqət yetirilir. Buna görə əlbəttə ki, bizim qurumlarımız rusiyalı həmkarları ilə müvafiq iş aparır.
Reportajda bildirilir ki, Prezident İlham Əliyev Rusiyanın rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforovla da görüşüb. Onlar artıq tanışdırlar. Altı il bundan əvvəl hələ Tatarıstanın rabitə naziri olduğu vaxt Nikolay Nikiforov Prezident İlham Əliyevə Kazanın texnoparkını göstərmişdi.
Nazir N.Nikiforov vurğulayıb:
-Biz informasiya təhlükəsizliyi məsələlərini, proqram təminatı sahəsində ayrı-ayrı təchizatçılar, yaxud ayrı-ayrı ölkələrdən asılı olmamaq üçün zəruri məsələləri müzakirə edirik. Hər bir ölkənin bu və ya digər təklifləri var.
Rusiyalı nazir N.Nikiforov sərgidə Azərbaycanın ən modern layihələrindən biri - “Elektron hökumət” portalı ilə tanış olub. Bu, demək olar ki, Rusiyanın dövlət xidməti portalı kimidir. Burada nikahın qeydə alınması üçün ərizə vermək, cərimələrin mövcudluğunu yoxlamaq və onlayn mühazirələrə baxmaq olar. Hər il portala yeni imkanlar əlavə olunur.
“Elektron hökumət” portalının əlaqələndiricisi Cəmşid Naxçıvanski qeyd edib ki, bu servisə 58 milyon dəfə müraciət edilib. Bu rəqəm portala böyük tələbatın olduğunu göstərir. Hər gün 65 min insan “Elektron hökumət” portalının xidmətlərindən istifadə edir.
Müxbir vurğulayır ki, “Bakutel”də əyləncə haqqında da danışırlar. Seriallara baxılması üçün Rusiyanın onlayn serveri bu il Azərbaycana da gəlib. İndi filmlərə leqal şəkildə və yaxşı keyfiyyətlə baxmaq olar. Azərbaycan hökuməti ilə piratçılığa qarşı qanunu təkmilləşdirməyin və əlbəttə ki, bütün dünyanın izlədiyi teleşou qəhrəmanlarının Azərbaycan dilində danışmasının mümkünlüyü yollarını müzakirə etmək planı da var.
AMEDİA TV şirkətinin baş direktoru Denis Qorşkov deyib:
-Burada türk seriallarına fəal baxırlar və sevirlər. Dillər çox yaxındır. Sözsüz ki, bizim layihələrə də tələbat var. “Taxt-tac oyunları” hər yerdə birincidir və Azərbaycan da istisna deyil. Dünən yenə də biz ilk dəfə olaraq “Taxt-tac oyunları”nın Azərbaycan dilində necə səsləndiyini eşitdik.
Reportajda bildirilir ki, “Bakutel” 23-cü dəfədir keçirilir. Burada həmişə olduğu kimi, 20-dən çox ölkə var: qonşu Türkiyə və Gürcüstandan, Belarus, Finlandiya, Fransa, Kanada və Amerikaya qədər. Burada işgüzar görüşlər keçirilir, müqavilələr bağlanır və texnologiyaların həyatı necə asanlaşdırdığı göstərilir. Sənədlər indi onlayn doldurulur, asan olmayan əməliyyatlarda isə demək olar ki, fantastik qadjetlər kömək edir.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM