"Leyla Yunusun Azərbaycanın imicinə zərbə vurmasının şahidi olmuşam"

15:17 / 08.12.2017

Təxminən 1 il 6 aya yaxın hüquqlarını müdafiə etdiyim Leyla Yunusun ermənipərəst və antiazərbaycan qüvvələrinin əlində alət olaraq Azərbaycan dövlətinin imicinə, müstəqilliyinə zərbə vurmaqla məşğul olmasının canlı şahidi olmuşam.

Strategiya.az xəbər verir ki, bunu Trend-ə Leyla Yunusun məhbəs həyatı barəsində "Leyla Yunusun parlaqlığı və səfaləti" adlı kitabın müəllifi, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Elçin Qənbərov deyib.

E.Qəmbərov bildirib ki, Leyla Yunusu müdafiə etdiyi 1 il 6 ay ərzində həftədə 3 dəfə Kürdəxanıya həbsxanaya gedib: "Bütün gün ona həsr olunurdu. Bütün canımı onun işinə qoydum. Leyla Yunus xaricə gedəndən sonra eşidirdim ki, guya mənim hökumətə işlədiyim yönündə təbliğat aparırdı. Buna görə də mən də ona qarşı mübarizəyə başladım. Bu, mənim şəxsi məsələmdir. Hakimiyyət vəkillə müştəri arasında olan işin incəliklərini bilə bilməzdi".

 

E.Qəmbərov vurğulayıb ki, kitabda Leyla Yunusun Azərbaycanda yaşadığı dövrdə, "Sülh və Demokratiya İnstiutu" adı altında dəfələrlə Ermənistana səfər edərək, orada Azərbaycan əleyhinə müxtəlif görüşlər keçirməsinin mahiyyəti öz əksini tapıb: "Hər şey tamah, mənfəət naminə prinsipi ilə işləyən" Leyla Yunusun törətdiyi çirkin əməllər təkzibedilməz faktlarla, konkret sənədlər və əyani sübutlarla ictimaiyyətə təqdim edilir. Leyla Yunusun hakimiyyətin onu həbsdən azad etməyəcəyi təqdirdə ATƏT-in Minsk qrupunun Ermənistanı dəstəkləməyə çağırışı, onun siyasi mənfəət naminə düşmənə dəstək verməsi təsadüfi deyil. Kitabda hələ 1991-ci ildə Dağlıq Qarabağda qanunsuz silahlı erməni birləşmələrinə qarşı keçirilən "Çaykənd əməliyyatı" zamanı AXC İdarə Heyətinin üzvlərinin, o cümlədən Leyla Yunusun beynəlxalq ictimaiyyətə ünvanlanmış Azərbaycanın Dağlıq Qarabağda ermənilərin etnik təmizləmə istiqamətində fəaliyyətini dayandırmağa çağırışları, eləcə də Azərbaycan Silahlı Qüvvələri tərəfindən guya dinc erməni əhalisinə qarşı vəhşiliklər törədildiyi barədə ittihamlar səsləndirməsi onun şəxsi maraqları, ambisiyaları naminə hər şeyi qurban verməyə hazır olması Qərb qeyri-hökumət təşkilatlarını maraqlandırmaya bilməzdi".

Müəllif vurğulayıb ki, L.Yunusun hüquq müdafiəçisi adı altında rəhbərlik etdiyi təşkilatın bank hesabına məhz həmin QHT-lərin, o cümlədən Demokratiya Yardım Milli Fondu, Marşal Fondu və digər donor təşkilatlardan köçürülmüş 1 milyondan artıq vəsaitin böyük hissəsinin qanunsuz yollarla mənimsəyərək dövlət əleyhinə istifadə etməsi heç kəsə sirr deyil: "Bu insanın amalı ancaq pul olub. Qərb fondlarına 5-10 min qrant üçün müraciət edəndə çoxlu sayda problemlər ortaya çıxır, ən yaxşı halda 10 layihədən birini dəstəkləyirlər. Ancaq Leyla Yunusun bütün təşəbbüsləri dəstəklənib. Niyə? Axı o pullar Qərb dövlətlərinin vətəndaşlarının vergilərindən toplanmış pullardır. Leyla Yunus deyirdi ki, o, aldığı qrantlardan rüşvət verib. Həmin qərb dövlətlərinin maliyyə monitorinq xidmətləri hara baxır? O dövlətlərin maliyyə monitorinq xidmətləri bu məsələləri araşdırsa, mən bu işimin daha uğurlu olduğuna əmin olacağam. Bu kitabın Qərb ölkələrində də dərcini vacib sayıram. Bu kitabda mən onun şəxsi həyatına toxunmamışam. Vəkillik fəaliyyəti həmin şəxsin müdafiəsi başa çatan zaman başa çatır. Dünyada bir çox vəkillər memuarlar yazıblar. Digər tərəfdən, vəkillik etikasını hər bir şəxs qarşısında saxlamaq olar, ancaq Leyla Yunus qarşısında yox".


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM