Konstitusiya dəyişikliklərindən sonra gələn ilin aprelindən Ermənistana baş nazir qismində kimin rəhbərlik edəcəyi indi işğalçı ölkənin gündəmində yer alan əsas məsələdir. Bu vaxta qədər indiki prezident Serj Sarkisyanın gələn ilin aprelindən etibarən baş nazir qismində ölkənin idarəsini davam etdirməsi üçün hazırlıq gedirdisə, indi ortaya müəyyən maneələrin çıxdığı məlum olub. Belə ki, indiki baş nazir Karen Karapetyan əvvəl hökumət başçısı postundan geri çəkilməyə hazır olduğunu bildirsə də, artıq mövqeyini dəyişib. O, bundan sonra da tutduğu vəzifədə qalmaq niyyətini bildirir və bu da Serj Sarkisyanın planları ilə tam ziddiyyət təşkil edir.
Məhz bu fonda baş nazirlə prezident arasında münasibətlərin getdikcə kəskinləşməsi müşahidə edilir. Məsələnin maraqlı tərəfi odur ki, Sarkisyanın yanında yer alan bəzi yüksəkçinli məmurlar da Karapetyanı dəstəkləməyə başlayıb. Eyni zamanda onun erməni lobbisindən güclü dəstək alması barədə də məlumatlar var.
Maraqlıdır ki, məhz bu ərəfədə ABŞ-da erməni lobbisi tərəfindən Sarkisyan hakimiyyətinin əleyhinə aksiya təşkil olunub. Burada çıxış edən erməni müxalif siyasətçi Naira Zohrabyan bildirib ki, Ermənistanın hazırkı rəhbərliyi xalqı soymaqla məşğuldur. Onun sözlərinə görə, hakimiyyət insanların ölkədən getməsi, yerdə qalanların isə yardım ümidi ilə yaşaması üçün əlindən gələni edir: "Bu hakimiyyət sizi soyur. Onlar insanların ləyaqətlə yaşamaması üçün hər şey ediblər. Çünki onlara yardım alan subyekt lazımdır”.
Erməni politoloq Manvel Sarkisyan da diasporun Serj Sarkisyandan bezdiyini bildirir. O, bunu həm də hakimiyyətin soyğunçuluq siyasətindən əl çəkməməsi ilə əlaqələndirir. Manvel bildirir ki, elə bu günlərdə Los-Ancelesdə Ümumdünya Hayestan Fondu növbəti telemarafon keçirərək 12,5 milyon dollar vəsait toplayaraq Ermənistana yardım edib. Hər il keçirilən telemarafona qoşulanların sayı ilə yanaşı, yığılan məbləğ də azalır ki, bu da Ermənistan cəmiyyətində birmənalı qarşılanmır.
Misal üçün, ötən il 15,5 milyon dollar vəsait toplanıb. Manvel Sarkisyan telemarafon iştirakçılarının və toplanan vəsaitin ildən-ilə azalmasını təbii hesab edir. O qeyd edir ki, 20 il ərzində keçirilən telemarafonlarda 330 milyon dollardan çox pul toplanaraq Ermənistana verilib. Lakin bu pullar təyinatı üzrə xərclənmir. Dünyanın varlı erməniləri milyonlarla dolları toplayıb erməni xalqının güzəranının yaxşılaşması üçün verirlər. Lakin Ermənistan hökuməti yardım kimi toplanan pulları mənimsəyir.
Politoloq bildirib ki, bu gün Ermənistanda elə rayonlar var ki, oradakı insanlar çar Rusiyası dövründə tikilən binalarda yaşayırlar: "Ermənistan kəndlərinin bir çoxunun yolu, məktəbi, tibb məntəqəsi yoxdur. Əgər kəndlərdə yol yoxdursa, ehtiyac içində olan insanlara yardım edilmirsə, onda telemarafonda bu problemlərin aradan qaldırılması üçün toplanan vəsait hara xərclənir? Əslində, yardım məqsədilə yığılan pullar Ermənistan hakimiyyətinin nümayəndələri tərəfindən mənimsənilir. Bunu görən dünya erməniləri isə telemarafona qoşulmaqdan imtina edir, Ermənistana daha yardım etmək istəmirlər. Ona görə də telemarafon zamanı toplanan pulun məbləği getdikcə azalır”.
Politoloq keçmiş prezident Robert Koçaryanın və hazırkı prezidentin qardaşı Saşik Sarkisyanın çox imkanlı biznesmen olduqlarını bildirərək onların fonda pul köçürməmələrini xatırladır və bunun təəccüblü olduğunu qeyd edir. Nəzərə çatdırır ki, 20 il ərzində toplanan pullar hesabına bir kilometr yol çəkilməyib, bir məktəb binası tikilməyib. Bu fonda o, Karen Karapetyanın 2018-ci ilin aprelindən baş nazir qismində ölkənin idarəçiliyini davam etdirməsini məqbul sayır və diaspor qüvvələrinin də buna dəstək verəcəyini vurğulayır.
Xatırladaq ki, Ermənistanın yeni konstitusiyasına əsasən, 2018-ci ilin aprelində prezident Serj Sarkisyanın səlahiyyət müddəti başa çatandan sonra ölkədə birinci şəxs baş nazir olacaq. Serj Sarkisyan ölkəyə nəzarətini saxlamaq üçün baş nazir olmaq istəyir. Amma xaricdən dəstək alan Karapetyan görünür, onun bu arzusunu gözündə qoymaq niyyətindədir.
Maraqlıdır ki, hələ ötən il Karapetyan baş nazir təyin edilərkən Sarkisyan onu xilaskar kimi təqdim edərək ölkənin sosial-iqtisadi problemlərini həll edəcək qədər təcrübəli biri olduğunu bildirmişdi. Lakin Karapetyanın daha iddialı olduğu ortaya çıxdıqdan sonra onun fəaliyyət sahəsini məhdudlaşdırmağa başladı. İndi isə bu istiqamətdə mübarizənin kəskinləşməsi müşahidə olunur.
Belə bir vaxtda Rusiya mediasında da Sarkisyanın kəskin tənqid olunması diqqətdən yayınmır və erməni mediası bunun da arxasında Karapetyanın durduğunu iddia edir. Ermənistanın "Jamanak” qəzetinin yazdığına görə, Moskvadan eyham ediblər ki, Sarkisyanın tənqid olunduğu proqramların sifarişçisini Ermənistan hakimiyyətinin daxilində axtarmaq lazımdır. Qəzet onu da yazır ki, məsələn, NTV-dəki proqramların birində Sarkisyanın tənqid edilməsini Ermənistanın özündən baş nazir Karapetyan sifariş verə bilər. Çünki telekanal 2000-ci ildən "Qazprom”un mülkiyyətindədir. Karapetyan isə "Qazprom”un meneceri işləyib və bu şirkətin rəhbərliyi ilə yaxın əlaqələri var.
Ermənistanın "Joxovurd” qəzeti də yazır ki, Karapetyan 2018-ci ilin aprelindən sonra baş nazir vəzifəsində qalmaq istəyir. Qəzet qeyd edir ki, Karapetyan artıq baş nazirliklə bağlı təbliğat kampaniyasına başlayıb: "Sarkisyan isə buna qarşıdır. Mümkündür ki, 2018-ci il Ermənistanın daxili siyasi mühiti üçün ağır dövr olsun. Həmin vaxtdan baş nazir olacaq şəxs ölkənin xarici siyasət, müdafiə və təhlükəsizlik məsələlərinə görə məsuliyyət daşıyacaq”.
Bütün bunlar qarşıdakı dövr ərzində Ermənistanı kifayət qədər çətin günlər gözlədiyini deməyə əsas verir.
Elçin Cəfərov
Strategiya.az
Bakıda yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – VİDEO
TƏHLÜKƏ: Şagirdlər qapısı açıq avtobusdan sallanaraq gedir - VİDEO
Cahangir Hacıyevin arvadınadan 21 milyon dollarlıq xəbər - VİDEO
Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM