“Əxbar əl-yaum” qəzeti Misir media nümayəndələrinin Azərbaycanda keçirdikləri səmərəli görüşlərdən yazır

13:31 / 10.12.2017

Misirin geniş oxucu auditoriyasına malik “Əxbar əl-yaum” qəzeti ölkənin aparıcı media nümayəndələrinin bu yaxınlarda Azərbaycana səfərinin nəticələrinə dair bir neçə məqalə dərc edib.

Beynəlxalq Avrasiya Mətbuat Fondu və İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının dəvəti ilə Azərbaycanda səfərdə olmuş misirli jurnalistlər bir sıra görüşlər keçirib, ölkəmizin tarixi, dini və mədəni abidələri ilə tanış olublar. Onlar cəbhə xəttinə yaxın kəndlərə baş çəkib, işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə gediblər.

 “Əxbar əl-yaum” qəzetinin baş redaktoru Rüfət Fəyyad misirli jurnalistlərin ölkəmizə səfərinin mühüm hadisələrlə yadda qaldığını yazır. Baş redaktor məqalədə bildirir ki, səfərin önəmli hadisələrindən biri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun nümayəndə heyətinin üzvləri ilə görüşü olub. Görüşdə Əli Həsənov misirli qonaqlara Azərbaycanın tarixi, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlətçilik siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində ölkəmizin sürətli inkişafı barədə ətraflı məlumat verib. Müəllif yazır ki, Azərbaycanın İslam aləmində həmrəyliyin gücləndirilməsinə böyük önəm verdiyini bildirən Əli Həsənov tarix boyu ölkəmizdə mövcud olmuş multikultural və tolerant mühitdən danışıb, Azərbaycanın öz tolerantlıq modelini, mədəniyyətlər və sivilizasiyalararası dialoqu bütün dünyada fəal təbliğ və təşviq etməsindən söz açıb.

Baş redaktor məqaləsində Əli Həsənovun bəzi xarici dairələrin İslam həmrəyliyinin iflasa uğradığını sübut etməyə cəhd göstərdikləri barədə fikirlərinə yer ayırıb. Prezidentin köməkçisi görüşdə qeyd edib ki, Azərbaycan öz həmrəylik modelini təqdim etməklə bu cəhdləri puça çıxarır. Ölkədə təkcə müxtəlif məzhəblərin nümayəndələri deyil, həmçinin müxtəlif dinlərə mənsub insanlar qarşılıqlı anlaşma və qardaşlıq şəraitində yaşayır və fəaliyyət göstərirlər. Hər il Ramazan ayında təşkil olunan iftar süfrəsində müxtəlif dinlərin liderlərinin birlikdə iştirakı bunun bariz nümunəsidir.

Əli Həsənov Azərbaycanda digər azadlıqlarla yanaşı, etiqad azadlığının da qorunduğunu vurğulayıb, eyni zamanda, ölkəsinin bu sahədə kənar müdaxilələrə zamanında cavab verdiyini, din-dövlət münasibətlərinin yüksək səviyyədə tənzimləndiyini bildirib.

Məqalədə, həmçinin qeyd edilir ki, Misirin aparıcı qəzetlərinin baş redaktorları ilə keçirilmiş görüşdə Əli Həsənov Azərbaycanın İslam sivilizasiyasına töhfələrindən danışıb, ölkəmizin müsəlman Şərqində ilk demokratik respublika qurduğunu, dünyada qadınlara ilk səsvermə hüququ verdiyini, universitetlər, teatrlar təsis etdiyini diqqətə çatdırıb. O, sovet rejimi dövründəki çətinliklərə, məhrumiyyətlərə baxmayaraq, Azərbaycan xalqının milli kimliyini, dilini, dinini unutmadığını və öz köklərinə bağlı olduğunu bildirib.

Baş redaktor yazır ki, görüşdə müsəlman ölkələrinin mətbuat nümayəndələri arasında əməkdaşlığın vacibliyi vurğulanaraq, xalqlarımızın mədəniyyətinin və ölkələrimizin uğurlarının təbliği, problemlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından bu işbirliyinin önəmi də qeyd edilib.

Qəzetdə Misirin media nümayəndələri ilə Bakı Dövlət Universitetində (BDU) keçirilmiş görüşdən də bəhs edilir. Müəllif yazır ki, BDU-nun rektoru, akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinin əhəmiyyətindən, bununla bağlı ölkədə, eləcə də BDU-da keçirilən tədbirlərdən danışıb. Rektor müsəlman alimlərin, o cümlədən misirli alimlərin dünya elminə verdikləri töhfələri diqqətə çatdırıb. Bakı Dövlət Universitetində şərqşünaslıq fakültəsi açılıb, ərəb dili və ədəbiyyatı sahəsində güclü məktəb formalaşıb. Bu barədə söhbət açan Abel Məhərrəmov xarici universitetlərlə, o cümlədən Misirin aparıcı elm müəssisələri ilə əlaqələrə də toxunub.

Məqalədə Azərbaycana səfər etmiş misirli jurnalistlərin də qatıldığı “İslam həmrəyliyinin gücləndirilməsində medianın rolu” mövzusunda Bakıda keçirilmiş beynəlxalq konfransın əhəmiyyətindən söhbət açılır. Beynəlxalq Avrasiya Mətbuat Fondunun və İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilmiş konfransda səsləndirilmiş fikirlərin İslam aləmi üçün aktuallığını qeyd edən müəllif çıxışlardan sitatlar gətirib. Çıxışlarda İslam həmrəyliyinin İslam ümməti üçün tarixi önəm daşıdığı, müsəlman ölkələri arasında həmrəyliyin gücləndirilməsinin hazırkı vəziyyətdə xüsusilə zəruri olduğu, bu istiqamətdə medianın da üzərinə mühüm vəzifələrin düşdüyü vurğulanıb.

Rüfət Fəyyad digər məqaləsində Azərbaycanda olduqları müddətdə dini ibadətgahlara, o cümlədən Cənubi Qafqazın ən böyük məscidi olan Heydər məscidinə baş çəkdiklərini yazır, gördükləri məzhəblərarası həmrəyliyin, vəhdətin onlarda böyük təəssürat yaratdığını bildirir.

Müəllif nümayəndə heyətinin Misirin Azərbaycandakı səfiri xanım Suzan Cəmil Nuh və səfirliyin mədəniyyət attaşesi Əhməd Sami əl-Aydi ilə görüşündən də söhbət açır. Səfir ölkəmizin müstəqilliyini ilk tanıyan dövlətlərdən biri kimi Misirin Azərbaycanla əlaqələrinə böyük əhəmiyyət verdiyini qeyd edib, ölkələrimiz arasında əlaqələrin çoxillik tarixə malik olduğunu vurğulayıb. Əhməd Sami əl-Aydi isə Misirlə Azərbaycan arasında təhsil və mədəniyyət əlaqələrindən söhbət açıb, rəhbərlik etdiyi Misir Təhsil və Mədəniyyət Əlaqələri Mərkəzinin bu münasibətlərin daha da dərinləşməsindəki roluna toxunub.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM