Diqqətli olun! - Arıqlama dərmanları xərçəngə, sonsuzluğa, infarkta, psixozlara səbəb olur

17:01 / 11.12.2017

Xarici tibb mütəxəssislərinin arıqlama dərmanları ilə bağlı apardığı araşdırma zamanı maraqlı faktlar üzə çıxıb.

Məlum olub ki, hətta bitki tərkibli arıqlama dərmanları qəbul edən hər 3 nəfərdən birində onkoloji patologiyalar başlayıb. Arıqlama preparatlarını qəbul edən şəxslərdə gen dəyişikliyi 10-12 il sonra başlayır. Çünki həmin maddələrin təsirindən hüceyrə dəyişikliyi gizli və heç bir simptomsuz baş verir.

Arıqlama dərmanları ilə bağlı müxtəlif təzadlı fikirlərin söylənildiyi Azərbaycanda da son zamanlar belə preparatlara maraq artıb. Artıq çəkidən azad olmaq istəyənlər bu dərmanlarından istifadəyə daha çox üstünlük verirlər.

Strategiya.az xəbər verir ki, həkim mütəxəssis, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Trend-ə bildirib ki, xaricdə bu cür dərmanlar adətən reseptlə satılır. Azərbaycanda isə arıqlama preparatlarının hamısı satışa reseptsiz buraxılır: "Nəzarət olmadan, məsləhətləşmədən bu dərmanları qəbul etmək məqsədəuyğun deyil. Arıqlamaq üçün nəzərdə tutulan dərman preparatları həkimlər tərəfindən orqanizmin xüsusiyyətindən, kökəlmənin növündən, başqa yanaşı xəstəliklərin olmasından asılı olaraq təyin edilməlidir. Lakin təəssüflər olsun ki, insanlar dərmanları özbaşına qəbul edirlər. Bunun nəticələri ilə bağlı da xeyli problemlər yaşanır".

Y.Abdiyeva qeyd edib ki, apteklərdə reseptsiz satılan arıqlama preparatları istifadəçilərə müxtəlif formalarda - bitki çayları, kofe və həblər şəklində təqdim edilir.

Mütəxəssis hesab edir ki, arıqlama dərmanları vasitəsilə çəkini azaltmaq məsləhət deyil. Çünki həmin dərmanların istifadəsi bir sıra fəsadlar törədə bilər:

"Dərmanı qəbul edəndən sonra preparat mədədə parçalanır və mərkəzi sinir sisteminə toxluq siqnalı gedir. Amma əslində insan özü ac olur. Bu dərmanlar əsasən on beş gün, ya da bir ay qəbul edilir. Həmin müddət ərzində adam özünü tox hiss edir, yemək yemir və arıqlayır. Amma dərmanın qəbulu bitəndən sonra yenə aclıq hissi yaranır, insan əvvəlki kimi yeyir. Nəticədə kiçilmiş mədə yenidən böyüyür".

Y.Abdiyeva əlavə edib ki, bu preparatlar sinir sistemində, mədə-bağırsaqda problemlər yarada bilər. Bu dəmanlardan istifadə edənlər arasında daha çox sinir sistemi pozuntularına və mədədə yara hallarına rast gəlinir. Arıqlama dərmanları qadınlarda ginekoloji xəstəliklərə, sonsuzluğa, hətta xərçəngə, böyrək çatışmazlığı kimi ağır xəstəliklərə səbəb ola bilər.

 

Mütəxəssisin sözlərinə görə, bütün arıqlama dərmanları psixozlar, asılılıq, baş ağrıları, aritmiya (nəbzin qeyri-müntəzəmliyi) yaradır. Onlardan istifadə hətta ürək tutmaları və infarkta da gətirib çıxara bilər:

"Tez bir zamanda arıqlamaq istəyi insan orqanizmində ciddi fəsadlar törədir. Bədən çəkisinin 30 faizinin itirilməsi insanlarda hətta bərpası mümkün olmayan psixi dəyişikliklərə də səbəb olur. Arıqlama dərmanları orqanizmdə duz mübadiləsini pozaraq uzun müddət ishal yaradır, bağırsaqdan sorulmanın qarşısını alır. Qəbul olunan qidanın həzminə imkan verməyən və bağırsaqişlədici kimi istifadə olunan preparatlar bədəndə çox su itkisinə səbəb olur. Orqanizmdə suyun itkisi elektrolit pozğunluğa, yəni lazımi ionların itirilməsinə gətirib çıxarır. Bu dərmanlar insanlarda depressiya da yaradır. Nəzərə almaq lazımdır ki, arıqlama zamanı orqanizmdə çox ciddi proseslər gedir. Orqanizm çəki itirdikcə bu prosesə ilk olaraq depolaşmış piylər sərf olunur. Bunula yanaşı, bədəndə zülal istehsalı azalır. Amin turşuların, zülalların kənardan daxil olmaması zülal tərkibini azaldır və orqanizmdə distrofik proseslər baş verir. Bu proseslərin çoxu geridönməz hal alır. Nəticədə orqanizm çox ciddi bir durumla üz-üzə qalır. Bunları sonradan bərpa etmək çətinləşir. Bu proseslər nəticəsində bədəndə daxili orqanların sallanması halları baş verir".

Y.Abdiyeva onu da əlavə edib ki, arıqlama dərmanlarının çoxunun təlimatlarında onların istifadəsi ilə bağlı məlumatlar yoxdur və yaxud məlumatlarda qeyri-dəqiqliyə yol verilir:

"Bu cür dərmanları qəbul etmək təhlükəlidir. Həmin dərmanın mahiyyəti barədə heç bir ətraflı məlumat verilmir. Vətəndaşlar sadəcə reklamlara baxır, onların əsasında alıb istifadə edirlər. Nəticədə fəsadlar yaranır".

Y.Abdiyeva qeyd edib ki, arıqlama zamanı pəhrizlər də orqanizmin vəziyyətindən asılı olaraq seçilməlidir:

"Pəhrizin əsas məqsədi orqanizmdə toplaşan, əlavə yük yaradan maddələrin orqanizmə daxil olmasının qarşısını almaqdır. Çalışmaq lazımdır ki, artıq kalorilər və həmin maddələr rasionda olmasın və yaxud müəyyən qədər olsun. Bəzən rasionda hansısa bir maddənin çatışmaması orqanizmi məcbur edir ki, bədəndəki depolaşmış piyləri həmin maddəyə çevirsin. Yəni pəhrizlərin bir xüsusiyyəti passiv yolla depolaşan həmin maddələrin miqdarını azaltmaq, digər rolu isə orqanizmi prosesə qoşaraq bədəndəki piyləri təkrar istehsala, zülal və digər maddələrin istehsalı üçün xammala çevirməkdir. Bu, nəticədə arıqlamaya səbəb olur. Ona görə də bunların hamısı həkim nəzarəti altında olmalıdır. Dietoloqlar məsləhət görürlər ki, arıqlamaq üçün iradəni gücləndirmək, düzgün pəhriz saxlamaq və fiziki hərəkətlə məşğul olmaq daha məsləhətlidir. Orqanizmdə toxluq hissi yaratmaq üçün yeməkdən əvvəl ilıq su içmək məsləhətdir. Bu, mədədə toxluq hissi yaradır və insan az yeməyə meyillənir. Səhər yeməyindən imtina da yanlış fikirdir. Səhər yeməyi çox vacibdir. Naharda da istənilən yeməyi qəbul etmək olar. Amma axşamlar çalışmaq lazımdır ki, yemək az yeyilsin və daha çox meyvə, tərəvəzə üstünlük verilsin".


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM