2013-cü ilin iyun ayında Həsən Ruhaninin İran İslam Respublikasının prezidenti seçilməsindən sonra enişli-yoxuşlu yol keçmiş Azərbaycan-İran münasibətlərində həmin ərəfədə müşahidə olunan gərginlik səngidi, əlaqələrdə konstruktiv əməkdaşlıq meyli özünü göstərməyə başladı. Xüsusən Azərbaycan prezidenti İlham Əliyevin 2014-cü ilin aprelində Tehrana rəsmi səfəri, İran siyasi ekspertlərinin həmin vaxt vurğuladıqları kimi, ikitərəfli münasibətlərdə soyuqluq buzlarını əritdi, qarşılıqlı əlaqələrdə yeni səhifə açdı.
Son dörd ildə Azərbaycan-İran münasibətləri öz tarixinin ən sürətli inkişaf mərhələsini yaşamaqdadır, siyasi, iqtisadi, mədəni və humanitar əlaqələr bütün istiqamətlər üzrə genişlənməkdədir. Qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi, mehriban qonşuluq münasibətlərinin daha da möhkəmləndirilməsi ilə bağlı hər iki dövlət rəhbərinin iradəsi də ortadadır. Artıq İran və Azərbaycan yalnız ikitərəfli müstəvidə deyil, regional və qlobal əhəmiyyətli layihələrdə də uğurlu əməkdaşlıq həyata keçirir.
Bu isə təbii ki, öz işğalçılıq siyasəti nəticəsində regionda həyata keçirilən bütün iri layihələrdən kənarda qalmış Ermənistanı narahat edir. Elə bu narahatlığın təzahürü olaraq, Ermənistan rəhbərliyi son dövrdə bir tərəfdən İranla əlaqələri intensivləşdirmək üçün səylər göstərir, ikitərəfli əməkdaşlıqda zahirən cəlbedici görünən, lakin reallaşması qeyri-mümkün olan ideyalar irəli sürür, digər tərəfdən də Azərbaycan-İran münasibətlərinə xələl gətirmək üçün müxtəlif vasitələrdən yararlanmağa çalışır. Təəssüf ki, İranın özündə də Azərbaycanla İran arasında bərabərhüquqlu əməkdaşlığın inkişafından qıcıqlanan dairələr vardır və onlar bu nöqtədə istər-istəməz Ermənistanın maraqlarının icraçısına çevrilərək, iki ölkə arasında mehriban münasibətlərə kölgə salan müəyyən addımlar atırlar.
Əlbəttə, İranla Ermənistan arasında rəsmi münasibətlər başqa bir söhbətin mövzusudur, hərçənd burada da sual doğuran məqamlar vardır. Hər halda iki ölkə rəsmilərinin qarşılıqlı səfərləri zamanı müzakirə edilən məsələlər onu göstərir ki, bu münasibətlər, heç də iddia olunduğu kimi, formal qonşuluq münasibətləri deyildir. Buna əmin olmaq üçün sadəcə cari ilin yanvar-fevral və oktyabr aylarında Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın və baş naziri Karen Karapetyanın Tehrana rəsmi səfərlərinin proqramına nəzər salmaq kifayətdir.
Lakin Ermənistan tərəfi, deyildiyi kimi, İranla əlaqələrini genişləndirmək cəhdlərində təkcə ikitərəfli münasibətlərin genişlənməsinə çalışmır, həm də məkrli anti-Azərbaycan fəaliyyətini həyata keçirir. Bunun üçün rəsmi kanalların yetərli olmadığını yaxşı anlayan Ermənistan rəhbərliyi "xalq diplomatiyası''ndan, qeyri-hökumət təşkilatlarından, media vasitələrindən, İranda yaşayan ermənilərin imkanlarından istifadə edir və İrandakı müəyyən qüvvələr də, təəssüf ki, buna şərait yaradır. Təfsilata varmadan son dövrə aid bir neçə faktın üzərində dayanmaq istərdik.
Noyabrın 15-də Tehranda İran ermənilərinə məxsus Ararat idman-mədəniyyət kompleksinin konfrans zalında "Yeni dəyişikliklər və regionun geosiyasi perspektivi'' mövzusunda seminar keçirilmişdir. Tədbirin təşkilatçıları İran ermənilərinin "Hur'' Tərcümə və Tədqiqat İnstitutu və İran Beynəlxalq Araşdırmalar Assosiasiyası olmuşdur. Lakin nədənsə həmin seminarda yerli ekspertlərlə yanaşı, İran ermənilərinin təmsilçiləri deyil, Ermənistandan getmiş politoloqlar (Yerevan Dövlət Universiteti Beynəlxalq münasibətlər fakültəsinin dekanı Vahram Petrosyan, Yerevan Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin müəllimi Armen İsraelyan, Yerevan Dövlət Universitetinin professoru Stepan Qriqoryan və b.) məruzə etmişlər. Seminardakı panellərdən birinin "Dağlıq Qarabağda geosiyasi balans və təhlükəsizlik müəmması: coğrafiyanın strategiyaya təsiri'' mövzusunda olması onlara Azərbaycan əleyhinə fikirlər səsləndirmək imkanı yaratmışdır. Üstəlik, onlardan biri (Armen İsraelyan) fürsətdən yararlanaraq, rəsmi İRNA agentliyinə müsahibə vermişdir. Beləliklə, təsisçiləri sırasında İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərifin də adı olduğu İran Beynəlxalq Araşdırmalar Assosiasiyası erməni alimlərinə anti-Azərbaycan təbliğatı üçün bir növ platforma yaratmışdır. Diqqəti çəkən məqamlardan biri də odur ki, seminar barədə geniş hesabatı İranda islahatçı cinaha aid olduğu deyilən "Qanun” qəzeti dərc etmiş, İran ermənilərinin internet saytları da həmin hesabatı məhz bu qəzetə istinadla yaymışlar.
Bundan əlavə, son aylarda İranda Dağlıq Qarabağla bağlı erməni müəlliflərinin yazdığı iki kitab nəşr olunmuşdur (yada salaq ki, İranda Mədəniyyət və İslami İrşad nazirliyinin rəsmi icazəsi olmadan kitab nəşri mümkün deyildir). Bunlardan birincisi İranda yaşayan erməni müəllif İsaak Unanesyanın "Artsax (Qarabağ) məsələsi'' adlı kitabı, ikincisi isə Ermənistan tədqiqatçıları Aleksandr Manasyan və Alen Qevondyan tərəfindən yazılmış və 2010-cu ildə Yerevanda nəşr edilmiş "Dağlıq Qarabağ. Necə olmuşsa...'' adlı kitabın fars dilinə tərcüməsidir. Başdan-ayağa anti-Azərbaycan və anti-türk məzmunlu bu kitablar Azərbaycan əleyhinə davamlı təbliğat aparan "Azəriha'' saytı tərəfindən geniş reklam edilmişdir.
Eyni zamanda oktyabrın 8-də Tehran Universitetinə bağlı Qafqaz Araşdırmaları İnstitutunda qeyd olunan birinci kitabın təqdimatı keçirilmişdir. İran parlamentinin deputatı Karen Xanlaryanın da iştirak etdiyi həmin mərasimdə Tehran Universitetinin Əli Əlibabayi və Kavə Bayat kimi professorları Qarabağın Ermənistana məxsus olduğunu bəyan etmiş, Xocalı faciəsi barədə erməni yalanlarını təkrarlamışlar.
Bütün bu prosesin sanki kulminasiyası olaraq, dekabrın 2-də İranın nüfuzlu "Şərq'' qəzetində qondarma "Dağlıq Qarabağ Respublikası''nın "xarici işlər naziri'' Masis Mailyanla geniş müsahibə dərc edilmişdir. Müsahibəyə yazılmış girişdə qondarma qurum "geosiyasi gerçəklik'' kimi təqdim olunmuş, onun İranla 138 kilometrlik müştərək sərhədə malik olduğu bildirilmişdir. Masis Mailyan da bu fürsətdən istifadə edərək, müsahibə zamanı Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını təkrarlamış, Azərbaycanı sülh prosesinə zərbə vurmaqda ittiham etmişdir. Bu müsahibəni dərc etməklə "Şərq'' qəzeti, necə deyərlər, əndazəni o qədər aşmışdır ki, ölkənin hətta Azərbaycana rəğbət bəsləməyən media orqanları belə ona etiraz ifadə edən məqalə və müsahibələr yaymışlar.
İranın bəzi media vasitələrinin erməni yalanlarını tirajlaması ilə bağlı faktlar bununla bitmir. Təqribən bir həftə öncə yuxarıda adı keçən "Qanun'' qəzeti "Ermənistan və Dağlıq Qarabağdakı İran məscidlərinin (?!) vəziyyəti” adlı geniş hesabat dərc etmişdir. Həmin hesabat olduğu kimi "Azəriha'' portalında və onun Azərbaycan dilinə müxtəsər tərcüməsi "Badkubeh'' saytında yayılmışdır. Hesabatda işğal olunmuş ərazilərdə "məscidlərin dağıdılması barədə Azərbaycanın apardığı təbliğatın'' həqiqəti əks etdirmədiyi bildirilir, "Dağlıq Qarabağ hökumətinin Şuşa və Ağdam məscidlərinə heç bir zərər vurmadığı, əksinə, onların təmirinə böyük məbləğdə maliyyə vəsaiti sərf etdiyi'' iddia olunur. O da iddia olunur ki, "hüquqi baxımdan Ağdam və Şuşadakı İran məscidlərinin Azərbaycan Respublikası ilə çox cüzi əlaqəsi var; bu məscidlər iranlıların Qafqazda, xüsusilə də Şuşadakı yadigarıdır''.
Göründüyü kimi, hesabat müəllifləri erməni yalanlarının tam təsiri altındadırlar, eyni zamanda Qarabağdakı məscidləri "iranlı” kimi təqdim etməklə, İranın "özəl sektoruna” aid qurumun onların təmirində iştirakına bəraət qazandırmağa can atırlar. Lakin istənilən halda ortaya bəzi suallar çıxır. Əvvəla, məscid müsəlmanlar üçündür, orada etnik mənsubiyyət əhəmiyyət kəsb etmir, odur ki, məscidi bu şəkildə təqdim etmək gülünc deyilmi?. İkincisi, məscidləri tikdirən şəxslər kimi hesabatda adları keçən Pənah xan, İbrahim xan, onun qızı Gövhər ağa azərbaycanlı deyildilərmi? Nəhayət, Ağdam məscidinin tikildiyi 1868-1870-ci illərdə (bu tarix hesabatda qeyd olunur) həmin ərazi İranın tərkibində idimi? Hesabat müəllifləri təbii ki, bu suallar üzərində düşünməmişlər.
Bəllidir ki, son illər Azərbaycanla İran arasında turizm əlaqələri də sürətlə inkişaf edir. Məlumatlara görə, "Asan-viza'' sistemi vasitəsilə viza alan xarici vətəndaşlar içərisində iranlılar birinci yeri tutur. Bu proses təbii ki, işğalçı rejimi ciddi narahat edir və o, iranlı turistləri işğal olunmuş ərazilərə cəlb etmək üçün bütün vasitələrə əl atır, o cümlədən, İran mediasının imkanlarından yararlanmağa çalışır. Təəssüf ki, bəzi media orqanları (misal üçün, "Pul-nyus'' saytı) bu siyasətin xidmətçisinə çevrilərək, "Qarabağa səyahət bələdçisi'' dərc edirlər. Həmin bələdçidə Qarabağ ərazisi "İranla həmsərhəd olan müstəqil bölgə'' kimi təqdim olunur, İran vətəndaşlarına Ermənistandan keçməklə həmin bölgəyə turist səfərinin təhlükəsiz olduğu, hüquqi problem yaratmadığı təlqin edilir.
Əlbəttə, bu cür misalların sayını artırmaq da olar. Lakin bir şey şübhəsizdir ki, Ermənistanla əlaqələr, Dağlıq Qarabağ məsələsinə yanaşma Azərbaycan-İran münasibətlərində mühüm təsir faktorudur və İran tərəfi bunu nəzərə almalıdır. İran tərəfi əlaqələrə "üçüncü ölkə''nin təsirindən danışmağı çox xoşlayır və bu zaman üstüörtülü də olsa, İsrailə işarə edir. Lakin unudulmamalıdır ki, "üçüncü ölkə” həm də Ermənistandır və İranın onun üçün "nəfəslik'' rolunu oynaması işğalçı rejimin azı iki prezidenti tərəfindən etiraf olunmuşdur.
İran mediası Azərbaycan-İsrail əlaqələrindən yazmaqdan yorulmur. Məsələn, "Məşriq-nyus'' portalının bu mövzuda iki üzdəniraq ekspertlə müsahibəsi on gündür, saytdan-sayta "qonur''. Lakin Ermənistanın bu ölkə ilə genişlənən əlaqələri barədə İran mediası susmağa üstünlük verir. İsraili "işğalçı rejim'' adlandıran İran tərəfi ali dini lideri ayətullah Xameneyinin "müsəlman torpağı” adlandırdığı Qarabağı işğal etmiş rejimi də öz adı ilə çağırmalıdır. Yoxsa, bəzi İran rəsmiləri etnik azərbaycanlıların yaşadığı Şərqi Azərbaycan ostanını Ermənistanla əməkdaşlığın əsas meydanına çevirməyə çalışmaqla, bütün dünya azərbaycanlıları üçün xüsusi dəyəri olan Təbriz şəhərində "Erməni muzeyi'' açmağı planlaşdırmaqla nəyə nail olmaq istəyirlər? Bu zaman öz həmvətənlərinin rəyi və mövqeyini nəzərə alırlarmı? Bunun Azərbaycan Respublikası ilə münasibətlərə təsirsiz ötüşmədiyinin fərqindədirlərmi?!
Şübhəsiz, bu və digər bu kimi faktlar Azərbaycanla İran İslam Respublikası arasında hazırkı münasibətlərin ümumi ruhuna uyğun gəlmir, qarşılıqlı əlaqələrdə etimada zərbə vurur. Etimad isə mehriban qonşuluqda başlıca şərtdir! Azərbaycan Respublikasının dövləti və milləti etimad və etibar olunası qonşu və tərəfdaş olduğunu əməli fəaliyyəti ilə sübuta yetirmişdir. O cümlədən, İranın sərt beynəlxalq sanksiyalar altında olduğu dönəmdə. Təsadüfi deyil ki, İran prezidenti Həsən Ruhani Bakıya ilk rəsmi səfəri zamanı demişdi: "Sanksiyalar dövründə qonşular bizi tək qoymadılar. Biz sanksiyalar dövründə bu dərsi öyrəndik ki, prioritet qonşularla münasibətdir''. Bu sözlərin məhz Azərbaycanda deyilməsi isə ilk növbədə hansı qonşudan söhbət getdiyini aydın göstərir!
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi
Strategiya.az
Bakıda yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – VİDEO
TƏHLÜKƏ: Şagirdlər qapısı açıq avtobusdan sallanaraq gedir - VİDEO
Cahangir Hacıyevin arvadınadan 21 milyon dollarlıq xəbər - VİDEO
Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM