Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft və Qaz İnstitutu (NQİ), eləcə də akademiyanın elmi-tədqiqat institutlarının əməkdaşlarından ibarət kollektivin layihəsi “EcoWorld” beynəlxalq ekoloji müsabiqəsinin birinci dərəcəli mükafatına layiq görülüb.
NQİ-dən bildirilib ki, “İstixana effektinin azaldılması üçün buxarlanmanın qarşısının alınması, karbohidrogen qazlarının yandırılmasının və təbii və texnogen mənbələrdən səpələnməsinin azaldılması” adlı bu layihə müsabiqənin “Ekoloji işləmələr, resurslara qənaət edən və tullantısız texnologiyalar” nominasiyası üzrə birinci olub. Layihə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin rəhbərliyi ilə NQİ-nin əməkdaşları Fəxrəddin Kərimov, Rauf Mukimov, Şəlalə Hüseynova, Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları – AMEA-nın müxbir üzvü Geylani Pənahov, Eldar Abbasov, Rusiya Elmlər Akademiyasının Neft-qaz Hasilatının Sistem Tədqiqatları İnstitutunun əməkdaşları – Aleksey Denisov və Eldar Şahverdiyev tərəfindən hazırlanıb.
Rusiya Federasiyası Dövlət Dumasında təşkil olunan mükafatların təqdimetmə mərasimində müsabiqənin təşkilat komitəsinin sədri, Rusiya Təbiət Elmləri Akademiyasının birinci vitse-prezidenti L.İvanitskaya birinci dərəcəli diplom və fəxri nişanı NQİ-nin neft-qaz sahəsinin geoekologiyası şöbəsinin müdiri Fəxrəddin Kərimova verib.
Layihə çərçivəsində təbii təzahürlərdən və palçıq vulkanlarından atmosferə atılan səmt karbohidrogen qazının ətraf mühitə mənfi təsiri tədqiq edilib. Atmosferə atılmasını azaltmaq məqsədilə səmt qazının layların neftveriminin artırılmasında istifadəsi tövsiyə edilib. Palçıq vulkanlarından çıxan qazların geoloji və kosmik amillərdən asılı olaraq zamanda intensivliliyinin dəyişmə dövrililiyi müəyyənləşib, qırışıqlı ərazilərin qaz rejiminin tədqiqi aparılıb və karbohidrogen tərkibli qazların atmosferə atılması və yer səthinə yaxın atmosfer qatında paylanması qiymətləndirilib. Həmçinin Azərbaycanın təbii qaz təzahürlərindən və palçıq vulkanlarından atmosferə atılan qazların miqdarı ölçülüb, püskürmə intensivliyinə görə palçıq vulkanizminin xəritəalma işləri aparılıb, qaz çıxışlarının telemetrik monitorinqi təşkil olunub və elmi-texnoloji əsasları işlənilib. Bu tədqiqatlar istixana effektinin mexanizminin öyrənilməsinə əhəmiyyətli töhfə verib.
Qeyd edək ki, bu il mükafata Rusiyanın 39 regionundan və dünyanın 25 ölkəsindən, o cümlədən ABŞ, Almaniya, Çin, Azərbaycan, Yunanıstan, Vyetnam, Monqolustan və s. 240 layihə təqdim olunub. Müsabiqə altı nominasiya üzrə aparılıb. “EcoWorld” beynəlxalq ekoloji mükafat ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin və XXI əsrdə davamlı inkişafın təmin edilməsi üzrə ictimai təltifdir. Ekoloji siyasətin inkişafı, ekoloji təhsil və mədəniyyətin səviyyəsinin yüksəldilməsi, ekologiya elminin inkişafı, ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi, əhalinin səhhətinin yaxşılaşdırılması və biomüxtəlifliyin qorunması müsabiqənin əsas hədəfləridir.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM