Azərbaycanın ABŞ-dakı səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirə ABŞ ictimaiyyətinin nümayəndələri, bu ölkədə yaşayan həmyerlilərimiz və səfirliyin əməkdaşları ilə yanaşı, Xocalı faciəsinə həsr olunmuş “Sülh laylayı” (The Lulluby of Peace) adlı musiqi əsərinin hazırlanmasında iştirak etmiş Vaşinqton Beynəlxalq Piano Sənəti Şurasının çoxsaylı nümayəndələri də qatılıb.
Tədbirdə səfir Elin Süleymanov Ümummilli Liderin Azərbaycanın inkişafı və xalqımızın rifahında rolu, göstərdiyi misilsiz xidmətlərindən bəhs edib. Azərbaycan dövlətçiliyinin qurulmasında müstəsna xidmətləri olan ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik və qətiyyətli addımları nəticəsində ölkənin hərtərəfli inkişafına nail olunduğu söyləyib. Müasir Azərbaycan dövlətinin banisi olan Ulu Öndərin qətiyyətli mövqeyinin və uzaqgörənliyinin nəticəsi olaraq Azərbaycanın irimiqyaslı tarixi layihələrə imza atdığı bildirilib.
Qeyd edək ki, bu günlərdə Ulu Öndərin xatirəsinə həsr edilmiş silsilə görüşlər, tədbirlər keçirilir. Belə ki, Heydər Əliyevin anım günü çərçivəsində ABŞ-ın Merilend ştatının Qida Bankına Azərbaycan tərəfindən ianə edilib. Merilend Qida Bankının prezidenti Karmen Del Qersio və Hökumətlə Əlaqələr üzrə direktoru Nensi Smitlə səfirlikdə keçirilən görüş zamanı Elin Süleymanov ümummilli lider Heydər Əliyevin bir neçə dəfə Merilend ştatına səfər etməsindən bəhs edib və dahi liderin sayəsində Azərbaycan-ABŞ münasibətlərinin inkişaf edərək strateji önəm almasını vurğulayıb. Səfir ümummilli liderin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti tərəfindən aparılan uğurlu siyasət nəticəsində ölkə əhalisinin yaşayış səviyyəsinin yaxşılaşması, həmçinin yoxsulluq səviyyəsinin kəskin dərəcədə azalmasından bəhs edib.
Merilend Qida Bankının prezidenti K.Qersio Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı Merilend Qida Bankına ölkəmizin yardımının artıq çox gözəl bir ənənəyə çevrildiyini qeyd edib və buna görə Azərbaycan tərəfinə dərin minnətdarlığını bildirib. O, həmçinin ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ilə bağlı yaranmış əməkdaşlığın Azərbaycanla Merilend ştatı arasında bağların daha da möhkəmlənməsinə səbəb olduğunu söyləyib.
N.Smit 1979-cu ildən fəaliyyət göstərən Merilend Qida Bankının vasitəsilə hər il ehtiyacı olan yüz minlərlə amerikalıya qida məhsullarının paylanıldığını qeyd edib və bu il Azərbaycan tərəfindən edilən töhfə nəticəsində qarşıdan gələn Milad və Yeni il bayramları ərəfəsində on beş min ehtiyacı olan insanın yeməklə təmin olunacağını vurğulayıb.
Bundan başqa, səfirliyin təşkilatçılığı ilə Vaşinqton şəhərində yerləşən İslam Mərkəzində cümə namazı zamanı ümummilli lider Heydər Əliyevin ruhuna dualar oxunub və ona Allahdan rəhmət dilənib. İslam Mərkəzinin direktoru doktor Abdulla Xuc iştirak edənlərə Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan xalqının tarixində oynadığı misilsiz rolu barədə məlumat verib. Cümə namazının ardından təşkil edilən ehsan süfrəsində 300 nəfər iştirak edib.
Yusif Babanlı
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM