Yuventusun kapitanı və qapıçısı Canluici Buffon daha bir mövsüm komandada qala bilər. Xatırladaq ki, onun özü bu mövsüm karyrasını bitirəcəyini bildirmişdi.
Buffonun sözlərinə görə Yuventus Çempionlar liqasında qalib gələcəyi təqdirdə daha bir mövsüm oynamaq istəyir. Məqsəd isə ondan sonrakı klublararası dünya çempionatında iştirak etməkdir.
Sport Mediasetin versiyasına görə qapıçı bu olmasa belə daha bir mövsüm qala bilər. Versiyaya görə komanda ona ehtiyac duyarsa qapıçı qalmağa razıdır. Əgər 39 yaşlı qapıçı karyerasını bitirmək qərarına gəlsə , klub ona idman direktoru vəzifəsini təklif edə bilər.